Mentalitet (lat. ağıl, düşüncə, təfəkkür tərzi) deməkdir. O, ilk dəfə 1856-cı ildə
Amerika alimi R.Emerson tərəfindən işlədilmiş, Fransa alimi Marsel Prust onu tərtib
etdiyi lüğətə daxil etmiş, XX əsrdə L.Febr və başqaları onun haqqında müxtəlif fikirlər
İctimai şüura nisbətdə mentalitet fərdi və kollektiv şüurun, emosiyaların, əhval-
ruhiyyələrin mövcud sosial gerçəkliyə münasibətinin inkişaf dərəcəsini göstərir.
Sosial varlıq şəraitinin ümumiliyi daxilində hər bir fərdin öz inkişaf spesifikliyi
onun mənəvi aləminin digər fərdlərin mənəvi aləmindən fərqini müəyyən edir, insan
İctimai şüur nisbi müstəqilliyə malikdir. Lakin həmin müstəqillik mütləq
olmayıb ictimai varlığın ictimai şüura müəyyənedici təsiri çərçivəsində baş verir. Bu cür
10
nisbi müstəqil inkişafın əsasında ictimai varlıqla ictimai şüur arasında “sərt əlaqələrin”
istisnalığı qanunudur. Bu qanunauyğunluq isə bir halda ictimai şüurun ictimai varlıqdan
geridə qalmasına, digər halda isə onu ötüb keçməsində ifadə olunur. İctimai şüurun
inkişafının varislik qanunauyğunluğu da mövcuddur. Bu, həm də ictimai şüurun
səviyyələrində, həm də onun formalarının inkişafında təsir göstərən qanunauyğunluqdur.
İctimai şüurun ictimai varlığa fəal əks təsiri qanunu da mövcuddur. İctimai
varlıqla ictimai şüur bir-birinə nisbətdə nə isə xarici bir şey deyildir, ictimai varlıq özünü
ictimai şüur vasitəsilə reallaşır və şüur vasitəsilə fəaliyyət göstərir. İctimai varlıq özündə
öz fəaliyyətinin zəruri daxili elementi olan özünün inikaslarını ehtiva edir. Bu üzvi
sistemli asılılıq ictimai şüura fəallıq verir.
İctimai şüur formaları eyni vaxtda meydana gəlməmiş, ictimai varlığın
mürəkkəbləşməsi və insanın idrak qabiliyyətlərinin inkişafı və təkmilləşməsi nəticəsində
bərqərar olmuşdur. İctimai şüurun tarixən ilk forması əxlaqdır.
Sosial funksiyalarına görə ictimai şüur formalarını 2 qrupa ayırmaq olar:
1) Sosial gerçəkliyin mənəvi-praktik mənimsənilməsinin baş verdiyi formalara
(əxlaq, siyasi və hüquqi şüur);
2) Bütün ətraf aləmin mənəvi mənimsənilməsi formalarına (incəsənət, fəlsəfə, din,
elm).
İctimai şüurun aşağıdakı formaları mövcuddur: siyasi şüur, hüquqi şüur, əxlaq,
Dostları ilə paylaş: