Kafedra: İnformasiya Texnologiyaları və Proqramlaşdırma



Yüklə 377,61 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü377,61 Kb.
#39613
növüKompozisiya
1   2
info

Microsoft Windows — 1985-ci ildə Microsoft şirkəti tərəfindən satışa çıxarılan əməliyyat sistemi. 1987-1989 illərdə Windows sistemində işləyən çoxlu sayda güclü və rahat proqramlar yaradıldı. Məsələn, Windows üçün Microsoft Word, Excel, Aldus PageMaker və s. Bu proqramların yayılması istifadəçilər arasında Windows sisteminin populyarlığının artmasına səbəb oldu.                           

1990-cı ildə yaradılmış Windows 3.0 versiyasından başlayaraq Windows müasir kompyuterlər üçün standarta çevrildi. 6 aprel 1992-ci ildə əfsanəvi Microsoft Windows 3.1 əməliyyat sistemi istifadəyə verilmişdir. Windows 3.x sistemi yükləmələrin sayına görə 1997-ci ilə qədər ABŞ-da ən populyar əməliyyat sistemi olmuşdur.

Windows – müasir kompyuterlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır.

Windows-un hər bir proqramı heç olmasa bir pəncərəyə malikdir. Bu pəncərə istifadəçini həmin proqram ilə işləməyə şərait yaradır. Windows sistemində manitorun ekranı işçi masa kimi təqdim olunur ki, bu masada həmin anda işləyən proqramların pənсərələri yerləşmiş olurlar. Proqram kiçik təsvir (düymə) şəklində də göstərilə bilər ki, bu təsvir çox zaman "ikonka" adlanır. Təbii ki, hər hansı proqram (pəncərə) kiçik təsvir şəklində yığıla və yenidən normal vəziyyətə gətirilə bilər. Bu imkan Windows sistemində işləyərkən ekranın informasiya həcminin artmasına səbəb olur. Manipulyatordan istifadə isə Windows-da işləyən istifadəçilərin işini xeyli asanlaşdırır.

İnteqrasiya mühiti üçün xarakterik olan mətn və qrafik redaktorlar, verilənlər bazası və s. kimi proqramlara malik olmaqla yanaşı Windows sistemi öz şəxsi proqramlarını yaratmağa imkan verən geniş proqram interfeysini dəstəkləyir.

Windows əməliyyat sistemlərinin üstün cəhətləri:


  • Yüksək etibarlılığı və asan idarə olunması.
  • Aparat vasitələrinin yoxlanması.
  • İnternetə böyük daxili inteqrasiya.
  • İstifadənin yüngüllüyü və rahatlığı.
  • Eyni zamanda bir-neçə proqramdan istifadə mümkünlüyü.
  • Bir mətndə bir-neçə şrifdən istifadə mümkünlüyü və s.
  • Bir proqram başqa proqram vasitəsilə təşkil olunmuş verilənlərə müraciət edə bilər (DDB-Dinamic Data Exchange).Multimediya prinsipini saxlayır.
  • Windows vasitəsilə musiqi səsləndirmək, videokameraya baxmaq, animasiyalara baxmaq olar.

lj

Unix (ing. Unix) — 1969-cu ildə Ken Tompson və Denis Ritçi tərəfindən Bell laboratoriyalarında yazılmış, eyni vaxtda bir çox istifadəçi ilə eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirən bir əməliyyat sistemidir.

       


eni ƏS – UNICS (UNIplexed Information and Computing System) adlandırılmış, sonralar UNIX adına qısaldılmışdı.

Bu əməliyyat sisteminin əsasıda Massaçusets Texnologiya İnstitutu (MİT), AT&T, Bell Labs və GE-nin bir yerdə istehsal etdikləri Multics və Unicse dayanır. Unix-in ilk versiyası Assembler dili ilə yazılmışdır və bu əməliyat sistemi sadəcə yazıldığı kompüterin özündə işləyirdi. Unix Əməliyyat Sistemi 1973-cü ildə C proqramlaşdırma dili ilə yenidən yazılmışdır. AT&T Bell Labs Unix-i Novell-ə satdı, 1994-cü ildə də Novell Unix markasını bugünkü sahibi The Open Group-a verdi.



Unix çox prosesli və çox bahalı kompüterlərdən, ucuz və tək prosesli PC-lərə qədər bir çox kompüterdə işləyə bilir. Unix əməliyyat sisteminin sağlamlığı bir çox yerlərdə test edilmiş və davamlı bir sistem olduğu təsdiq edilmişdir. Unix çox istifadəçi eyni vaxtda birdən çox işi görəbildiyi üçün xüsusiylə çox prosesli serverlərdə istifadə olunur. UNIX əməliyyat sistemi C dilində yazıldığından və başqa əməliyyat sistemlərinə nisbətən daha köçürüləbilən, yəni maşından daha az asılı olduğundan güclü hesab olunur.

Linux əməliyyat sistemi də Linus Torvalds tərəfindən Unix-dən ilham alınaraq yazılmışdır.
Yüklə 377,61 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin