170
Azərbaycan Respublikasının prezidenti Ġlham
Əliyev: “Biz öz doğma torpaqlarımıza qayıdacağıq”.
Ölkə prezidenti Cənab İlham Əliyevin məcburi köç-
künlərə, o cümlədən laçınlılara olan diqqət və qayğısını
respublika ictimaiyyəti onun Ağcabədi rayonunda “Taxta-
körpü” ərazisinə səfəri zamanı bir daha yəqin etdi. Bu
görüşün xüsusilə 70 min nəfərlik laçın sakininin qəlbində
buraxdığı unudulmaz təssüratı nəzərə alaraq cənab prezi-
dentin səfərini və bu səfər zamanı olan yaşantıları təxmi-
nən olduğu kimi oxucuların nəzərinə çatdırmağı daha da
əhəmiyyətli hesab edirik.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva 24 dekabr 2011-ci il tarixdə Ağcabədi
rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan
552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış
qəsəbəsinin açılışında iştirak etmişlər. Dövlət başçısı və
xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər
171
Əliyevin qəsəbənin mərkəzində ucaldılmış abidəsini
ziyarət edərək önünə gül dəstələri qoydular.
Baş nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli
Həsənov məlumat verdi ki, ölkəmizdə aparılan tikinti-
quruculuq işləri Laçından olan məcburi köçkünlərin
məskunlaşdıqları Taxtakörpü ərazisində də vüsət almışdır.
Buradakı parklarda, Şəhidlər kompleksində və Laçın
Rayon İcra Hakimiyyətinin inzibati binasının ətrafında
abadlıq işləri həyata keçirilmiş, yaşıllıqlar salınmışdır. Bu
ilin əvvəlindən Taxta körpü ərazisinə 21 kilometr uzun-
luğunda təbii qaz xəttinin çəkilişi başa çatdırılmış, 4
kilometrlik içməli su xətlərində təmir-bərpa işləri apa-
rılmış, köhnə borular yeniləri ilə əvəzlənmişdir. Alxaslı
və Qarakeşiş obalarında modul tipli sutəmizləyici qur-
ğular quraşdırılmışdır. Taxtakörpü-Mais və Taxta körpü-
Alxaslı avtomobil yolunda təmir işləri aparılmış, 7,9 min
kvadratmetr yol asfaltlanmışdır.
Qeyd olundu ki, respublikamızın ümumilikdə 59
rayon və şəhərində müvəqqəti məskunlaşan 71,2 min
172
laçınlıdan 13 mini Taxta körpü ərazisində yerləşmişdir.
İndi burada məcburi köçkünlər üçün yeni yaşayış qəsə-
bələri salınır. Bu qəsəbələrdən biri də dövlətimizin başçı-
sının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş
Dövlət Proqramına əlavələr olunması haqqında 2007-ci il
31 oktyabr tarixli Sərəncamına əsasən Ağcabədi rayonu
Taxta körpü ərazisində Laçın rayonundan olan 552
məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbədir. Bu
qəsəbənin salınması Azərbaycan Prezidentinin məcburi
köçkünlərin sosial-iqtisadi və məişət şəraitinin yaxşılaş-
dırılması istiqamətində həyata keçirdiyi növbəti mühüm
addımlardan biridir. Sonra bildirildi ki, ümumi sahəsi 111
hektar olan qəsəbədə inşa edilən evlərin sahəsi ümu-
milikdə 31 min 179 kvadratmetrdən çoxdur. Hər bir evin
12 sot torpaq sahəsi vardır. Qəsəbədə müasir standartlara
cavab verən, 360 şagird yeri olan məktəb binası, uşaq
bağçası, bir klub-icma mərkəzi, qəsəbə nümayəndəliyi
üçün inzibati bina inşa edilmiş, park və yaşıllıqlar
salınmışdır. Qəsəbə elektrik, qaz və içməli su ilə təmin
olunmuşdur. Yağış sularının axıdılması üçün drenaj tikil-
mişdir. Qəsəbədə ümumi uzunluğu 15 kilometr olan yol
salınmışdır.
Dövlət başçısına və xanımına bildirildi ki, zəruri
infrastrukturun yaradıldığı qəsəbədəki evlərin 49-u
birotaqlı, 194-ü ikiotaqlı, 237-si üçotaqlı, 72-si isə dörd-
otaqlıdır. Qəsəbədə iki transformator stansiyası, altı
qaztənzimləyici məntəqə yaradılmış, biraşırımlı körpülər
inşa olunmuş, geniş yaşıllıq zolaqları salınmışdır.
Sonra isə cənab Prezident İlham Əliyev və xanımı
Mehriban Əliyeva məcburi köçkün Cənnət Əliyevin evin-
də yaradılan şəraitlə tanış oldular. Azərbaycan Prezidenti
çay süfrəsi arxasında ev sahibi ilə söhbət etdi.
173
Ev sahibi Cənnət Əliyev dövlətimizin başçısını sa-
lamlayaraq dedi: Xoş gəlmisiniz!
Prezident İlham Əliyev: Ev necədir? Xoşunuza
gəlir?
Cənnət Əliyev: Cənab Prezident, bizə gözəl şərait
yaratdığınıza, gözəl qəsəbə tikdirdiyinizə, çox əlamətdar
gündə laçınlılarla görüşə gəldiyinizə görə Sizə ailəmiz
adından və öz adımdan minnətdarlığımı və təşəkkürümü
bildirirəm.
Prezident İlham Əliyev: Sağ olun, mən çox şadam
ki, bu gün sizinlə birlikdə bu gözəl hadisəni qeyd edirik.
Yeni qəsəbənin istifadəyə verilməsi, doğrudan da çox
gözəl hadisədir. Bildiyiniz kimi, Azərbaycanda son illər
ərzində onlarla yeni qəsəbə salınmışdır, on minlərlə
köçkün yeni evlərə köçürülmüşdür. Bütün evlər də gözəl-
dir. Bütün şəraiti, həyət sahəsi, bütün infrastruktur- işıq,
su, qaz vardır, yaşamaq üçün hər şey yaradılıb. Əlbəttə,
əvvəlki dövrdə sizin məişət şəraitiniz o qədər də lazımi
174
səviyyədə deyildi. Ancaq indi Azərbaycan dövlətinin
imkanları var və ən əsası bizim siyasətimiz bundan iba-
rətdir ki, çətin vəziyyətdə yaşayan soydaşlarımızı gözəl
şəraiti olan evlərlə təmin edək. Burada indi böyük qəsəbə
salınıbdır, 552 ev tikilibdir. Görürəm, keyfiyyətlə tikilib,
gözəl, geniş, rahat evlərdir. Bu münasibətlə sizi təbrik
edirəm, burada rahat yaşayasınız.
Cənnət Əliyev: Cənab Prezident, ulu öndərimizin
gördüyü bütün işlərə görə Azərbaycan xalqı ona
borcludur. Ən böyük həqiqət budur ki, Sizin kimi kadr
yetişdirib, Azərbaycana bəxş edibdir. Ulu öndərimiz
həmişə deyirdi ki, mən İlhama özüm qədər inanıram, o,
mənim yarımçıq qalan işlərimi başa çatdıracaqdır. Siz
2003-cü ildən ölkəmizə rəhbərlik edirsiniz. Bu illər
ərzində respublikamızda gedən tikinti, quruculuq, abadlıq
işləri, sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, sosial-
iqtisadi sahələrdəki nailiyyətlər, siyasi sabitlik, sürətli
inkişaf Azərbaycanı doğrudan da bütün dünyada inkişaf
etmiş respublikalar sırasına çıxardı. Bu, Sizin əməyiniz
nəticəsində oldu. Bu, Sizin rəhmətlik atanız kimi daim
bölgələrdə olmağınız və insanlarla sıx əlaqə saxlama-
ğınızın nəticəsində oldu. Bunun üçün mən bir azərbay-
canlı kimi fəxr edirəm. Fəxr edirəm ki, Sizin kimi Prezi-
dentimiz vardır.
Prezident İlham Əliyev: Sağ olun, Siz tamamilə
haqlısınız. Bu sahədəki işləri də vaxtilə ulu öndər baş-
lamışdı. Çünki ölkəyə daxil olan ilk vəsait məcburi
köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına yönəldil-
mişdir. O vaxt, 1999-cu ilin sonunda Neft Fondunun yara-
dılması və neftdən əldə edilən ilk gəlirlərin daxil
olunmasından sonra birinci ödəmələr köçkünlər üçün yeni
qəsəbələrin salınmasına sərf edilmişdir. Biz bu siyasəti
davam etdiririk. Əlbəttə, indi dövlətimizin maliyyə
175
imkanları da böyük dərəcədə artmışdır və biz çalışırıq və
çalışmalıyıq ki, bütün köçkünlərin problemlərini həll edək
və həll edirik də.
Cənnət Əliyev: Ulu öndərimiz laçınlıların sevimlisi
olub. Onun gözəl bir sözü vardır: “Laçın rayonu həm
təbiətinə, həm də insanlarına görə Azərbaycanın ən dəyər-
li guşələrindən biridir”. Doğrudan da bu gün onun övladı–
Siz işinizin çoxluğuna baxmayaraq vaxt tapıb biz laçınlı-
larla görüşə gəldiyinizə görə hədsiz dərəcədə sevinirik.
Doğrudan da əgər ulu öndər hakimiyyətə gəlməsəydi, biz
köçkünlərə ögey münasibət davam edəcəkdi. Xilaska-
rımız hakimiyyətə gəldi, biz məcburi köçkünlərə də
diqqət və qayğı artırıldı. Siz bayaq dediniz, Laçından olan
məcburi köçkünlər burada, susuz səhrada, ilan mələyən
düzlərdə, 86 obada, ictimai yerlərdə məskunlaşmışdılar.
Dəhşətli günlər idi. Maşınla su çatdıra bilmirdilər, 30-40
kilometrdən su gətirilirdi. Allah o günləri bir də bizə gös-
tərməsin.
Ulu öndər hakimiyyətə qayıtdı və həqiqətən də hər
şeyi yoluna qoydu. Siz doğrudan da ulu öndərin siyasətini
şərəflə davam etdirirsiniz. Sizin daxili və xarici siyasə-
tinizi laçınlılar 100 faiz dəstəkləyirlər.
Prezident İlham Əliyev: Sağ olun, doğrudan da
elədir. Ulu öndərin Laçına, laçınlılara çox xüsusi müna-
sibəti var idi. Mən də laçınlıları çox sevirəm və bu gün
laçınlılarla birlikdəyəm. Bir şeyi qeyd etmək istəyirəm ki,
əgər ulu öndər o vaxt, Azərbaycan üçün həlledici anlarda
hakimiyyətdə olsaydı, Laçın heç vaxt işğal altına düş-
məzdi, heç vaxt. O vaxtkı iqtidarın və hakimiyyət uğrun-
da mübarizə aparan antimilli qüvvələrin yarıtmaz fəaliy-
yəti nəticəsində Laçın işğal edildi və demək olar ki, tor-
paqlarımızın işğalı elə Laçının işğalından başladı. 1992-ci
ilin mayında Laçının işğal altına düşməsi Dağlıq Qara-
176
bağla Ermənistan arasında coğrafi əlaqənin yaranmasına
səbəb oldu. Ondan sonra laçınlılar gəldilər susuz səhraya,
heç kim onlara baxmırdı, heç kim onların problemi ilə
məşğul olmurdu. Qalmışdılar səhrada başlı-başına, susuz,
şəraitsiz. Siz o ağır günləri yaşamısınız, o faciəni görmü-
sünüz.
Cənnət Əliyev: Cənab Prezident, o günlər getsin,
gəlməsin. Məcburi köçkünlərə soyuq münasibətlə, prob-
lemlərimizlə əlaqədar mən dörd nəfərlə birlikdə komitə
sədrinin qəbulunda oldum. Onlar hansı stulda oturduq-
larını bilmirdilər. Həqiqətən bilmirdilər. Səmimi qəlbdən
deyirəm.
Möhtərəm cənab Prezident, ulu öndərimiz Laçın
haqqında 1971-ci ildə dağ rayonlarının iqtisadiyyatını
yüksəltmək üçün qərar qəbul etdi. 1974-cü ildə də Laçın
şəhərinin yaradılmasının 50 illiyi ilə bağlı qərar qəbul
etdi. Bu qərarların hesabına Laçın sürətlə inkişaf etdi.
İstər iqtisadi cəhətdən, istər abadlıq-quruculuq sahəsində
dağ rayonları sırasında Laçın birinci yerdə dururdu. O
vaxt məni Sizin rəhmətlik atanız Laçının 50 illiyi ilə
əlaqədar təltif etdi. Siz isə 2009-cu ildə mənə mübarək
imzanızla “Tərəqqi” medalı verdiniz. Ailəmiz adından,
bütün əzizlərim adından Sizin əllərinizi sıxaraq bağrıma
basıram və Sizə minnətdarlığımı, təşəkkürümü bildirirəm.
Sizin beynəlxalq aləmdə olan nüfuzunuz bizi sevindirir.
Ali Baş Komandan kimi güclü ordu yaratmısınız. Bu ordu
gələcəkdə düşməndən qisasımızı alacaqdır. Biz öz
torpaqlarımıza qayıdacağıq, Sizin rəhbərliyiniz altında öz
yurdumuzda belə gözəl evlər tikəcəyik. Həqiqətən də
soydaşlarımızın müvəqqəti şəraitini yaxşılaşdırmaq üçün
gözəl işlər görürsünüz.
Prezident İlham Əliyev: Tamamilə haqlısınız. Bu,
müvəqqəti yaşayış məntəqəsidir. Torpaqlarımız işğalçı-
177
lardan azad olunandan sonra bütün köçkünlər üçün
Laçında, Kəlbəcərdə, Ağdamda hələ ki, işğal altında olan
digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən
buna şübhə etmirəm. Biz öz ərazi bütövlüyümüzü mütləq
bərpa edəcəyik. Mən bu barədə fikirlərimi dəfələrlə
bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə
olaraq sözlər deyil, sadəcə olaraq bizim arzularımız deyil,
bu, həqiqətdir.
İndi baxın, son iyirmi il ərzində Azərbaycan nə
qədər böyük uğurlu yol keçmişdir. İndi Azərbaycan
dünya səviyyəsində böyük hörmətə malik olan ölkə kimi
tanınır. Beynəlxalq təşkilatlarda nüfuzumuz, ölkə daxi-
lindəki təşəbbüslərimiz, ümumiyyətlə, Azərbaycan iqtisa-
diyyatının inkişafı və güclü hərbi potensialın yaradılması
deməyə əsas verir ki, biz bu işğala son qoyacağıq. Yəni
bu, qaçılmaz bir həqiqətdir. Ermənistan və Ermənistanın
indiki rəhbərliyi əminəm ki, bunu dərk edir. Bunun yega-
nə yolu vardır. Azərbaycanın ərazi bütövlüyü bərpa edil-
məlidir, bütün köçkünlər öz doğma torpaqlarına qayıtma-
lıdırlar. Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtma-
lıdırlar. Azərbaycanın suverenliyi tam şəkildə bərpa
edilməlidir. Beynəlxalq hüquq normaları bunu tələb edir.
Haqq-ədalət bunu tələb edir və Azərbaycan xalqı bunu
tələb edir. Oraya qayıtmaq üçün indi biz diplomatik səy-
lərimizi aparırıq. Əgər görsək ki, bu səylər nəticə vermir,
onda istənilən anda biz hərbi yolla torpağımızı qaytar-
malıyıq. Beynəlxalq hüquq normaları bizə bu haqqı
tanıyır. Sadəcə, biz çalışırıq ki, bunu hələ ki, danışıqlar
yolu ilə həll edək və eyni zamanda, daha da güclənək. Biz
bu illər ərzində böyük dərəcədə güclənmişik. Biz güclü
hərbi potensial yaratmışıq. Bundan sonra, növbəti illərdə
Ermənistan ilə Azərbaycan arasındakı fərq ancaq böyü-
yəcəkdir. Bu fərq hər yerdə özünü göstərir– iqtisadiy-
178
yatda, ölkələrimizin siyasi çəkisində, beynəlxalq dəs-
təkdə, hərbi potensialda və eyni zamanda, demoqrafik
göstəricilərdə. Bu da həqiqətdir. Gələcəyi böyük dərə-
cədə, əlbəttə ki, elmi-texniki tərəqqi və inkişaf, eyni za-
manda, demoqrafiya müəyyən edəcəkdir. Bizim əhalimiz
artır, Ermənistan əhalisi azalır. Azərbaycanda 9 milyon
300 min əhali var, Ermənistanda 1 milyon 8 yüz min. Bu
ilin ilk yarısında onların rəsmi statistikasına görə- bu
statistika həmişə saxtakarlıq üzərində qurulub, 60 min
vətəndaş bu ölkəni tərk edib. İl ərzində bu 100 mindən
artıq olacaqdır. Beş-on ildən sonra orada 1 milyondan az
adam qalacaqdır. Biz, işləməliyik, işləyirik, öz işimizi
görürük, güclənirik, daha da çox tərəfdaş əldə edirik.
İndi bizim dünyadakı tərəfdaşlarımızın sayı artır.
Ölkələr bizimlə dost olmaq istəyir. 155 ölkə Azərbaycanı
dəstəkləyib. Dünyada 200–dən bir qədər az ölkə var.
Onun 155-i Azərbaycana səs verib. İndi heç başqa ölkələr
haqqında danışmaq istəməzdim. Ancaq bu, hər bir ölkənin
işi deyil ki, 155 ölkə səs versin. Dünyada dünya problem-
lərini həll edən ölkələr var. Onlar 155 ölkənin dəstəyini
ala bilərmi? Heç vaxt! Azərbaycan gənc ölkədir, müstəqil
ölkədir, cəmi 20 ildir dünya siyasi xəritəsində yerimiz
var. 155 ölkə bizi dəstəkləyir və bu dəstək getdikcə daha
da artacaqdır. Çünki növbəti iki il ərzində Təhlükəsizlik
Şurasında bizə səs verən bütün ölkələr görəcəklər ki,
onlar səhv etməmişlər. Çünki biz onların maraqlarını
müdafiə edəcəyik, ədaləti müdafiə edəcəyik, qanunu
müdafiə edəcəyik.
Bizim əsas problemimiz nədədir? Çünki qanunlar
vardır. Beynəlxalq təşkilatlar qətnamələr qəbul edir, am-
ma onlar icrasız qalır. Bunun icrasını tələb edə biləcək
ölkələr də susur. Mən də, ictimaiyyət də dəfələrlə bu
barədə fikrimizi bildirmişik. Budur bizim problemimiz.
179
Biz buna necə münasibət göstərə bilərik? Ancaq ölkəmizi
gücləndirməklə. Ancaq! Başqa yol yoxdur.
Biz, əlbəttə, indi danışıqları davam etdiririk və bir
müddət davam etdirə-cəyik. Ancaq biz siyasi-iqtisadi,
hərbi gücümüzü, bölgədəki təsir imkanlarımızı, dün-
yadakı mövqelərimizi bilirik. Budur Qarabağ məsələsinin
həllinə aparan yollar. Biz bu yollardan istifadə edəcəyik,
edirik. Bizə əlavə güc verən xalqın bu siyasətimizə
göstərdiyi dəstəkdir. Bu dəstəyi mən Sizdən alıram,
görürəm. Bu, məni daha da ruhlandırır və bütün məsə-
lələrdə ölkəmizin maraqlarını müdafiə etmək üçün daha
da gözəl imkanlar yaradır.
Cənnət Əliyev: Gördüyünüz tədbirlər nəticəsində,
respublikamızda olan səhlənkar müxalifət buz kimi əriyib
qurtaracaqdır. Respublikada sağlam müxalifət yarana-
caqdır. Ali Baş Komandan kimi yaratdığınız güclü ordu-
nun səyi nəticəsində sərhədlərimizin bərpası təmin edilə-
cəkdir. Biz buna inanırıq. Biz öz torpaqlarımıza qayı-
dacağıq.
Mən evimin əziz qonağı olan Mehriban xanımın
gördüyü işlər haqqında danışmağa ehtiyac duymuram.
Ona görə duymuram ki, onu yaradan Allah Peyğəmbərə
verilən qabiliyyətdən ona da vermişdir. Mən arzu edirəm
ki, gələcəkdə o, Azərbaycanın kadrı kimi Nobel müka-
fatına layiq görülsün.
Prezident İlham Əliyev: Mehribanın onsuz da
mükafatları çoxdur.
Mehriban Əliyeva: Çox sağ olun.
Cənnət Əliyev: Demək istəyirəm ki, mən Mehriban
xanım xarici ölkələrdə danışanda onun dəyərli sözlə-
rindən doymuram. Mən 1969-cu ildən ulu öndəri tanı-
yıram. O vaxt da respublikada anarxiya idi, xaos idi, qru-
plaşmalar var idi. Bundan istifadə edən Moskvadakı er-
180
mənipərəst qüvvələr Azərbaycanı vilayətə çevirmək
istəyirdilər. Deyirdilər ki, Azərbaycan Respublikası
dotasiya alır, heç bir şeyi yoxdur. Ulu öndərimizin haki-
miyyətə gəlməyi heç vaxt yadımdan çıxmaz. Avqust ple-
numundan sonra qruplaşmalar dağıldı, Azərbaycanda
sağlam, işgüzar əhval-ruhiyyə yarandı. Azərbaycan 14
dəfə SSRİ kimi hökumətin keçici qırmızı bayrağını aldı.
Siz onun övladısınız. Qədirbilən Azərbaycan Sizin daxili
və xarici siyasətinizi dəstəkləyir.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Cənnət Əliyev: 50 yaşınızı gəlib bizimlə keçirməyi-
nizi heç nə ilə əvəz etmək olmaz. Bunun qiyməti yoxdur.
Gün o gün olsun ki, 100 yaşınızı da qeyd edəsiniz.
Prezident İlham Əliyev: Sizinlə bərabər. Qarabağda.
Cənnət Əliyev: Siz ki, məcburi köçkünlərin şəraitini
yaxşılaşdırmağa bu qədər əmək sərf edirsiniz, onların
qədrini bilirsiniz, Allah da Sizin qədrinizi bilsin, Tanrı
Sizi qorusun. Sizə uzun ömür, cansağlığı, ailə səadəti arzu
edirəm.
Prezident İlham Əliyev: Mən adətən öz ad günlərimi
qeyd etmirəm.
Cənnət Əliyev: Biz köçkünlərin yanına gəlmisiniz,
bunun əvəzi yoxdur.
Prezident İlham Əliyev: Sizinlə birlikdə Qarabağ
torpağında bu günü qeyd edək.
Dövlətimizin başçısı qəsəbənin sakinləri ilə görüşdü
və mərasim iştirakçılarını salamlayaraq dedi: Sabahınız
xeyir olsun. Hamınızı ürəkdən salamlayıram.
Bu gözəl qəsəbənin açılışı münasibətilə sizi təbrik
edirəm. Gözəl qəsəbədir, 552 ev tikilibdir, rahat, gözəl
evlərdir, məktəbi vardır. Bütün infrastruktur yaradılıbdır-
su, işıq, qaz.
181
Yəni, bir sözlə, bu qəsəbənin yaradılması çox gözəl
hadisədir. Birinci dəfə deyildir ki, biz məcburi köç-
künlərlə yeni qəsəbələrin açılışlarında görüşürük. Belə
görüşlər hər il baş verir, ildə bir neçə gözəl qəsəbə Salı-
nır. Bütövlükdə son illər ərzində 70 gözəl qəsəbə
yaradılmışdır. Bildiyiniz kimi, vaxtilə çadır şəhərcikləri
var idi. Onların hamısı 2007-ci ilin sonunda ləğv edildi.
Onların yerində gözəl qəsəbələr yaradılmışdır. Bu
qəsəbələrdə 100 mindən artıq məcburi köçkün məskun-
laşmışdır.
Bu gözəl təşəbbüs vaxtilə ulu öndər Heydər Əliyev
tərəfindən irəli sürülmüşdür. 1990-cı illərin sonlarında
Azərbaycanda yaradılmış Dövlət Neft Fondunun ilk
ödəmələri məhz məcburi köçkünlərin yaşayış səviy-
yəsinin yaxşılaşdırılmasına xərclənmişdir. Bu siyasət bu
gün də davam etdirilir. Bu gün Azərbaycan dövlətinin
maddi imkanları daha da genişdir. Bizim böyük imkan-
larımız vardır ki, bu proses daha da sürətlə getsin.
182
Son illər ərzində onlarla yeni qəsəbələr salınmış,
minlərlə insan yeni gözəl evlərə köçürülmüşdür. Ağca-
bədi rayonunda hazırda tikilməkdə olan 556 mənzildən
ibarət qəsəbə mövcuddur.
O qəsəbənin tikintisi ilə bu gün tanış olmuşam.
Yəqin ki, gələn ilin əvvəlində məcburi köçkünlər o qəsə-
bəyə də köçürüləcəkdir. Mənə verilən statistik məlu-
183
matlara görə, məcburi köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması üçün bütövlükdə 4 milyard dollardan
çox vəsait xərclənmişdir. Onun 3,7 milyardı Azərbaycan
dövləti tərəfindən xərclənmişdir. Həm Dövlət Neft Fondu
və həm də Azərbaycan büdcəsi tərəfindən bu məsələlər
həllini tapmışdır. Növbəti illərdə, xüsusilə gələn ildən
başlayaraq daha da böyük məbləğdə vəsait nəzərdə tutu-
lacaqdır ki, hazırda çətin vəziyyətdə yaşayan köçkünlərin
problemlərini də tezliklə həll edək. Təbii ki, biz ilk
növbədə, ən ağır vəziyyətdə yaşayanların prob-lemlərini
həll etmişik. Çadır şəhərcikləri artıq ləğv edilib. İndiki
mərhələdə biz fin qəsəbələrində, məktəblərdə, yataqxana-
larda, hərbi hissələrin ərazilərində məskunlaşmış
köçkünlərin problemlərini həll edirik. Siz də bu vaxta
qədər fin qəsəbələrində çox ağır, çətin vəziyyətdə yaşamı-
sınız. İndi isə bu qəsəbə salınıb. Burada yaşamaq üçün
bütün imkanlar vardır. Ancaq bu da müvəqqəti yaşayış
məntəqəsidir. Bizim torpaqlarımız işğalçılardan azad
ediləndən sonra, hazırda işğal altında olan bütün
torpaqlarda, o cümlədən Laçında bundan da gözəl
qəsəbələr, kəndlər salınacaqdır. Biz bunu edəcəyik.
Əminəm ki, bunu etmək üçün imkanımız, gücümüz
olacaqdır. İlk növbədə, biz hazırda işğal altında olan
torpaqlara vətəndaşlarımızı qaytarmalıyıq. Bunu etmək
üçün bilirsiniz ki, danışıqlar aparılır, səylər göstərilir.
Azər-baycan dövləti qarşısında bu məsələdən daha vacib
məsələ yoxdur. Çünki bütün başqa sahələrdə ölkəmiz
uğurla inkişaf edir. İyirmi illik müstəqillik dövründə
Azərbaycanın əldə etdiyi uğurları heç kim təkrarlaya bil-
məz. Azərbaycanda son illər ərzində yaşanan iqtisadi in-
kişaf dünya miqya-sında nadir xarakter daşıyır.
Nə vaxta qədər ki, danışıqlar prosesindəyik, Qara-
bağ məsələsində hər şey təkcə bizdən asılı deyildir. Çünki
184
danışıqların iki tərəfi vardır- bir tərəf Azərbaycan, digər
tərəf Ermənistan. Danışıqları aparmaq üçün beynəlxalq
format fəaliyyət göstərir. Minsk qrupu 20 ilə yaxındır ki,
fəaliyyət göstərir. Amma heç bir nəticə yoxdur. Baxma-
yaraq ki, bütün beynəlxalq təşkilatların qərarları, qətna-
mələri Azərbaycanın haqlı mövqeyini müdafiə edir, məsə-
lə öz həllini tapmır. Çünki dünyadakı erməni lobbisi, er-
mənilərin havadarları, onlara dəstək verənlər buna imkan
vermirlər. Biz görürük ki, erməni lobbisi bəzi böyük ölk-
ələrin siyasətinə də öz təsirini göstərir. O ölkələrin öz
maraqlarına zidd olan qərarların çıxarıl-masına nail olur.
Bu, həqiqətdir. Bizə qarşı təkcə Ermə-nistan mübarizə
aparmır. Ermənistan bizim qabağımızda böyük qüvvə
deyildir. Bizə qarşı dünya erməniliyi və onların çirkli
pulları ilə idarə edilən riyakar siyasətçilər mübarizə
aparırlar. Hər gün Azərbaycana qarşı mübarizə aparırlar.
Məhz buna görədir ki, təxminən 20 il ərzində Minsk
qrupu fəaliyyət göstərir, amma heç bir nəticə yoxdur.
Nəticəni əldə etmək üçün çox böyük addımlara ehtiyac
yoxdur. Sadəcə olaraq beynəlxalq təşkilatların, BMT-nin,
onun Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir.
Beynəlxalq ictimaiyyət tələb etməlidir ki, işğalçı qüvvələr
işğal edilmiş torpaqlardan çəkilsin və imkan versin
Azərbaycan vətəndaşları o torpaqlara qayıtsınlar. Çünki
bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü
tanıyır. Dağlıq Qarabağ nəinki Azərbaycanın tarixi
torpağıdır, bunu biz hamımız yaxşı bilirik, beynəlxalq
hüquq normaları da Dağlıq Qarabağı Azərbaycan torpağı
kimi tanıyır. Bəs nə üçün bu qətnamələr icrasız qalır?
Yenə də deyirəm, dünya erməniliyinin və onların arxa-
sında dayanan antiazərbaycan qüvvələrinin fəaliyyəti
nəticəsində bu məsələ bax belə dondurulmuş vəziy-
yətdədir. Ancaq bununla bərabər, mən bunu bir neçə dəfə
185
demişəm, bu münaqişə dondurulmuş münaqişə deyildir və
heç vaxt ola bilməz. Nə qədər ki, torpaqlarımız işğal
altındadır, biz çalışacağıq və çalışırıq ki, bu məsələni te-
zliklə öz xeyrimizə ədalətli şəkildə həll edək.
Bu məsələnin ədalətli həlli yalnız Azərbaycanın
ərazi bütövlüyünün bərpasından keçir. Bizim ərazi
bütövlüyümüz bərpa edilməlidir və bərpa ediləcəkdir.
İşğal edilmiş bütün torpaqlarda Azərbaycanın suverenliyi
təmin edilməlidir və ediləcəkdir. Mən buna şübhə
etmirəm. Sadəcə olaraq biz hamımız istəyirik ki, bu, daha
da tezliklə öz həllini tapsın, köçkünlərimiz tezliklə öz
doğma torpaqlarına qayıda bilsinlər. Mən şəxsən tam
əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Bunu deməyə əsas verən bir neçə amil vardır. Bu barədə
mən dəfələrlə fikirlərimi bildirmişəm. Həm bizim artan
siyasi çəkimiz, həm iqtisadi gücümüz, ən önəmlisi ondan
ibarətdir ki, indi lazımi səviyyədə hərbi gücümüz , - bunu
daha da artıracağıq, - artan əhalimiz vardır. Yəni, bütün
bu regional geosiyasi məsələləri həll edən amillər bizim
mövqeyimizi dəstəkləyir. İllər keçdikcə biz daha da
güclənəcəyik, Ermənistan daha da zəifləyəcəkdir. Nə
qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistana qarşı
bütün cəbhələrdə mübarizə aparılır və aparılacaqdır.
Əziz dostlar, siz Laçın rayonunun sakinlərisiniz.
Laçın Azərbaycanın gözəl guşələrindən biridir. Laçınlılar
bütün dövrlərdə Azərbaycana, azərbaycançılıq fəlsəfəsinə
sadiq olmuşlar. Bu gün də bu, belədir. Laçının işğal altına
düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük
faciəsidir. Çünki Laçının gözəl abidələri indi dağıdılıbdır.
Bizim dini abidələrimiz dağıdılıbdır. Muzey ekspo-
natlarımız talan edilibdir, evlər dağıdılıbdır. Laçınlıların
evlərində indi düşmənlər yaşayır. Bu da bir dərddir. Evin
sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan
186
da böyük dərddir. Çünki bilirsiniz ki, Laçın rayonunun
mərkəzində sizin evlərinizdə indi düşmənlər yaşayır.
Yəni, bu vəziyyətlə barışmaq mümkün deyil və biz bu
vəziyyətlə barışmayacağıq.
Laçının işğal altına düşməsi, eyni zamanda, başqa
rayonların işğal altına düşməsinə gətirib çıxarıb. Çünki
1992-ci ilin mayında əvvəl Şuşa, ondan bir neçə gün son-
ra Laçın işğal altına düşmüşdür. Ondan sonra 1993-cü ilin
aprel ayında Kəlbəcər işğal altına düşmüşdür. Beləliklə,
Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bağlantı
yaradılmışdır. Heç vaxt bu bağlantı yox idi. Dağlıq
Qarabağ Azərbaycanın mərkəzində yerləşən bir tarixi,
əzəli Azərbaycan torpağıdır. Onun ətrafında yerləşən
torpaqlar, o cümlədən Laçın Azərbaycan torpa-ğıdır.
Onun indiki Ermənistana aid olan ərazilərində də, İrəvan
xanlığında da azərbaycanlılar yaşamışlar. İndiki Erməni-
stan Azərbaycan torpağıdır. Biz bunu bilirik. Tarixi
sənədlər də bunu göstərir. Beləliklə, Laçının işğal altına
düşməsi digər rayonların da işğal altına düşməsinə gətirib
çıxarmışdır. Mən tam əminəm ki, bu gün hörmətli
ağsaqqalla söhbət əsnasında bir daha bu barədə öz fikirlə-
rimizi bildirdik, əgər o vaxt ulu öndər Heydər Əliyev ha-
kimiyyətdə olsaydı, heç vaxt bir qarış torpaq düşmənin
işğalına məruz qalmazdı.
Düşmənlərimiz də bunu bilirdilər və ona görə Hey-
dər Əliyev hələ Bakıdan Moskvaya işləməyə gedəndə ona
qarşı kampaniya başlamışdı. Ləkələmə, qaralama,
qarayaxma kampaniyasına başlamışdılar- həm ermənilər,
erməni millətçiləri, həm də burada, Azərbaycanda yaşa-
yan antimilli qüvvələr. Heydər Əliyev Siyasi Bürodan
istefa verəndən bir neçə gün sonra ermənilər Qarabağ
məsələsini qaldırmışlar və ondan sonra müharibə baş-
lamışdır. Əfsuslar olsun ki, o vaxt Azərbaycanın başında
187
dayanan insanlar xalqın etimadını nəinki doğ-rulda
bilməmişlər, cinayət törətmişlər. İndi biz bu vəziy-yətlə
üzləşmişik.
Mən bir daha demək istəyirəm ki, bu məsələ həll
olunmayana qədər Azərbaycan xalqı rahat yaşaya bilməz
və biz sakitləşməyəcəyik. Biz bu məsələni öz xeyrimizə,
ədalətli şəkildə həll etməliyik. Azərbaycan çoxmillətli
dövlətdir. Heç vaxt Azərbaycanda milli, dini zəmində heç
bir qarşıdurma olmamışdır. Dağlıq Qarabağda ermənilər
də suveren Azərbaycan dövlətinin tərkibində yaşaya
bilərlər və yaşamalıdırlar. Hazırda Azərbaycanda ermə-
nilər yaşayırlar. Heç kim onlara bir söz demir, onlar bizim
vətəndaşlarımızdır. Yəni, Azərbaycan tolerant, dözümlü
ölkədir. Azərbaycan xalqı tolerant xalqdır.
Dağlıq Qarabağ məsələsi yalnız bu prinsiplər
əsasında öz həllini tapmalıdır. Bizim ərazi bütövlüyümüz
bərpa edilməlidir. Bütün köçkünlər öz ata-baba torpağına
qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağa. Ondan son-
ra Dağlıq Qaraba-ğın erməni və azərbaycanlı icmaları bir
yerdə yaşayacaqlar. Azərbaycanlılar Şuşaya qayıtma-
lıdırlar, orada yaşamalıdırlar və yaşayacaqlar. Biz istəyi-
rik ki, bunu sülh yolu ilə edək. Əgər bu imkan mümkün
olmasa, onda istənilən, lazım olan anda Azərbaycan Or-
dusu öz sözünü deyəcəkdir.
Əziz dostlar, mən bu gün bir daha sizi salamla-
yıram. Bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq
müvəqqəti yaşayış yeridir. Ancaq biz istəyirik ki,
müvəqqəti də olsa, şərait yaxşı olsun. Hesab edirəm ki,
burada yaxşı şərait yaradılmışdır. Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətini
yüksək qiymətləndirirəm. Bütün bu işləri çox böyük
peşəkarlıqla, böyük məhəbbətlə görürlər. Biz daim əlaqə
saxlayırıq, bütün bu layihələr məruzə edilir. Komitə
188
tərəfindən irəli sürülən bütün təşəbbüslər mənim tərəfim-
dən dəstəklənir. Gələn il bu məqsədlər üçün- yeni
qəsəbələrin salınması üçün daha da çox vəsait ayrılacaq-
dır. Azərbaycan Dövlət Neft Fondu da bu sahədə böyük
işlər görür. Bu, bir daha onu göstərir ki, xalqın sərvəti
olan neft və ondan əldə olunan gəlir insanların sərənca-
mındadır. Azərbaycanda bu gəlirlər ədalətli şəkildə bölü-
nür. Neft Fondu artıq dünya miqyasında çox böyük nüfu-
za malik olan təşkilatdır. Neft Fondunun gəlirləri artır.
Belə olan halda, əlbəttə ki, yeni qəsəbələrin tikil-məsinə
daha da böyük məbləğdə vəsait ayrılacaqdır.
Bir daha sizi salamlayıram, sizə cansağlığı və uğur-
lar arzulayıram.
Məcburi köçkünlər adından çıxış edən Əmirxan
Zeynaov dövlətimizin başçısına minnətdarlıq edərək dedi:
Möhtərəm cənab Prezident!
İcazə verin, bütün laçınlılar adından sizi salam-
layım. Bizə bəxş etdiyiniz bu gözəl, yaraşıqlı, hər cəhət-
dən rahat qəsəbəmizə xoş gəlmisiniz, deyim.
Cənab Prezident, Siz söylədiyiniz kimi, Laçının
işğalı doğrudan da hamımız üçün ağır idi. O vaxtlar biz
ağır şəraitdə yaşadıq. Ancaq inanın, bir dəqiqə də olsun
Laçına qayıtmaq fikrindən dönmədik. Ulu öndər Heydər
Əliyev o vaxt rəhbərimiz olsaydı, bizim bir qarış torpa-
ğımız da getməyəcəkdi. Heydər Əliyev Dağlıq Qarabağın
bir qarış torpağını da verməzdi.
Möhtərəm cənab Prezident, biz Sizin bütün işlərinizi
diqqətlə izləyirik və alqışlayırıq. Dağlıq Qarabağ məsələsi
sözsüz ki, ağır, problemli məsələdir. Siz çox gözəl dediniz
ki, bu problemin həlli təkcə Azərbaycan xalqının əlində
deyil. Əgər bütün dünya dövlətləri bu məsələdə bizim
haqq işimizi dəstəkləsə, bu problem əlbəttə ki, həll oluna-
caqdır. Ancaq Siz ardıcıl olaraq, dönmədən, inamla elə
189
siyasət aparırsınız ki, bütün dünya xalqları artıq
Azərbaycanın haqlı olduğunu qəbul edir. Xalqımızın
rifahının yaxşılaşdırılması yolunda fəaliyyətinizi dəstəklə-
yirik. Biz həmişə Sizinləyik.
Hörmətli Prezident, həqiqətən Sizin apardığınız
siyasət, tutduğunuz strateji mövqe nəticəsində dünya artıq
demək olar ki, bizə olan münasibətini dəyişib.
Məsələn, iki gün bundan əvvəl Meksikada Xocalı
faciəsinin gündəmə gətirilməsi və bu faciəni törədən er-
mənilərin pislənməsi, Sizin apardığınız daxili və xarici
siyasətin əməli nəticəsidir. Siz bu məsələni sülh yolu ilə
çözmək istəyirsiniz. Bəli, əlbəttə ki, sülh yolu lazımdır.
Mən də bir ağsaqqal kimi, bir ziyalı kimi, Sizin bu tək-
lifinizi, yəni Sizin apardığınız bu yolu dəstəkləyirəm.
Çünki əgər torpağımız sülh yolu ilə qayıdarsa, qan
tökülməz, şəhid verilməz. Analar ağlamaz. Bax, buna
görə biz sizi dəstəkləyirik.
Cənab Prezident, Siz halal, haqq yolu ilə gedən bir
insansınız.
Apardığınız daxili və xarici siyasət bir daha sübut
edir ki, biz o torpaqlarımıza qayıdacağıq. Əgər ermənilər
Sizin insanpərvərliyinizlə, apardığınız siyasətlə barışma-
salar, qoy özlərindən küssünlər. Biz Sizi gözləyirik, bütün
laçınlılar, bütün Azərbaycan xalqı Sizin əmrinizi gözləyir.
Əgər torpaqlarımız sülh yolu ilə azad edilməsə, Siz qərar
versəniz ki, bu torpaqları hərb yolu ilə azad etməliyik,
bütün Azərbaycan xalqı kimi laçınlılar da, cavanları da,
yaşlıları da Sizi dəstəkləyəcəkdir. Mən də bir ziyalı kimi
öz övladlarımla ön cərgədə olacağam.
Cənab Prezident, bu müharibə mənim də ailəmdən
yan keçməmişdir. İyirmi nəfərə qədər ən yaxın qohum-
larım şəhid olmuşdur. Dərs dediyim şagirdlərdən on
nəfəri torpaqlarımız uğrunda qəhrəmancasına mübarizə
190
aparıb şəhid olmuşdur. Bir şagirdim, Oqtay Güləliyev ən
yüksək ada, Milli Qəhrəman adına layiq görülmüşdür.
Bəli, xalqımız vüqarlıdır. Xalqımız öz torpağını istəyən-
dir. Ancaq düşmənin arxası güclü olduğuna görə, biz o
torpaqdan uzaqlaşdıq. Birmənalı demək olar ki, Siz və
hörmətli xanımınız köçkünləri heç vaxt yaddan çıxarmır-
sınız. Bizə diqqət və qayğı göstərirsiniz. Yəni biz bir növ
Vətəndən uzaq olan, necə deyərlər küskün, bir az məyus
insanlarıq. Amma Sizi bu gün görəndə biz bütün dərdlə-
rimizi unuduruq və fəxr edirik. Siz bizə diqqət və qayğı
göstərirsiniz. Məsələn, dünən Verdiyiniz Fərman, istər-
istəməz hər bir laçınlını, hər bir Qarabağ müharibəsi vet-
eranını sevindirir. Ona görə ki, həmin Fərmanla müa-
vinətləri artırmısınız.
Cənab Prezident, Sizin “Axı biz nə istəyirik?”
sözləriniz heç vaxt laçınlıların yadından çıxmır. Bəli, biz
nə istəyirik? Biz doğma ata-baba yurdumuzu istəyirik.
Biz ora qayıtmaq istəyirik. Orada yaşamaq istəyirik. Bun-
dan gözəl, bundan ülvi nə hiss ola bilər? Ona görə də
Sizin apardığınız siyasəti biz dəstəkləyirik, Sizə inanırıq.
İnanırıq ki, o torpaqları şəxsən Siz, İlham Heydər oğlu
Əliyev qaytaracaqdır. Siz Laçını da, Şuşanı da, Dağlıq
Qarabağı da azad edəcəksiniz. Bizimlə o torpaqda
yaşayacaqsınız. O üç rəngli müqəddəs bayrağımızı Siz o
dağların uca zirvəsinə taxacaqsınız.
Cənab Prezident, Siz bu gün bizi çox sevindirirsiniz.
Bizə ürək-dirək verirsiniz. Biz bilirik ki, Sizin bu gün əziz
gününüz, ad gününüzdür. Əlli yaşınız tamam olur. Həmin
günü Siz ailənizlə, övladlarınızla, gözəl nəvələrinizlə bir
yerdə keçirə bilərdiniz. Amma görün Siz nə qədər həssas,
nə qədər qədirbilənsiniz ki, köçkünlərin vəziyyətini
nəzərə alırsınız, onların qəlbini sevindirirsiniz, onlara
fərəh, sevinc bəxş edirsiniz. Biz laçınlılar heç vaxt bu-
191
günkü günü unutmayacağıq. Sizə dərin minnətdarlığı-
mızı bildiririk. Çox sağ olun.
Əziz Prezidentimiz, Siz xoşbəxtsiniz, Heydər Əliye-
vin varisisiniz, Azərbaycan xalqının qürurlu Prezidenti-
siniz. Siz xoşbəxtsiniz, gözəl ailəniz var, gözəl övlad-
larınız, nəvələriniz var. Bütün bunlar hamısı Allahın ver-
diyi bir hədiyyədir.
Mən, Mehriban xanım Əliyevanın gördüyü işlərə az
da olsa bir diqqət yetirmək istəyirəm. Mehriban xanım
Əliyevaya, Azərbaycanın birinci xanımına gördüyü bütün
işlərə, elmin, təhsilin, mədəniyyətin inkişafına verdiyi
töhfələrə, ən gözəl ana olduğu üçün bütün Azərbaycan
övladlarını doğma balası kimi sevdiyinə, onlara qayğı
göstərdiyinə görə təşəkkür edirəm.
Mehriban xanım Əliyeva Sizinlə çiyin-çiyinə
fəaliyyət göstərir. Hara gedirsə orada azərbaycançılıq,
Dağlıq Qarabağ məsələsi, o məsələnin həli yolları uğrun-
da gözəl addımlar atır. Məsələn, Mehriban xanım Əliye-
vanın dinlərarası toplantıda və yaxud da İtaliyadakı çıxışı,
orada bir kilsənin təmirinə 100 min avronun ayrılması,
dinlərarası, Siz dediyiniz kimi tolerantlığın ən yüksək
zirvəsidir. Yəni Allah birdir. Ocaqlar müqəddəsdir. Qoy
dindən pis niyyətlərlə istifadə etməsinlər, xalqlar azad və
xoşbəxt yaşasınlar.
Əziz Prezidentimiz, biz Sizinlə fəxr edirik. Sizə uz-
un ömür, cansağlığı arzulayırıq. Allah-təala Sizə xalqı-
mızın arzusu ilə 100 il ömür versin, yaşayın, yaradın. Çox
sağ olun. Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun. Xoş sözlərinizə
görə minnətdaram. Mən demək istəyirəm ki, adətən öz ad
günlərimi qeyd etmirəm. Ancaq bu il belə qərara gəldim
ki, öz ailəmlə bunu qeyd edim və bu gün mən öz ailəmlə
birlikdəyəm, mənim ailəm sizsiniz. Eyni zamanda, mən
192
çox şadam ki, bu günü hamımız üçün müqəddəs olan
Qarabağ torpağında qeyd edirəm.
Bir daha sizə dərin minnətdarlığımı bildirmək istə-
yirəm. Cansağlığı, xoşbəxtlik arzulamaq istəyirəm. Bir
daha əminliyimi bildirirəm ki, biz öz doğma torpaqları-
mıza qayıdacağıq (4).
Cənab Prezidentimiz İlham Əliyevin Laçınlı məc-
buri köçkünlərlə görüşünün hər bir laçınlının qəlbində ya-
ratdığı xoş təssürata, torpaqlarımıza tezliklə qayıdaca-
ğımıza olan inama güvənərək bir daha qeyd etmək istə-
yirəm ki, Sultan bəy yurdunun oğul və qızları yaşadıqları
yerdən və şəraitdən asılı olmayaraq daim Laçın həsrəti ilə
yaşayır, ona qovuşacağı günü intizarla gözləyirlər. Şəxsən
tanımadığım Əlövsət Museyiboğlunun vətən sevgisi,
vətən həsrəti ilə yoğrulmuş və Sultan bəy övladlarını
torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazır olma-
ğa çağıran «Laçın gözləyir» şerini Laçının dəyərli ziyalı-
larından və vətənsevər oğullarından biri olan Qərib Səlim-
ovun vasitəsi ilə oxudum. Şerdə düşüncələrimin əyani təs-
diqini tapmış oldum. Bütün Laçınlıların arzu və istəklərini
də elə bu şer vasitəsi ilə ifadə etmək bizcə yerinə düşər:
Dostları ilə paylaş: |