Kafedra: İctimai fənlər


Misir səmasında ən parlaq ulduz Sirus



Yüklə 34,54 Kb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü34,54 Kb.
#34790
1   2   3   4   5   6
Ülvi Hüseynov Fəlsəfə serb iş.

Misir səmasında ən parlaq ulduz Sirus görü­nürdü. Min beş yüz il ərzində misirli astronomlar 373 Günəş və 832 Ay tutul­masını qeydə almışlar. Səmanın seyri əsasında ya­ra­nan ilk təqvimə görə bir il hər biri 30 gündən ibarət olan 12 aya bö­lü­nürdü. Hər ilin əvvəlində ona 5 müqəddəs gün də əlavə edi­lirdi. Bu da ilin 365 günə bərabər ol­ma­sını gös­tərirdi. Onlar gün­düz və gecəni 12 saata bölürdülər. Burada elm, xüsusən də dəqiq elm­lər tətbiqi xarak­ter daşıyırdı. Dünya mədəniyyətinin nadir in­ci­­lə­rindən sayı­lan və bir sıra sirləri hələ də açılmamış qalan, hər biri 2,5 tondan 54 to­na qədər ağırlığında olan, daş süxurla­rın­dan və qra­nit­dən tikil­miş məşhur Misir ehramları, piramidaları, hən­də­sə, cəbr, mexanika elmlərinin sayəsində inşa edil­mişdir. Ri­ya­ziy­­yat sa­­hə­sində təq­ribi kvadrat kök alma, oturacağı kvad­rat olan kəsik piramidanın həcminin he­sab­­lanma­sı, çev­­­rə uzun­lu­ğu­nun diametrə nisbəti və s. onların nailiyyəti idi. Təbabət sa­hə­sin­də isə Misir həkimləri meyitləri yarmaqla, insanın ana­to­mi­yasına və qan dövranına dair bir sıra məlumatlar əldə etmişlər. Buradan aydın olur ki, onlar xəs­tə­lə­rin müalicəsini ovsun­lamaqla deyil, elmi əsaslarla həyata keçir­miş­lər.

Qədim Mi­sirdə fəlsəfi fikrin meydana gəlməsi bir tərəfdən təbi­ət elmlərinin inki­şafı ilə, digər tərəfdən isə dünyaya mifoloji ba­xış ilə bağ­lı olmuşdur. Burada fəlsəfi fikirlər öz mənbəyini mif­lər­dən, əf­sa­nə­lərdən, nağıllardan, dastanlardan götürmüşdür.



Bizə gəlib çatan məşhur miflərdən biri 
Yüklə 34,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin