Nəticə və təkliflər Qiymət strategiyasının seçimi zamanı 2 tip amillər nəzərə alınmalıdır: daxili- xərc və gəlir əsasında qiymət təyin , xarici- rəqiblərin qiyməti və alıcıların qiymətə həssaslığına əsaslanan qiymət təyini. Müxtəlif qiymət strategiyalarının maliyyə nəticələrinin proqnozlaşdırılması xərcyönümlü (zərəsizlik qiyməti, məqsəd qiyməti və xəsclərə əlavə olunması ilə qiymətlər) qiymət əmələ gəlmə metodu əks etdirir. Bazar iqtisadiyyatı şəraitində tamamailə fırmanın maliyyə tələblərinə əsaslanaraq qiymət təyini qeyri-mümkündür. Çünki yalnız istehlakçılar hansı məhsulun bazarda uğur qazanıb qazanmayacağını müəyyən edirlər. Tələbə əsaslanaraq qiymət qoyma metodunda mərkəzi yeri tələbin qiymət elastikliyi tutur. Amma empirik olaraq bu nisbətin dəqiq təyin edilməsi çox çətindir. Tələbin qiymət elastikliyini kəmiyyətcə qiymətləndirilmsi üçün, istehlakçıların qiymətə həssaslığına təsir göstərən amilləri öyrənmək vacibdir. Məhulun dəyərliyinə əsaslanan qiymət əmələgəlmə metodu istehlakçılara istiqamətlənmiş metoddur və məhsulun multiatributiv konsepsiyasını gələcək inkişafını əks etdirir. Qiymətin tənzimlənməsi (və ya elstiki qiymətqoyma) strategiyasının təyini alıcı kütləsinin qiymət həssaslığının müxtəlif cinsli olmasına əsaslanır. Rəqabətə əsaslanan qiymətqoyma zamanı 2 tip faktorlar nəzərə alınır: bazarın rəqabət trukturu və əmtəənin qəbul edilə biləcək qiyməti. Qiymət əmələ gələdə rəqiblərin təhlilinin məqsədi onların qiymət dəyişikliklərinə reaksiya qabiliyyətinin qiymətləndirilməsidir. Yeni məhsula qiymət qoyma (“qaymağın yığılması və ya bazara nüfuz etmə), məhsul xətti üzrə qiymətqoyma (premial qiymət əmələ gəlmə, imici nəzə alaraq qiymət təyini və tamamlayıcı məhsullara qiymət təyini) və beynəlxalq qiymət qoyma (tranfert qiymətləri və idxal qiymətləri) xüsusi diqqət yetirilir.
Ədəbiyyat siyahısı K. Heydərov “Gömrük işinin əsasları”. Bakı-2004
Avropa Yenidənqurma və İnkişaf Bankının Sənədi “Azərbaycan üzrə ölkə stra- tegiyası”. 18 sentyabr 2007-ci il tarixində Direktorlar Şurası tərəfindən təsdiq edil-mişdir.
“Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya. İqtisadiyyat və beynəlxalq münasibətlər üzrə II beynəlxalq konfrans”. Qafqaz Universiteti, Bakı-2007
“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edil-məsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 16 iyun 2007-ci il.