ĠĠkar məHƏMMƏDƏLĠ oğlu qasimov



Yüklə 6,18 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix31.01.2017
ölçüsü6,18 Mb.
#6982
1   2   3   4   5   6   7   8   9   ...   12

 
Kapitan  Vəliyev  Füzuli  Sabir 
oğlu  24  fevral  1961-ci    ildə  Laçın 
rayonu,  Şamkənd  kənd  inzibati 
ərazi  vahidinin  Nağdalı  kəndində 
kəndli ailəsində anadan olub. 1979-
cu ilin noyabr aylnda hərbi xidmətə 
yollanmışdır.  O,  hərbi  xidmətini 
Rusiyanın  Omsk  vilayətində  başa 
vuraraq  doğma  Laçın  rayonunun 
Nağdalı kəndinə qayıtmışdır.  
Hal-hazırda Prezident təqaüd-
çüsü,  1966-cı  ildən  etibarən  Sosia-
list  Əməyi  Qəhrəmanı  adına  layiq  görülmüş  Şərqiyə  ana 
Füzulini  Laçın  rayon  hərbi  komissarlığından  hərbi  xid-
mətə  yola  salarkən  ona  xeyir-dua  vermişdir:  “Öz  doğma 
yurdumuza layiq xidmət et demişdir!” 
Öz  doğma  anasının  tövsiyəsindən  və  xeyir  dua-
sından  bəhrələnən  Füzuli  hərbi  xidmətdən  1982-ci  ildə 
baş çavuş rütbəsi ilə qayıdanda bütün qohumlarını, ata və 
anasını ürəkdən sevindirmişdir.  
Hərbi  xidmətini  başa  vuran  Füzuli  Vəliyev  qəhrə-
man anası Şərqiyə xanımın və öz əməyinə görə “Oktyabr 
inqilabı”,  “Şərəf  nişanı”  ordenləri  ilə  və  bir  çox  medal-
larla təltif olunmuş atası Sabir kişinin də çalışdığı “Kirov” 
safxozunda iki il fəhlə işlədikdən sonra ailə qurmuşdur.  
Bədnam  qonşularımız  olan  ermənilərin  apardığı 
iyrənc  siyasətə  dözməyən  Füzuli  1988-ci  ildə  Ağdam 
rayonuna  gəlmiş  və  orada  özünümüdafiə  dəstəsinə  qoşu-
laraq  mənfur  ermənilərə  qarşı  mübarizəyə  qalxmışdır. 
1990-91-ci  illərdə  Ağdam,  Əsgəran,  Xocalı  və  s  bölgə-
lərdə gedən döyüşlərdə Füzuli igidliyinə və şücaətinə görə 

 
109 
fərqlənmişdir.  1992-ci  ildə  Xocalı  şəhəri  mühasirəyə 
düşən zaman mülki vertalyotdan birbaşa hərbi helikopterə 
keşən  polkovnik  Xanlar  Səttarovla  birlikdə  Xocalının 
harayına  çataraq  bir  neçə  uçuş  zamanı  çoxlu  sayda  soy-
daşlarımızı  xilas  etmişdir  (18,.37).  Həmin  dövrdə  Füzu-
linin  qorxmazlığını,  igidliyini  və  vətənpərvərliyini  görən 
təcrübəli pilot polkovnik Xanlar Səttarov onun daha cəsur 
pilot olacağına şübhə etmir. Beləliklə, həmyerlimiz kapi-
tan Füzuli Vəliyev 1992-ci ildə polkovnik Xanlar Səttar-
ovun dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə Na-
zirliyi yanında uçuş hazırlığı Təlim mərkəzinə daxil olur. 
Bir  neçə  gün  təlim  mərkəzində  olduqdan  sonra  Füzuli 
polkovnik  Xanlar  Səttarovla  birlikdə  ön  cəbhəyə  uçuşlar 
etmişdir  (18,38).  Qeyd  etmek  lazımdaır  ki,  Füzuli  ilə 
birlikdə  ön  cəbhəyə  uçuşlar  edən  Laçın  rayonunun 
Ağanus  kəndində  anadan  olmuş  mayor  Loğman  Məhər-
rəmov hal-hazırda da öz peşəsi üzrə hərbi mütəxəssisdir.  
1993-cü  ilin  mart  ayının  sonu,  aprel  ayının  əvvəl-
lərində  Kəlbəcər  rayonunun  işğalı  zamanı  həmyerlimiz 
kapitan  Füzuli  Vəliyev  öz  pilot  yoldaşları  ilə  birlikdə 
əhalinin  çox  hissəsini  xilas  edərək  Yevlax  şəhərinə 
çatdırmışdır.  Həmin  uçuşların  birində  ermənilərin  atdığı 
mərmi nəticəsində 68 nəfərin olduğu vertalyot zədə alaraq 
uçuş  qabiliyyətini  itirmiş,  təcrübəli  və  cəsur  pilotların 
igidliyi nəticəsində endirilməsinə baxmayaraq iki hissəyə 
bölünmüşdür.  Həmin  vaxt  38  nəfər,  o  cümlədən  pilot 
kapitan Füzuli Vəliyev də ağır yara almışdır. İkinci vertal-
yotda  Loğman  Məhərrəmov  və  Bəhlul  Zülfüqarovun  kö-
məyi ilə yaralılar oradan Yevlax şəhərinə çatdırılıblar.  
Polkovnik-leytenant  Bəhlul  Zülfüqarovun  qeydləri-
nə  əsasən,  həmyerlimiz  kapitan  Füzuli  Vəliyev  pilot 
dostları  ilə  birlikdə  252  döyüş  uçuşu  etmişdir.  Uçuşlar 

 
110 
zamanı yaranmış təhlükələr heç vaxt kapitan Füzuli Vəli-
yevi qorxutmamış, o, öz igidliyini sübut etmişdir.  
Cəsur,  igid  və  qorxmaz  həmyerlimiz,  Laçın  rayo-
nundan olan ilk pilotlardan biri kapitan Füzuli Vəliyev 23 
noyabr 2003-cü il tarixdə hərbi vəzifəni yerinə yetirərkən 
həlak olmuşdur. Hal-hazırda onun həyat yoldaşı və iki qız 
övladı Bakı şəhərində yaşayırlar.   
     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
111 
V Fəsil. 
Erməni vəhĢiliyi Ģahidlərin dili ilə 
 
Qeyrət təcəssümü olan qadınlarımız. 
 
 Kərimova  Səma  Aydın 
qızı,  Laçın  rayonu  Şamkənd  kən-
dinin  sakini  idi.  31  mart  1993-cü 
ildə  Kəlbəcər  rayonu  ərazisində 
dayıları  Əliyev  Yusif,  Əliyev 
Asif,  bibisi  Əliyeva  Qənirə  və 
digər  qohumları  gözləri  qarşısın-
da  erməni  silahlıları  tərəfindən 
qətlə yetiriliblər. Özü yaralı halda 
yaş  yarımlıq  qızı  Nurlanə  ilə  bir-
likdə əsir götürülüb.  
Verilən dəhşətli işgəncələrə dözməyərək 2 ay sonra 
şah  damarını  kəsərək  intihar  edib.  Həmin  vaxt  bətnində 
olan  körpəsinin  dünyaya  göz  açmasına  cəmi  1  ay  qal-
mışdır. Ölümündən bir müddət sonra meyidini alaraq dəfn 
etmək mümkün olub.   
 Hümbətova  Nurlanə  Arif 
qızı,  Laçın  rayonu  Şamkənd  kənd 
sakinidir.  1  yaş  6  aylıq  olarkən  31 
mart  1993-cü  il  tarixdə  Kəlbəcər 
rayonu  ərazisində  anası  Kərimova 
Səma  Aydın  qızı  ilə  birlikdə  girov 
götürülüb.  Erməni  hərbçisinin  avto-
matın qundağı ilə vurduğu zərbədən 
ömürlük  dünya  işığına  həsrət  qalıb. 
Bir  müddət  sonra  əsirlikdən  azad 
edilib. Bu vaxta qədər 8 dəfə cərrahı 
əməliyyat keçirsə də görməsi mümkün olmayıb.  

 
112 
Alıyeva  Qəmzə  Abbas  qızı, 
1927-ci  ildə  Laçın    rayonunun 
Şeylanlı  kəndində  anadan  olub. 
1992-ci  ilin  may  ayında  erməni 
quldurlarının  yaxınlaşdığını  görər-
kən  əsir  düşməmək  üçün  özünü 
Ağdərə  çayına  ataraq  intihar  edib.  
Qəmzə  ananın  özünə  qəsd  etməsi 
azərbaycanlı  qadınlarının  qeyrət 
təcəssümü  olduğunu  və  ən  çətin 
anda nəslinin namus-qeyrətini uca tutduğunu göstərir. 
Ġbrahimova  Yeganə  Nadir  qızı,  Laçın  rayonu 
Qarabəyli  kənd  sakini  1993-cü  il  martın  29-da  Kəlbəcər 
rayonunun  Tunel  adlanan  ərazisində  ermənilər  pusqudan 
çıxaraq  getdiyimiz  Kamaz  markalı  avtomaşına  hücum 
etdilər. Maşının kuzovunda 40 nəfərdən çox adam var idi. 
Yarım saata qədər davam edən gülləbarandan sonra silahlı 
ermənilər  maşına  yaxınlaşaraq  sağ  qalan  yaralıları  yerə 
düşürdülər.  Cəmi 5 nəfər idik, mən, qardaşım Müşfiq və 
daha  üç  nəfər.  Hamımız  ağır  yaralı  idik.  Maşındakı 
meyidlərin sayı 30-dan çox idi. Ermənilər bir anın içində 
benzin tökərək maşına od vurdular. Meyidlər gözümüzün 
qarşısında  yanaraq  külə  döndü.  Onların  arasında  atam 
Nadir, anam Nüşabə, qardaşım Tural da var idi. Qardaşım 
Müşfiq 5, mən isə 8 güllə yarası almışdıq. Ermənilər əv-
vəlcə  bizi  Ağdərəyə,  sonra  isə  Xankəndinə  apardılar. 
Onların  verdiyi  işgəncələrə  heç  cür  dözmək  mümkün 
deyildi.  BQXK-nin  üzvləri  bizi  nəzarətə  götürdükdən 
sonra  sağ  qala  bildik.  1  il  6  aydan  sonra  mən,  3  ildən   
sonra  isə  qardaşım  Müşfiq  BQXK-nin  xətti  ilə  əsrlikdən 
azad edildik (17,14). Hal-hazırda ailəmizdə olan 5 nəfərin 
hamısı  müxtəlif  dərəcəli  Qarabağ  əlilidir.  Mən  özüm  isə 

 
113 
əsrlikdə  bir  yerdə  olduğum  şəxslə  sonradan  ailə  həyatı 
qurmuşam.  
 
ġəhidlər ölməz, vətən bölünməz! 
 
Güləbirdin  keşiyini  çəkən,  torpaqlarımızın  müda-
fiəsinə  qalxan,  könüllü  özünü  müdafiə  dəstəsinin  fəal 
üzvlərindən biri R Atakişi oğlunun Güləbirdin şəhid oğlu 
Şəmsi haqqında xatirələrinin gənc nəslə nümunə olacağını 
nəzərə  alaraq  onu  olduğu  kimi  oxucuların  diqqətinə  çat-
dırmağı özümə borc bildim.  
Şəmsi  ailənin  ortancıl  oglu 
idi. 1967- ci ildə  Güləbirddə do-
gulmuşdu.  Orta  məktəbi  də  bu 
kənddə  bitirdi.  Gülərüz,  agbəniz, 
nazik- şivərək bir oglan idi. Atası 
Şahmar  Şəmsinin  ali  məktəbə 
qəbul  olundugunu  eşidəndə  çox 
sevinmişdi,  muştuluq  paylamışdı, 
qonaqlıq vermişdi. Oglu aqronom 
olub  kəndə  dönəcəkdi,  bərəkətli 
Güləbird torpagına bərəkət qatacaqdı.  
Amma  Şəmsinin  ali  təhsil  illəri  çətin  müharibə 
dövrünə düşdü. Gəncədəki Kənd Təsərrüfatı Akade-miya-
sının  diplomunu  almaq  ona  qismət  olmadı.  Ala  bilərdi, 
amma  Güləbirddə  düşmənlə  üz-üzə  dayanmasaydı. 
Diplom işi yarımçıq qaldı. O, kəndə sevgini, torpaga mə-
həbbəti  seçdi.  1991-ci  ilin  yazından  Şəmsi  Güləbirdin 
keşiyini  çəkən  elogulları  ilə  “Qız  qəbri”ində,  Cicimlidə, 
Qazıdərəsində  düşmənlə  üz-üzə  dayandı.  1992-ci  ilin 
mayından  Güləbird  könüllüləri  ilə  Fərəcanda,  Səfianda, 
Malxələfdə  döyüşlərdə  oldu.  Onun  aglına  ölmək  yox, 
öldürmək  gəlirdi.  Ən  agır  günlərdə  Güləbird  də  oldu. 

 
114 
Güləbird  batalyonunun  ən  cəsur  döyüşçülərindən  idi 
Şəmsi. 
1992-ci  il  oktyabrın  13-ü  idi.  Düşmən  kəndimizə 
çox yaxınlaşmışdı. Kəndə girməyə cəhd etsə də, itki verib 
geri  dönmüşdü.  Üç  gün  əvvəl  ermənilər  Güləbirddə  təzə 
tanklarını  qoyub  qaçmışdılar.  Döyüşçülərimizin  əhvalı 
yaxşı  idi.  Uşaqlar  ətraf  yüksəkliklərdən  düşmənin  atdıgı 
güllələri saya salmırdı. Kənddən uzaga getmək istəmirdi. 
Düşmən  gülləsi  Şəmsini  elə  kəndin  içində  haqlamışdı. 
Onu  yaralı  halda  körpüyə  gətirəndə  bir-birimizə  dəymiş-
dik. Bu necə oldu? 
Amma  olan  olmuşdu.  Düşmənin  snayperi  Şəmsi 
Şahmar  oglu  Abbasovu  onu  sevənlərin,  elinin,  obasının, 
uşaqlarının,  atasının,  anasının,  bacısının,  qardaşının  əlin-
dən alıb apardı.   
Şəmsi  Xanlıqda  müalıcə  edilirdi.  Lakin  Bakıya 
götürmək  zərurəti  yarandı.  Oktyabrın  20-də  vertalyotla 
paytaxtda  gətirəndə  Şəmsi  elə  səmadaca  gözlərini  əbədi 
yumdu. Onu Sumqayıtda Şəhidlər Xiyabanında dəfn etdi-
lər.  Şəmsi  Güləbirdin  dördüncü  şəhidi  oldu:  Əhliman, 
İsak, Alış, Şəmsi!!! 
Şəmsi dünyaya oktyabrda gəlmişdi, oktyabrda  toyu 
olmuşdu, oktyabrda da şəhid oldu. Bu çox qəribə təsadüf 
idi.  
Şəmsidən  yadigar  qalan  Vətənə  sonsuz  məhəbbəti, 
dostlarının  onun  haqqında  söylədiyi  xatirələri  nurlu 
siması və bir də iki övladı- Allahyar və Zenfiradır.  
 
 
 
 
 
  

 
115 
Ora Vətəndir 
       
Laçının  ermənilər  tərəfindən  işğalından  keçən  bu 
iyirmi ildə hər an Laçın və onun uğrunda mübarizə aparan 
həmyerlilərimi düşünəndə ilk öncə gözümün önünə bütün 
varlığı  ilə  vətənpərvər,  Laçının  çətin  günlərində  göstər-
diyi,  cəsarəti,  qorxmazlığı,  təşkilatçılığı  və  rəhbərliyi  ilə 
hər bir döyüşdə qələbə qazanmış Laçın polisinin rəisi və 
polis  dəstəsinin  komandiri,  polkovnik,  ən  əsası  bütün 
fəaliyyəti ilə böyük Laçınlı keyfiy-
yətlərini  özündə  təcəssüm  etdirən-
lərdən  biri  olan  Akif  Səlimov    gə-
lib. Laçını, onun uğrunda döyüşən-
ləri, min bir əzaba düçar olanları və 
nəhayət  şəhidlik  zirvəsinə  yüksə-
lənləri yad etmək məqsədi ilə əlimə 
qələm  alanda  düşündüm  ki,  Akif 
müəllimin  yaddaşına  və  o  günlər-
dəki  yaşantılarına  müraciət  etmək 
daha da əhəmiyyətli olar.  
Akif İsmayıl oğlu Səlimov 1950-ci ildə Laçın rayo-
nunun  Qarıqışlaq  kəndində  anadan  olmuşdur.  O,  Azər-
baycan Politexnik İnstitutunu (İndiki Azərbaycan Texniki 
Universiteti)  və  Volqoqrad  Ali  İstintaq  məktəbini  bitir-
mişdir. 1990- cı ilə qədər Laçın rayonunda müxtəlif məsul 
vəzifələrdə  çalışmışdır.  1990-2006-cı  illərdə  isə  Laçın, 
Goranboy, Qax, Cəlilabad rayonlarında polis rəisi vəzifə-
sində işləmişdir. Polis polkovnikidir. 
 A.Səlimov  bütün  şüurlu  həyatı  boyu  ermənilərin 
yaşam tərzi, xarakterik xüsusiyyətləri, tarixdə yerləri və s 
barəsində  material  toplamış  və  ardıcıl  olaraq  analiz  və 
təhqiqatlar  aparmışdır.  1988-ci  ildə  ermənilərin  separat-
çılıq  niyyətləri  açıq  müharibəyə  çevrildiyi  andan  onun 

 
116 
fəaliyyəti  erməni  işğalçılarına  qarşı  mübarizəyə  həsr 
olunmuşdur.  Siyasətə  qoşulmayan  könüllü  döyüşçü 
dəstələrinin  təşkili,  döyüş  məqsədləri  üçün  nəzərdə  tutu-
lan  polis  batalyonunun  yaradılması  və  yüksək  döyüş 
hazırlığına  gətirilməsi  A.Səlimovun  bilavasitə  rəhbərliyi 
altında  həyata  keçirilmişdir.  O,  Qarabağ  müharibəsində, 
haqqında  əfsanələrə  bənzər  söhbətlər  dolaşan  Laçın 
polisinə rəhbərlik etmişdir. Şuşa, Laçın, Kəlbəcər, Füzuli, 
Horadiz  ərazilərində  aparılan  qanlı  döyüşlərdə  qəhrə-
manlıqlar  göstərən,  Sultan  bəyin,  Xosrov  bəyin  adına 
layiq cəsarətlə, qorxmazlıqla döyüşən Laçın polis dəstəsi 
bütün  döyüş  əməliyyatlarını  polis  polkovniki  Akif 
müəllimin  rəhbərliyi  və  təşkilatçılığı  ilə  keçirmişdir. 
Laçın  polisinin  50  nəfərə  yaxın  əməkdaşı  döyüşlərdə 
həlak  olmuş,  145  nəfəri  yaralanmışdır.  Düşmənə  qarşı 
göstərdikləri qəhrəmanlıqlarına görə Azərbaycan Respub-
likasının Prezidentinin fərmanı ilə 3 nəfər polis əməkdaşı 
“Azərbaycanın  Milli  Qəhrəmanı”  adına,  4  nəfəri  “Azər-
baycan  bayrağı”  ordeninə  layiq  görülmüş,  iki  nəfəri  isə 
“Vətən uğrunda” medalı ilə təltif olunmuş-dur(36,171.).  
Akif  müəllimin  təsvir  etdiyi  müharibə  öncəsi 
vəziyyəti  təxminən  belədir:  1991-ci  ilin  birinci  yarısında 
Ermənistan  ərazisində  vəziyyət  gərgin  idi.  Qruplaşmalar 
rus  hərbi  bazalarına  hücumlar  təşkil  edib,  siyasilərin  də 
bir  qrupunun  dəstəyini  alaraq  russuz  Ermənistan  yarat-
maq, Qərb istiqamətini tutmaq və Qarabağ problemini öz 
gücləri  ilə  həll  etmək  fikrinə  düşdülər.  Bu  proseslər  rus-
ları  rəhbərlik  səviyyəsində  hövsələdən  çıxardı.  Azərbay-
canda isə bu məqamdan çox səmərəliliklə istifadə olundu. 
Dağlıq Qarabağın Azərbaycanla sərhəd ərazilərindəki er-
məni kəndlərində pasport rejiminin yoxlanılması adı altın-
da  əslində  ərazilərin  erməni  “boyeviklər”dən  təmizlənmə 
əməliyyatına başlandı. 

 
117 
Bu  tədbirlər  Xanlar,  Göygöl,  Keçmiş  Şaumyan 
(idiki  Goranboy  ərazisi),  Laçın,  Şuşa  ərazilərində  səmə-
rəli  nəticələrə  gətirib  çıxardı.  1990-1991-ci  illər  ərzində 
Laçın-Şuşa  arasındakı  44  km  yol  erməni  boyeviklər 
tərəfindən  müntəzəm  atəş  altında  saxlanılır,  partlayışlar, 
qətllər törədilirdi. 1991-ci ilin may ayının 15-də səhər saat 
3-də  erməni  kəndlərinə  girdik.  Qəti  tapşırılmışdı  ki,  dinc 
əhaliyə  toxunulmasın.  Hamı  gözəl  başa  düşürdü  ki,  hər 
şeyə  ruslar  diqqət  edir,  heç  nəyi  nəzərdən  qaçırmırdılar. 
Bizim  əsas  məqsədimiz  o  idi  ki,  bu  kəndlərin  boşaldıl-
masının  zəruri  olduğunu  ruslara  əyani  göstərə  bilək. 
Yüzdən  çox  şübhəli  Laçın  rayon  polis  şöbəsinə  gətirildi. 
Araşdırmalardan  sonra  təqsirsiz  insanlar  ruslara  təhvil 
verildi.  Terror,  dövləti  cinayətlərdə  şübhəlilər  saxlanıldı. 
Onların arasında 08.02.1991-ci il tarixdə jurnalist Salatın 
Əsgərova,  podpolkovnik  Lazionov,  mayor  İvanov  və 
Serjant Qoyeki qətlə yetirən terrorçular da var idi. Onları 
həbs etdilər. Üç erməni kəndi boşadıldı. Təəsüf ki, Daşaltı 
kəndinin  boşaldılması  baş  tutmadı.  Laçın  polis  döyüş-
çülərindən ibarət qrupa əməliyyatı davam etdirməyə icazə 
vermədilər.  1991-ci  ilin  may  ayının  17-də  Laçın  rayo-
nunun  Sadınlar  kəndi  ərazisində  Ermənistanla  sərhəd 
yaxınlığında rus hərbiçiləri tam xristian həmrəyliyi zəmi-
nində Laçınlı polis döyüşçüləri-Polad Məmmədovu, Tahir 
Məmmədovu,  Nadir  Orucovu  və  mülki  vətəndaş  Xələf 
Allahverdiyevi vəhşicəsinə qətlə yetirdilər.  
Bu  vaxt  artıq  səhvlərini  etiraf  edən  ruslara  sığınan 
Ermənistan  hay-küy  salaraq  Daxili  Qoşunların  Sərhəd 
rayonlarından  çıxarlmasına  nail  oldular.  Azərbaycan 
Respublikasının  Daxili  İşlər  Nazirliyi  və  22872  saylı 
hərbi  hissənin  birgə  əmri  ilə  Sərhədlərin  Sovet  ordusu 
tərəfindən qorunması barədə birgə əmr verildi. (№274/55). 
Bu əmr əsasında Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Laçın, 

 
118 
Zəngilan, Qubadlı, Kəlbəcər rayonlarında komendaturalar 
yaradıldı. Adları çəkilən rayonların polis rəisləri rayonun 
komendantları  təyin  olundular.  Mən  də  Laçın  rayonunun 
komendantı təyin olundum. 
Hərbi  qüvvələr  əsasən  yaylaqlara  qədər  əraziləri 
qoruyurdular.  Rayonun  Güləbird,  Qazıdərəsi,  Zabux, 
Cicimli, Aşağı  Cicimli, Cağazur, Malıbəy, Hacılar, Köh-
nəkənd, Alıcan, Yuxarı Fərəcan, Suarası kəndlərində polis 
qüvvələri  yerləşdirilmişdi.  Rayonun  Qoşnavur,  Əriməz, 
Göybulaq,  Quşxana,  Qızılboğaz  Şpayeri,  Lülpər,  Qulalı 
və daha üç aşrımda polislər sərhədləri qoruyurdular.  
1988-ci ilin noyabr ayının 26-da Sisyandan qovulan 
soydaşlarımız  Laçının  İşıqlı  dağının  arxasından,  “Eşşək 
meydanı”  aşırımından  qarlı-boranlı  bir  havada  Minkənd 
kəndinə  pənah  gətirdilər.  Onlardan  kimisi  ölmüş,  kimisi 
isə  qar  uçqununun  altında  qalmışdı.    Yaxşı  yadımdadır 
avqustun 13-də 1989-cu ildə Cicimli kəndinin “Daşbulaq” 
adlanan  sahəsində  olan  kənd  sakini  Məmmədov  Mehdi 
Rüstəm  oğlu  Gorus  rayonunun  Tex  kənd  sakini  Kamo 
Dallakyanın  açdığı  atəşlə  qətlə  yetirildi.  Ermənilər 
Rusların  işə  qarışmasına  baxmayaraq  cinayətkarı  təhvil 
vermədilər.  Sonra  Akif  müəllim  sözünə  davam  edərək 
deyir:  1991-ci  il  boyu  hökümət  ilə  hakimiyyətə  can  atan 
milli  qüvvələr  arasında  uçurum  genişlənirdi.  Ermənilərə 
qarşı mübarizədə birlik yox idi. Elə bu vaxtları 1991-ci il 
iyulun  21-də  Laçın  və  Ermənistanın  Sisyan  rayonlarının 
sərhədlərində o dövr üçün görünməmiş rus-erməni hücu-
mu  başladı.  Otlaqlardakı  çobanları  atəşə  tutmuş,  dinc 
əhalini,  arvad-uşağı  güllə-boran  etmişlər.  10  nəfərdən 
ibarət  Laçın  polis  qrupu  avtomat  silahlarla  müqavimət 
göstərsələr də qeyri-bərabər qüvvənin qarşısını ala bilmə-
mişdilər.  Xüsusi  qəddarlıqla  14  nəfər  dinc  sakin  öldü-
rülmüş,  23  alaçıq  yandırılmış,  14  mindən  çox  qoyun,  21 

 
119 
baş  qaramal,  14  at  ermənilər  tərəfindən  aparılmışdır. 
Öldürülənlərin  8-i  İmişli  rayonunun  yaylaqda  olan 
sakinləri,  bir  nəfəri  isə  Laçının  Alxaslı  kənd  sakini  idi. 
Əsir apardıqları İmişli sakini İmanov Bəykişi (Böyükkişi) 
Ağalar  oğlunu  mənim  səyim  nəticəsində,  döyüşlərdə  öl-
dürülmüş  cavan  erməninin  qəbri  üstündə  qurban  kəsil-
məkdən xilas oldu və sonradan dəyişdirildi.  
Vəziyyət  günü-gündən  gərginləşirdi.  1991-ci  ilin 
ikinci  yarısında  gizlincə  bəzi  Şuşalıların  köçdüklərini 
gördük.  Çünki  yol  Laçın  şəhərindən  keçirdi.  1991-ci  ilin 
əvvəllərindən isə əhalinin köçürülməsi rayon İcra başçısı 
səviyyəsində  yuxarı  orqanların  göstərişi  ilə  aparılırdı. 
Laçının  rəhbəri  Xanlar  Məmmədov  dəfələrlə  prezident 
vəzifəsini icra edən  Yaqub Məmmədovla danışaraq Şuşa 
əhalisinin  köçürülməsini  səhv  və  təhlükəli  olduğunu 
bildirdi. Yalvarışla bildirdi ki, bu hal Laçın əhalisini təş-
vişə salır. Lakin, onun yalvarışlarına məhəl qoyan yox idi. 
Beləliklə mayın 8-i Şuşa tamamilə boşalmış, 9-u səhərdən 
etibarən ermənilər bütünlüklə şəhərə girmişlər. Mayın 17-
18-də Ermənistan və Dağlıq Qarabağ sərhədləri boyu tam 
müdafiəsiz  qalan  Laçın  işğal  edildi.  Eni  təqribən  20  km 
olan karidorla Ermənistanla Dağlıq Qara-bağ birləşdirildi.  
Bakıda  vəzifələr  bölüşdürülüb  qurtarmadığı  üçün 
Laçının  Şimalında  hərbi  qüvvələr  toplayıb  möhkəm-
ləndirmək,  eyforiyada  olan  erməniləri  vurub  çıxarmaq, 
iyun ayında real olan əlverişli vəziyyətdən istifadə etmək 
heç kimin yadına düşmürdü. Rayonun Şimal ərazilərində 
Laçın  polisi  təqribən  iki  ay  tənha  qaldı,  lokal  döyüşlər 
apardı.  Özünə  gələn  təzə  hakimiyyət  vəzifə  ləzzəti  da-
dırdı. Mən rəsmi olaraq və bir neçə dəfə də telefonla DİN 
rəhbərliyinə  məruzə  etdim  ki,  bizə  bir  batalyon  yaxşı 
hazırlanmış  hərbiçi  köməyə  gəlsə  Laçını  tuta  bilərik. 
Təklifimə  heç  bir  reaksiya  verilmirdi.  Bu  hal-hərəkət 

 
120 
məni şübhələndirirdi. Görürdüm ki, Koridoru tutub Laçını 
almaq  hansısa  bir  siyasi  iradədən  asılıdır.  Çünki  əslən 
Kəlbəcərli,  Laçınlı  olan  böyük  vəzifəli  hərbi  səlahiy-
yətlilər belə bir real işə baş qoşmurdular(36,.83). 1992-ci 
ilin  sentyabr  ayında  gedən  döyüşlərdə  ermənilərə  böyük 
itgi  verdilər.  Bizim  polis  Batalyonu  sentyabr  ərzində 
Mais, Sonasar, əraziləri ilə Əlibulağı tərəfə üç dəfə hücu-
mumuz  bir  nəticə  vermədi.  İtkimiz  böyük  idi.  Yaralıları 
və  ölənləri  Kürdhacıdan  aşağı  Zavod  kəndinə  daşıyır, 
oradan hərbi qospitala təhvil verirdik. Vertalyotlar Gəncə-
dən  Kürdhacıya  enir,  yaralı  və  ölənləri  Gəncəyə  və  ya 
Bakıya daşıyırdılar.  
Zaur Rzayevin əvəzinə göndərilən polkovnik Qəni-
zadə  Surət  Hüseynovun  adamı  idi.  Fanatikcəsinə  ondan 
asılı  idi.  Oktyabrın  11-i  Laçın  polisi  üçün  ən  faciəli  gün 
idi.  Hocaz  yüksəkliyində  Oktay  Güləliyev  həlak  oldu. 
Onunla birlikdə Ədalət Məmmədov, Əşrəf Məmmədov da 
həlak  oldular.  Əli  Hüseynov  ağır  yaralandı.  1993-cü ilin 
noyabr ayında Laçın polisini Füzuli cəbhəsinə göndərmək 
qərara  alındı.  Daxili  Qoşunların  Komandanı    general 
Ramiz  Məmmədov  rəhbərlik  qarşısında  şərt  qoydu  ki, 
Laçın  polisi  onların  sərəncamına,  Horadiz  istiqamətinə 
gəlməlidir,  yoxsa  başqa  polislərə  ehtiyac  yoxdur.  Orada 
işğal olunmuş rayonların polis şöbələrinin şəxsi heyətləri 
topıanmışdı.  Ramiz  Məmmədov  Qubadlı,  Zəngilan, 
Cəbrayıl, Füzuli və Laçın polislərini birləşdirib məni bir-
ləşmiş,  polis  qüvvələrinə  komandir  təyin  etdi.  Füzulu 
rayonunun  kəndləri  və  Horadiz  uğrunda  döyüşlərdə  Da-

 
121 
xili  Qoşunlar  və  Laçın  polisi  əsl  şücaət  göstərirdilər. 
 
 
Artıq hiss olunurdu ki, hərbi meydanla dönüş yaran-
maqdadır.  Orduda,  Daxili  Qoşunlarda,  birləşmiş  polis 
gücləri  də  əsl  müharibə  qaydaları  ilə  döyüşə  bilirdilər. 
Hərcmərcliyə son qoyulmuşdu. Dövlət idarə olunurdu və 
cəbhələrdə də bu hiss olunurdu. Ən ağır döyüşlər 1994-cü 
ilin  yanvar,  fevral  aylarında  oldu.  Ağır  itgilər  olsa  da, 
hərbi  baxımdan  bizim  xeyrimizə  dönüş  yaranmışdı.  Bu 
döyüşlərdə  31  nəfər  Laçınlı  polis  həlak  oldu,  onlarla 
yaralandı.  Ancaq  Laçın  polisləri  bu  döyüşlərdə  erməni-
lərin  çoxlu  canlı  qüvvəsini  məhv  etdi.  Bu  istiqamətdəki 
döyüşlərdə  qəhrəmanlıq  göstərdiklərinə  görə  müxtəlif 
vaxtlarda iki nəfər: İsrafil Şahverdiyev və Qorxmaz Eyva-
zova  ölümündən  sonra  Milli  Qəhrəman,  dörd  nəfərə  isə 
“Azərbaycan bayrağı” ordeni verildi (36,107-108). Hora-
diz  alınanda  laçınlı  polis  Rauf  Fərzəliyevin  erməninin 
sinəsinə  bıçağı  necə  sapladığını,  səpələnmiş  erməni  me-
yitlərini, zirzəmidə gizlənib bizim-kilərə atəş açan erməni 
qrupunun  bizimkilərin  qumbara  ilə  necə  partlatdığını, 

 
122 
qaçan  düşmənin  “Ura”  sədaları  altında  necə  təqib  edil-
diyini,  erməni  əsirlərini,  hərbi  əsir  erməni  jurnalistinin 
çaşqın  baxışlarını  görəndən  sonra  məni  dəli  bir  ağlamaq 
tutdu.  Vətən  həsrətinin,  məğlubiyyət  acısının  uzun  müd-
dətdən bəri qəlbimdə yaratdığı dərd bu qələbənin təsiri ilə 
kükrəyib  çölə  çıxmış,  göz  yaşları,  hönkürtülər  şəklində 
məndən uzaqlaşmışdı.  
Akif  müəllim  sonda  ürəkdən  gələn  arzusunu  belə 
ifadə  etdi:  Həyatda  mənim  Laçına  qayıtmaqdan  kənarda 
bir istəyim, hər yer cənnət olsa belə kəndimizdə ömrümü 
başa vurmaqdan başqa bir arzum yoxdur. Həyat amalının 
ən  əsası  isə  düşməndən  qisas  almaq,  həlak  olan  döyüş 
yoldaşlarımızın  ruhlarını  şad  etmək,  yurda  dönməkdir. 
Torpaq indi qorunur, ordu, qələbəyə inam indi var, çünki 
xalq ölkə prezidentinə inanır. Xalqımız əmindir ki, döyü-
şə başlamaq əmri verilsə qısa bir müddətdə torpaqlarımız 
azad olunacaq. 
Azərbaycan  oğlu!  Sən  sözünü  deməmisən  məğlu-
biyyətə alışmaq yox, onun əvəzini çıxmaq gərəkdir! Çün-
ki, ora vətəndir.                   
Yüklə 6,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin