Kafedra: «İctimai elmlər»



Yüklə 486,89 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix10.05.2022
ölçüsü486,89 Kb.
#57397
1   ...   5   6   7   8   9   10   11   12   13
291 felsefe m N10ictimai shuurun qurulushu ve formalari eyani

Hüquqi  şüur.  Hüquqi  şüur  bütünlükdə  cəmiyyətin  maraq  və  tələbatı  ilə  təyin 

olunan  hüquqi  baxışlar,  nəzəriyyə  və  hisslər,  hüquqi  hadisələr  haqqındakı  biliklər  və 

onların qiymətləndirilməsinin məcmusudur. 

Siniflər,  millətlər  və  dövlətlər  arasındakı  münasibətləri  əks  etdirən  siyasi  şüurdan 

fərqli  olaraq,  hüquqi  şüur  həyatın  ictimai  münasibətlərin  iştirakçılarının  hüquq  və 

vəzifələri nöqteyi-nəzərindən əks etdirir. Hüquqi şüurun xarakterik cəhəti onun hüquqla 

qırılmaz əlaqəsidir. Bu əlaqə onların meydana gəlməsi, fəaliyyət göstərməsi və inkişafı 

ilə  bağlı  olan  ümumi  səbəblərlə  şərtlənmişdir.  Hüquq  və  hüquqi  şüur  cəmiyyətin 

siniflərə  bölünməsi,  dövlətin  əmələ  gəlməsi  və  inkişafı  nəticəsində  yaranmış  ictimai 

münasibətləri  tənzimləmə  zərurətindən  meydana  gəlmişdir.  Hüquq  normativ 

sistemlərdən  biri  olub,  cəmiyyətdə  insanların  hərəkət  və  davranışlarını,  birliklərin  və 

dövlət  təşkilatlarının  vəzifələrini,  münasibətlərini  tənzimləyir.  Bu  normalar  müvafiq 

hüquqi  qanunlarda  ifadə  olunur.  Bununla,  hüquq  ictimai  orqanizmin  işləməsi  üçün 

lazım olan optimal şəraitin yaradılmasına kömək edir. 

Hüquqi şüur hüquqi münasibətlərin, normaların və təsisatların təbiəti və vəzifələri 

haqqında,  qanunvericilik,  məhkəmə  və  prokurorluq  orqanlarının  fəaliyyəti  haqqında 

təsəvvürləri əhatə edir. 

Hüquqi  şüur  başqa  ictimai  şüur  formaları  ilə,  xüsusilə  siyasi,  əxlaqi  və  fəlsəfi 

şüurla qırılmaz qarşılıqlı əlaqədədir, onlara tə'sir etməklə bərabər onların təsirinə məruz 

qalır.  Nəzəri  şüurun  hər  hansı  forması  kimi  hüquq  öz  müddəalarını  məntiqi  formada 

ifadə  edir,  həmin  bilik  sahəsinin  əvvəlki  inkişafına  söykənir.  Bütün  bunlar  dövlət  və 

hüquq nəzəriyyəsinə dair xüsusi əsərlərdə geniş izah edilir. 




13 

 

Hüquqi  şüur  və  hüquq  bir  qəbildən  olan  hadisələr  olsa  da  eyni  deyildir.  Onların 



qırılmaz əlaqələrinə və qarşılıqlı asılılığına baxmayaraq, hər ikisi üstqurumun müstəqil 

elementləridir. Hüquq hər şeydən əvvəl hüquqi qanunlar olub, yerinə yetirilməsi dövlət 

tərəfindən təmin olunur.  

Hüquqdan  fərqli  olaraq  hüquqi  şüur  ümumi,  məcburi  xarakter  kəsb  etmir  və 

dövlətin  məcburi  qüvvəsi  ilə  təmin  olunmur.  O,  cəmiyyətdə  müxtəlif  sinif  və  sosial 

qrupların hüquq haqqında mövqeyindən, onun qiymətləndirilməsi kimi tarixi zərurətdən 

meydana gəlir.   

Əgər  hüquq  üstqurumun  nisbi  dəyişməz  elementidirsə,  hüquqi  şüur  onun  daha 

çevik və dəyişən elementi kimi təzahür edir. Adətən istehsal prosesində, mübadilədə və 

bölgüdə  baş  verən  hər  hansı  kiçik  dəyişikliklər  belə,  hüquqi  şüurda  əks  olunur  və 

qiymətləndirilir.  Bu  zaman  cəmiyyət  qarşısında  hüquqi  sahədə  tənzimləmə  vəzifələri 

formalaşır. O sanki bazis və hüquq arasında əlaqəni təmin edir. Demokratik cəmiyyətdə 

qanunun aliliyi prinsipi hüquqi şüurun da bu istiqamətdə formalaşmasına zəmin yaradır. 

Əxlaq.  Əxlaq  və  ya  mənəviyyat  öz  tarixi  etibarilə  ictimai  şüurun  qədim  forması 

olub,  insan  cəmiyyətinin  formalaşdığı  dövrdə  meydana  gəlmişdir.  Cəmiyyətin  ilkin 

inkişaf  mərhələsindəki  iqtisadi  münasibətlərdə  öz  ifadəsini  əxlaqi  şüurda  tapmışdır. 

Əxlaq  hələ  ibtidai  icma  quruluşunda  insanların  praktiki  tələbatından  -  münasibətlərin 

tənzimlənməsi, birgə əmək fəaliyyətinin təşkili ehtiyacından meydana gəlmiş və inkişaf 

etmişdir. Bütün bunlar adi davranış normalarının, qaydalarının adət kimi təsbit olunmuş 

şəkildə işlənilməsini tələb edirdi. Axı cəmiyyət həmişə öz üzvləri qarşısında müəyyən 

tələblər qoyur. Bu tələblər ilk növbədə məhz əxlaq normalarında ifadə olunur. Cəmiyyət 

inkişaf  etdikcə  istehsalda,  istehsal  münasibətlərində  baş  verən  dəyişikliklərin  təsiri 

altında bu normalar dəyişilir, yeniləşir və inkişaf edir. 

Əxlaq  dedikdə,  adətən,  cəmiyyətdəki  davranış  normaları,  qaydaları  və 

prinsiplərinin məcmusu başa düşülür. Bəzən mənəviyyata və əxlaqa eyni anlayışlar kimi 

baxırlar. Lakin mənəviyyat daha geniş, əhatəli bir anlayışdır. 



14 

 

Etika əxlaq nəzəriyyəsi, əxlaq haqqında fəlsəfi təlimdir. O, quldarlıq cəmiyyətində 

əqli  əməyin  fiziki  əməkdən  ayrılması,  ilk  fəlsəfi  nəzəriyyələrin  yaranması  dövründə 

meydana  gəlmişdir.  Bu  mənada  filosofların  insan  münasibətləri  sahəsinə  müraciət 

etmələri, əxlaqın meydana gəlməsi səbəbləri və mənbələri, həyatın mənası, səadət, xeyir 

və  şər  anlayışları,  insan  hərəkətlərinin  əxlaqi  qiymətləndirilməsi  və  başqa  problemlərə 

toxunmaları xüsusi rol oynamışdır. Etik konsepsiyalar fəlsəfi sistemlərin tərkib hissəsi 

olmaqla,  adətən,  fəlsəfədə  iki  cərəyanın  -  materializm  və  idealizmin  mübarizəsini  əks 

etdirmişdir. Materializmin nümayəndələri əxlaqı insanın tələbatı və marağı ilə bağlayıb 

onun  bəşəri  əsasını  tapmağa  can  atmışlar.  İdealist  konsepsiyaların  nümayəndələri  isə 

əxlaqa oprior, bu dünya ilə əlaqəsi olmayan, anadangəlmə və dəyişməz bir hadisə kimi 

baxırlar. 

Əxlaqın  norma,  prinsip  və  kateqoriyalarına  konkret-tarixi  mövqedən  yanaşmaq 

lazımdır.  Xeyir  və  şər,  ədalət,  namus,  şərəf  və  s.  haqqında  əbədi  və  dəyişilməz 

təsəvvürlər yoxdur və ola da bilməz.  

Elm.  İctimai  şüurun  formalarından  biri  olan  elm  təbiətdə,  cəmiyyətdə  və  insan 

təfəkküründə  baş  verən  proses  və  hadisələr  haqqında  sınaqdan  keçirilmiş, 

dəqiqləşdirilmiş biliklər sistemidir. İnsan və bütövlükdə cəmiyyətin yaşaması üçün onlar 

ətraf  aləm  haqqında  müəyyən  biliklərə  malik  olmalıdırlar.  Bunsuz  istehsal  prosesini 

həyata  keçirmək  mümkün  deyil.  Odur  ki,  cəmiyyət  elmsiz,  biliksiz,  yaşaya  bilməz. 

İctimai fikrin digər formaları kimi elmi də hər hansı bir millət, bir xalq və yaxud da bir 

insan  nəsli  yaratmamışdır.  O,  tarix  boyu  bütün  bəşəriyyət  tərəfindən,  bütün  xalqların 

alimləri tərəfindən yaradılmış və inkişaf etdirilmişdir. 

Cəmiyyət həyatında onun rolundan danışdıqda onun yerinə yetirdiyi üç qrup sosial 

funksiyanı  xüsusi  qeyd  etmək  lazımdır:  birincisi,  mədəni-dünyagörüşü  funksiyası, 

ikincisi,  elmin  bilavasitə  məhsuldar  qüvvə  olması  və  üçüncüsü,  ictimai  inkişafda 

meydana gələn müxtəlif problemlərin həllində ondan geniş istifadə olunmasıdır.  




Yüklə 486,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin