Kafedra: Metallurgiya və materiallar texnologiyası


Karbon və daimi aşqarların poladın xassələrinə təsiri



Yüklə 17,62 Kb.
səhifə2/3
tarix22.05.2023
ölçüsü17,62 Kb.
#119278
1   2   3
materiallar karbonlu

Karbon və daimi aşqarların poladın xassələrinə təsiri.
Polad tərkibində 2,14% C və daimi aşqarları olan dəmir-karbon ərintisinə
deyilir.Əgər poladın tərkibi dəmir, karbon və müxtəlif daimi aşqarlardan Mn
(0,7%), Si(0,4%), küküürd (0,06%), fosfor( 0,07%) və qazlardan ibarətdirsə, belə poladlara karbonlu poladlar deyilir.
Poladın xassələrinə daha çox təsir edən element karbondur. Karbonun
miqdarının artması poladın bərkliyini, möhkəmliyini artırır, plastikliyi və özlülüyü azalır. Karbonun miqdarının 0,9% olduğu halda möhkəmlik maksimum həddə çatır, lakin karbonun miqdarının sonrakı artımı strukturda 2-ci sementit alınması və kövrəkləşməsi səbəbindən möhkəmlik aşağı düşür.
Poladın tərkibində manqan və silisium faydalı qarışıq sayılır. Polad
əridilərkən bu elementlər qatılır ki, dəmir oksidləri kənarlaşdırılsın.
FeO+Mn---- MnO+Fe
2FeO+Si----SiO2+2Fe
Manqan və silisium ferritdə həll olunaraq onun bərkliyi və möhkəmliyini
artırır, lakin bu halda plastiklik aşağı düşür.
Kükürd polada çuqundan, çuquna isə dəmir filizi və koksdan keçir.Kükürd
poladda isti sınıq xassəsi yaradır.Fosfor poladın tərkibinə filizdən keçir.Fosfor da ferritdə həll olaraq onun möhkəmliyini və bərkliyini artırır, lakin çox güclü dərəcədə onun plastikliyini aşağı salır, adi temperaturda kövrək edir. Bu hala soyuq sınıq xassəsi deyilir. Poladın tərkibində legirləyici elementlər
Karbonlu poladların əridilməsi zamanı onun tərkibinə yüksəldilmiş
miqdarda xrom, nikel, volfram, vanadium, manqan, silisium və s. əlavə edilirsə, belə elementlərə legirləyici element, polada isə legirlənmiş polad deyilir.Legirləyici elementlər dəmirin allotropik çevrilmələrinə müxtəlif cür təsir edir, karbit fazasına, poladda isə çevrilmələrinə təsir edir.Dəmirin allotropik dəyişmələrinə təsirinə görə legirləyici elementləri 2 qrupa bölünür:
1. fazaya açıq zona verən legirləyici elementlər - Mo,Ni, Co, Cu.
2. fazaya qapalı zona verən legirləyici elementlər – Cr, Y, W, Mo, Si, Ti və
Poladların təsnifatı və markalanması
Poladları kimyəvi tərkibinə, istehsal üsuluna, quruluşuna, tərkibinə əsasən
təsnif edilir.
1)Kimyəvi tərkibinə görə poladlar karbonlu və legirli poladlara bölünür Poladın tərkibində olan legirləyici elementlərə görə legirli poladlar xromlu, silisiumlu, xrom nikelli, xrommanqanvanadiumlu və s. olur.Poladın tərkibində legirləyici elementlərin miqdarından asılı olaraq legirli poladlar, az legirli(2,5%-ə qədər), ortalegirli (2,5-10%) və yüksək legirli (10%-dən çox)olur.
2)İstehsal üsuluna görə poladlar konvertor , marten poladları, elektrik poladları və xüsusi əritmə üsullu poladlar
Zərərli qarışıqların (S və P) miqdarına görə poladlar adi keyfiyyətli , keyfiyyətli, yüksək keyfiyyətli və xüsusi yüksək keyfiyyətli poladlara bölünür.
3)Quruluşuna görə poladlar tabəksiltməyə və normallaşmaya uğradılan poladlara bölünür.
4)Tətbiq sahəsinə görə poladlar aşağıdakı qruplara bölünür:
A)Konstrukiya poladları-maşın və konstruksiya hissələri üçün
B)Alət poladları-kəsici və ölçü alətlərinin hazırlanması üçün
C)Xüsusi xassəli polad və ərintilər-odadavamlı,korroziyaya dözümlü,maqnitli vəs.

Yüklə 17,62 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin