Kafedra: «İctimai elmlər»


elm, incəsənət, din, fəlsəfə



Yüklə 486,89 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix10.05.2022
ölçüsü486,89 Kb.
#57397
1   ...   5   6   7   8   9   10   11   12   13
291 felsefe m N10ictimai shuurun qurulushu ve formalari eyani

elm, incəsənət, din, fəlsəfə. 

Siyasi şüur. İctimai şüurun formalarından biri olan siyasi şüur cəmiyyətin siniflərə 

bölündüyü  və  dövlətin  yarandığı  dövrdə  formalaşmağa  başlamışdır.  Siniflərin,  sosial 

təbəqələrin  istehsala,  hakimiyyətə,  ictimai  təşkilat  və  təsisatlara,  digər  siniflərə  olan 

münasibətləri  müəyyən  siyasi  ideya,  baxış,  təsəvvür  və  hisslər  doğurur.  Bu  ideya  və 

baxışların  məcmusu  siyasi  şüuru  əmələ  gətirir.  Siyasi  şüur  siniflərin,  sosial  qrupların 

dövlət hakimiyyətinə olan münasibətləri əsasında yaranan sosial-iqtisadi, ictimai-siyasi 

mövqe  və  mənafelərini  əks  etdirən  ideya  və  təsəvvürlərin,  hiss  və  əhval-ruhiyyələrin 

məcmusudur.  Siyasət  təkcə  siniflər  arasındakı  münasibətlər  sahəsi  olmayıb,  həm  də 




11 

 

millətlər və etnik qruplar arasındakı münasibətləri özündə birləşdirir. Siyasətdə ən vacib 



məsələ  dövlət  hakimiyyəti  məsələsidir.  Siyasi  şüurun  spesifikası  bundadır  ki,  dövlət 

hakimiyyətinə olan münasibət öz əksini siyasi şüurda daha qabarıq şəkildə tapır. 

Siyasi  şüurun  əhatə  dairəsi  çox  genişdir.  Buraya  həm  də  ictimai-iqtisadi  quruluş, 

şəxsiyyətin  hüquqi  statusu,  dövlətlərarası  münasibətlər,  müharibə,  sülh  və  başqa 

problemlər  daxildir.  Siyasi  şüur  siniflər  və  millətlər,  sosial  və  etnik  qruplar  tərəfindən 

siyasi  məqsəd  və  vəzifələrin,  strategiya  və  taktikaların,  metod  və  üsulların  işlənib 

hazırlanmasından  ibarət  mürəkkəb  sosial  bir  hadisədir.  Hakimiyyətdə  olan  siniflər  və 

sosial  qüvvələr  siyasi  şüuru  rəhbər  tutaraq  dövlətin  daxili  və  xarici  siyasətini  təyin 

edirlər. Məhz buna görə də siyasi şüur dövlətin fəaliyyətinə təsir edən güclü vasitədir. 

Siyasi  şüur  müxtəlif  siniflərin,  sosial  qrupların  və  millətlərin  siyasi  psixologiyası 

və ideologiyasını özündə birləşdirir. İctimai psixologiya və ictimai ideologiya bir-birinə 

qarşılıqlı  təsir  edir.  Onların  qarşılıqlı  əlaqəsinin  düzgün  nəzərə  alınması  nəinki  tarixi 

inkişafın  dərk  olunması,  eləcə  də  dünyəvi  problemlərin  həlli  sahəsində  mühüm 

əhəmiyyətə malikdir. Bu qarşılıqlı əlaqə və təsirdə siyasi ideologiya üstün rol oynayır. 

Siyasi fəaliyyət və siyasi praktikada, habelə siyasi şüurda ideologiyanın ünsürlərinə 

və təsirinə həmişə rast gəlmək olur. 

Siyasi  ideologiya  cəmiyyətin  necə  təşkil  olunmasına,  onun  dövlət  quruluşunun 

xarakterinə, hansı siyasəti həyata keçirməli olmasına dair baxışlar sistemidir. 

Bu və  ya  digər sinfin, sosial  və  etnik qrupun  siyasəti  müəyyən  siyasi  ideya, baxış 

və  nəzəriyyələrə  əsaslanır.  Deməli,  siyasi  ideologiya  sinfi  məqsəd  və  mənafeləri  ifadə 

edən  ideya  və  nəzəriyyələrin  məcmusudur.  Ümumiyyətlə,  ideologiya  həmişə  bu  və  ya 

digər siyasi xəttin işlənib hazırlanmasında mühüm rol oynayır. 

Siyasi şüurun formalaşmasında siyasi mədəniyyət mühüm rol oynayır. Çünki siyasi 

mədəniyyət  siyasi  şüurluluğun,  siyasi  təşkilatların  xarakterini,  siyasi  münasibətləri 

nizamlayan, tənzim edən ictimai dəyərlərin adət və ənənələrin məcmusunu ifadə edir. 



12 

 

İctimai  rəy  bir  növ  siyasi  şüurun  məhək  daşıdır.  Məhz  siyasi  proqnozlar,  siyasi 



tədbirlər geniş ictimai rəyə arxalandıqda səmərəli və təsirli olur. İctimai rəyin fəallığında 

və çevikliyində siyasi şüurun yetkinliyi özünü aydın təzahür etdirir. 

Siyasi  şüurun  rolu  gərgin  vəziyyətdə  və  tarixin  dönüş  məqamlarında  daha  aydın 

görünür.  




Yüklə 486,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin