112) Sol mədəciyin ST seqmentinin qalxması olmayan miokard infarktının EKQ kriteriləri hansıdır?
A) ST seqmenti izoxətdə, mənfi koronar T dişçiyi və ST seqmentinin izoxətdən aşağı enməsi, koronar mənfi T dişçiyinin qeyd edilməsi
B) ST seqmenti izoxətdə və müsbət koronar T dişçiyinin qeyd edilməsi
C) ST seqmentinin izoxətdən 2 mm çox yuxarı qalxması və müsbət T dişçiyinin qeyd edilməsi
D) ST seqmentinin izoxətdən 2 mm çox yuxarı qalxmsı və mənfi T dişçiyinin qeyd edilməsi
E) Patoloji Q dişçiyinin qeyd edilməsi
Ədəbiyyat: В.Н. Орлов. Руководство по электрокардиографии. М.: Медицина, 2004
113) Kəskin koronar sindrom fonunda əgər ağ ciyərlərin ödemi ağrı sindromu ilə müşahidə edilirsə preparat seçimi hansıdır?
A) Analqin
B) Morfin
C) Fentanil
D) Promedol
E) Diklofenak
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
114) Sağ mədəcik infarktı zamanı ağrı sindromunu götürmək üçün preparat seçimi hansıdır?
A) Morfin
B) Promedol
C) Analqin
D) Diklofenak
E) Fentanil
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
115) Miokard infarktının kəskin mərhələsində streptokinazanın optimal dozası hansıdır?
A) 1,5 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində
B) 300 min V, sonra 1,2 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində
C) 500 min V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində
D) 3 mln V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhluluda 30-60 dəqiqə ərzində
E) 750 min V v/d damcı üsulu ilə 100 ml 0,9% fizioloji məhlulda 30-60 dəqiqə ərzində
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
116) ST seqmentinin qalxması olmayan kəskin koronar sindrom zamanı aspirinlə hansı preparatın terapiyası məqsədə uyğundur?
A) Aşağı molekulyar heparin və yaxud fondaparinuks
B) Qeyri düz antikoaqulyant
C) Heparin
D) Klopidoqrel
E) Trombolitik
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
117) Dopaminin infuziyasının maksimal sürəti kardiogen şok olan xəstələrdə nə qədərdir?
A) 30 mkq/kq/dəqiqə
B) 20 mkq/kq/dəqiqə
C) 7,5 mkq/kq/dəqiqə
D) 15 mkq/kq/dəqiqə
E) 25 mkq/kq/dəqiqə
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
118) Kəskin miokard infarktı zamanı səyrici aritmiyanın medikamentoz müalicəsi hansıdır?
A) Venadaxili β-blokatorların təyini əgər əks göstərişləri yoxdursa
B) Venadaxili diqitalizasiya
C) Verapamil, diltiazem-per os
D) Ivabadrin 5 mq 1 həb x 2 dəfə
E) Asparkam 2 həb gündə 3 dəfə
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007 .
119) Miokard infarktı və ritm və keçirilicik pozulmaları olan xəstələrdə ürəyin müvəqqəti elektrokardiostimulyasiyaya göstərişləri hansıdır?
A) His dəstəsinin sağ ayaqcığının və sol ön şahənin kəskin əmələ gələn və proqressivləşən blokadası
B) Sinus bradikardiyası və hipotoniya, mədəcik ekstrasistoliyası
C) Tam AV blokada və normal mədəcik kompleksləri
D) Tam AV blokada və mədəcik kompleksinin nəzərə çarpan genişlənməsi
E) Mobits I tipli 2 dərəcəli AV blokada
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007 .
120) Miokardın ağrısız işemiyasına nə aiddir?
A) ST seqmentinin nəzərə çarpan depressiyasının epizodları stenokardik tutma ilə müşahidə edilmir
B) Ağrı sindromu ST seqmentinin depresssiysı ilə müşayət edilir
C) Ağrı sindromu aritmiya ilə müşayət edilir
D) Fiziki yük sınağından sonra ST seqmentinin depressiyası qeyd edilmir
E) Stenokardik tutma ST seqmentinin nəzərə çarpan depressiyası ilə müşayət edilir
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
121) Reyno sindromlu stenokardiyalı xəstələrdə, antianqinal preparatların seçimi hansıdır?
A) β-blokatorlar
B) Nitratlar (monoterapiya)
C) Kalsium antaqonistləri
D) Molsidomin
E) AÇF inhibitoru
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
122) Supraventrikulyar aritmiyalar zamanı antianqinal preparatın seçimi hansıdır?
A) Nitratlar
B) Amlodipin
C) Molsidomin
D) Preduktal MR
E) Metoprolol, atenolol
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
123) Mitral və aortal stenoz zamanı antianqinal preparatın seçimi hansıdır?
A) Nitratlar
B) Dihidropiridin qrupdan kalsium antaqonistləri
C) Verapamil, diltiazem
D) Kardioselektiv β-blokatorlar
E) AÇF inhibitoruı
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
124) Mitral və aortal çatmamazlıq zamanı antianqinal preparatın seçimi hansıdır?
A) AÇF inhibitorları
B) Nitratlar
C) Kalsium antaqonistlərinin dihidropiridin qrupu
D) Verapamil, diltiazem
E) Kardioselektiv β-blokatorlar
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
125) ST seqmentinin qalxması olmayan kəskin koronar sindromun əlamətlərinə hansı aiddir?
A) Iki qonşu aparmalarda mənfi T dişinin olması
B) Patoloji Q dişinin iki aparmada qalxması
C) ST seqmentinin 1 aparmada 2 mm qalxması
D) ST seqmentinin 2 mm və çox V1-V3 kimi aparmalarda qalxması
E) I, AVL aparmalarında ST seqmentinin 2 mm az olmayan qalxması
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2005
126) Kəskin koronar sindromun müalicəsində vena daxili təyinat üçün β–blokatorların seçimi hansıdır?
A) Vazodilyatasiya təsirli kardioselektiv β-blokatorlar
B) Vazodilyatasiya təsirli qeyri selektiv β-blokatorlar
C) Yüksək kardioselektiv uzunmüddətli β–blokatorlar
D) Daxili simpatomimetik fəallığı olan β–blokatorlar
E) Yüksək kardioselektiv qısa müddətli β–blokatorlar
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
127) Kəskin koronar sindromla olan hansı xəstələrə trombolitiklər təyin edilir?
A) Əgər kəskin Q dişli miokad infarktı olan xəstədə xəstəliyin əvvəlindən 24 saat keçəndən sonra
B) Kəskin Q dişli miokard infarktlı xəstələrdə xəstəliyin əvvəlindən 12-18 saat keçəndən sonra
C) Əgər ST seqmeti iki qonşu və daha çox aparmalarda izoxəttdən yuxarı qalxıb
D) Əgər ST seqmenti izohətdən qalxmayib
E) Əgər kəskin Q dişsiz miokard infarktı qeyd edilir
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
128) Miokard infarktının terapiyası zamanı hansı trombolitiklər daha çox letallığı azaldır?
A) Urokinaza
B) Trombolitiklərin hamısı eyni dərəcədə letallığı azaldırlar
C) Plazminoqenin aktivatorları
D) Streptodekaza
E) Streptokinaza
Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
129) Ağ ciyərlərin ödemini götürmək üçün kiçik qan dövranınında damarlarında təzyiqin artması zamanı preparat seçimi hansıdır?
A) Oksiqenin inhalyasiyası
B) Nitroprussid natriumun vena daxili infuziyası normal və yüksək arterial təzyiqi olan xəstələrdə
C) Kalsium xloridin vena daxili təyini
D) Prednizolonun vena daxili təyini
E) 20 mq furosemidin vena daxili təyini
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
Perikardın, miokardın, endokardın xəstəlikləri
130) Hipertrofik kardiomiopatiyanın klinik mənzərəsinə hansılar aiddir ?
A) Təngnəfəslik, başgicəllənmə, bayılmalar,stenokardiya tutmaları, ürəkdöyünmə və ürək ritminin pozulması
B) Xroniki böyrək çatmazlığı
C) Hipertonik krizlər
D) Sol mədəciyin atım fraksiyası <50%
E) Öküz ürəyi
Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007.
131) Miokarditin inkişafının əsas səbəbi olan infeksion agentlərə hansı aiddir ?
A) Aktinomisetlər
B) Triponosomlar
C) Qonokokklar
D) Xlamidiylar
E) Virus, bakteriya, rikketsiyalar, spiroxetlər, parazitlər, göbələk
Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
132) Aşağıda sadalanan simptomlardan hansıları daha çox kəskin miokarditlər zamanı rast gəlinir?
A) Tromboembolik fəsadlar
B) Aşagı ətraflarda ödem, sağ qabırğaaltında ağrılar
C) Stenokardiya tutmaları
D) Ürək nahiyəsində küt şəkilli uzunmüddətli ağrılar, fiziki gərginlik zamanı təngnəfəslık, proqressivləşən əzələ zəifliyi
E) Ensefalopatiya
Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007.
133) Perikarditlərin əsas səbəbləri hansıdır?
A) Autoimmun perikardit
B) Birləşdirici toxumanın diffuz xəstəlikləri
C) Qeyri-infeksion (aseptik) perikardit
D) İonlaşdırıcı radiasiya
E) İnfeksion perikardit
Ədəbiyyat: Q.E.Roytberq,A.B. Strutinskiy "Daxili xəstəliklər" 2007
134) İnfeksion endokardit zamanı obyektiv müayinə nəticələrinə hansılar aiddir
A) Müsbət “venoz ” nəbz
B) Dəri örtüklərinin solğunluğu, arıqlama, “təbil çubuqları” şəklində barmaqlar
C) Dəridə düyünlü səpgilər
D) Myüsse simptomu
E) Hiperemiya
Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007
135) Mitral qapaq çatışmazlığının kliniki əlamətlərinə hansı aiddir?
A) Zirvədə İ tonun güclənməsi
B) Mitral qapağın açılma tonu
C) Zirvədə I tonun zəifləməsi və zirvədə sistolik küy
D) Zirvədə diastolik küy
E) “Bildirçin” ritmi
Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy " Daxili xəstəliklər",2007
136) Mitral qapağın çatmazlığı olan xəstələrdə EKQ müayinə nəticələrini göstərin
A) Hər iki mədəciyin hipertrofiyası
B) Sol qulaqcığın hipertrofiyası
C) Sağ mədəciyin hipertrofiyası
D) Hər iki qulaqcığın hipertrofiyası
E) Sol qulaqcığın və sol mədəciyin hipertrofiyası
Ədəbiyyat: V.X. Vasilenko “Qazanılmış ürək qüsurları”1998
137) Mitral stenozun kliniki əlamətlərinə hansılar aiddir ?
A) Güclənmiş nəbz
B) Fiziki gərginlik zamanı təngnəfəslik (I-III f.s.), boğulma tutmaları, qanhayxırma
C) Stenokardiya
D) Başgicəllənmə və bayılma
E) Boyun nahiyəsində güclənmiş pulsasiya
Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
138) Mitral stenoz zamanı ürəyin auskultasiyasının nəticələri:
A) Aorta nöqtəsində sistolik küy
B) Zəıf I ton
C) Güclənmiş I ton, diastolik küy zirvədə
D) Zirvədə sistolik küy
E) Flintin diastolik küyü
Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
139) Mitral stenozun EKQ əlamətlərinə hansılar aiddir?
A) Sol qulaqcığın, sol mədəciyin hipertrofiyası
B) Sol qulaqcığın, sağ mədəciyin hipertrofiyası
C) Mədəcik paroksizmal taxikardiyası
D) Hər iki mədəciyin hipertrofiyası
E) His dəstəsi sol ayaqcığın blokadası
Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
140) Aortal stenozun klinik əlamətlərinə hansılar aiddir?
A) Zirvədə I tonun zəifləməsi, II qabırğaarası sahədə sağda güclü intensiv sistolik küy
B) Diastolik “pişik” mırıltısı
C) Zirvədə diastolik küy, aorta üzərində II tonun zəifləməsi
D) Zirvədə pansistolik küy
E) Zirvədə İ tonun güclənməsi
Ədəbiyyat: V.İ. Makolkin “Qazanılmış ürək qüsurları” 1997
141) Aortal stenozun elektrokardioqrafik diaqnostikasına hansılar aiddir?
A) Sistolik yüklənmə ilə sol mədəciyin hipertrofiyası
B) Hər iki mədəciyin hipertrofiyası
C) Hər iki qulaqcığın hipertrofiyası
D) His dəstəsi sağ ayaqcığının blokadası
E) Sağ mədəciyin hipertrofiyası
Ədəbiyyat: V.İ. Makolkin “Qazanılmış ürək qüsurları” 1997
142) Trikuspidal qapaq çatışmazlığının EKQ əlamətlərinə hansılar aiddir ?
A) His dəstəsi sol ayaqcığının blokadası
B) Sağ mədəcik və sağ qulaqcığın hipertrofiyası
C) Sol qulaqcıq və sol mədəciyin hipertrofiyası
D) Hər iki qulaqcıq və sağ mədəciyin hipertrofiyası
E) Hər iki mədəciyin hipertrofiyası
Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
143) Hipertrofik kardiomiopatiyalı və aritmiyası olmayan xəstələrdə müalicə seçimi hansıdır?
A) Diltiazem
B) Metoprolol,diltiazem
C) Metoprolol
D) Verapamil, kordaron
E) Verapamil, ivabradin
Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
Ritm və keçiricilik pozulmaları
144) Qulaqcıq ekstrasistolalarının EKQ əlamətlərinə hansılar aiddir?
A) Ektopik kompleks 0.10-0.11”, tam kompensator pauza
B) Ektopik kompleks>0.12”, natamam kompensator pauza
C) Ektopik kompleks ensiz, tam kompensator pauza
D) Ektopik impulsda "P" dişçiyinin dəyişməsi
E) Ektopik kompleks>0.12”, tam kompensator pauza
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
145) Sağ mədəcik ekstrasistolalarının EKG əlamətlərinə hansılar aiddir?
A) V5-6-da müsbət T dişi
B) Natamam kompensator pauza
C) QRS kompleksi formaca V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadası
D) QRS kompleksi V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadası üçün xarakterli olan QRS-ə bənzəyir
E) V1-3-də ST seqmentinin depressiyası
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
146) Mədəcik paroksizmal taxikardiyası EKQ əlamətlərinə hansılar aiddir?
A) Normal QRS-li taxikardiya, P` dişçiyi QRS üzərinə düşür
B) QRS>0.12”-lı taxikardiya, atrioventrikulyar dissosiasiya
C) Normal QRS-li taxikardiya, QRS-dən əvvəl müsbət P`dişçiyi
D) QRS>0.10”-0.11”-lı taxikardiya, P` dişçiyi İİ, İİİ, AVF-də mənfi,və QRS-dən sonra yerləşməsi
E) QRS>0.10”-0.12”-lı taxikardiya, atrioventrikulyar dissosiasiya qeyd olunmur
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003.
147) Sağ mədəcik paroksizmal taxikardiyasının EKQ dəyişikliklərinə hansılar aiddir?
A) QRS>0.10”0.11”-lı taxikardiya, II, III, AVF aparmalarında mənfi P dişçikləri
B) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadasını xatırladır, mədəciklərin zəbti
C) QRS-dən əvvəl mənfi P` dişçyi və V1-6 aparmalarında dominə edən R dişçikli taxikardiya,
D) V1-6 aparmalarında dominə edən S dişçikli taxikardiya, mədəcik tutulması
E) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadasını xatırladır, AV dissosiasiya
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
148) Sol mədəcik paroksizmal taxikardiyasının EKQ dəyişikliklərinə hansılar aiddir?
A) QRS>0.10”-0.11”-lı taxikardiya, P`dişçiyi İİ, İİİ, AVF aparmalarında mənfi və QRS-dən sonra yerləşməsi
B) V1-6 aparmalarında dominə edən S dişçiyi ilə taxikardiya, mədəciklərin tutulması
C) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadasını xatırladır, mədəcik yığılmalarının sayı 1 dəq-də 60-140
D) Bütün döş aparmalarında dominə edən R dişçiyi ilə taxikardiya, atrioventrikulyar dissosiasiya
E) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadasını xatırladır, atrioventrikulyar dissosiasiya
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
149) II dərəcə, tip 2 (Mobits II) sinoaurikulyar blokadanın EKQ dəyişikliklərinə hansı aiddir?
A) PQRST-in itməsi və düşmədən əvvəl PP intervalının uzanması
B) PQRST-in itməsi və düşmədən əvvəl PP intervalının qısalması
C) Patoloji dəyişiklik qeyd olunmur
D) Yalnız PQRST-in itməsi zamanı sıçrayan komplekslər
E) PQRST-in itməsi və düşmədən əvvəl və sonra normal PP
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
150) Hansı antiaritmik preparatlar qanda ürək qlikozidlərinin konsentrasiyasını artırır?
A) Dizopiramid
B) Propanalol
C) Kordaron
D) Etasizin
E) Novokainamid
Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
151) Xinidinin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?
A) Sinoatrial və AV blokada
B) Durğunluq ürək çatışmazlığı
C) Miokard infarktı keçirmiş xəstələrdə qulaqçıqların səyrimə və titrəməsi
D) İdiopatik qulaqcıq səyrimə və titrəməsi
E) Ürək çatışmazlığı olan xəstələrdə qulaqçıqların səyrimə və titrəməsi
Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
152) Adenozinin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?
A) İnfarktdansonrakı kardioskleroz zamanı mədəcik taxikardiyası
B) Kəskin miokard infarktı zamanı polimorf mədəcik taxikardiyası
C) Dilatasyon KMP-li xəstələrdə sinus düyününün zəifliyi sindromu
D) Anadangəlmə QT-nin uzanması sindromu ilə olan xəstələrdə polimorf mədəcik taxikardiyası
E) ÜİX zamanı AV düyün taxikardiyası
Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
153) Lidokainin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?
A) Qulaqcıqların səyrimə və titrəməsi
B) Supraventrikulyar ekstrasistolalar
C) Supraventrikulyar paroksizmal taxikardiyalar
D) QT-nin uzanması sindromu olan xəstələrdə polimorf mədəcik taxikardiyası
E) WPW sindromu zamanı qulaqcıqların səyrimə və titrəməsi
Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
154) Verapamil hansı ritm pozulmasını aradan götürmək üçün istifadə olunur?
A) Anadangəlmə QT intervalının uzanması olan xəstələrdə polimorf mədəcik taxikardiyası
B) WPW sindromu zamanı qulaqcıq səyrimə və titrəməsi paroksizmləri
C) Polimorf qulaqcıq və AV taxikardiyalar
D) İnfarktdansonrakı kardioskleroz zamanı mədəcik taxikardiyası
E) Miokard infarktlı xəstələrdə qrup şəkilli mədəcik ekstrasistolaları
Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
155) Frederik sindromunun EKQ xarakteristikasına hansı aiddir?
A) P dişi müsbət, QRS 0.12-yə qədər genişlənib, RR intervalı bərabər
B) P dişi qeyd olunur, f dalğaları yoxdur, QRSnormal, RR qeyri-bərabər, ÜVS>90
C) P dişi qeyd olunmur, f dalğaların qeydi, QRS>0.20” geniş, RR bərabər, ÜVS<40
D) PQ stabil və QRS kompleksinin periodik düşməsi
E) QRS>0.12, P dişi yoxdur, ÜYS<40
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
156) Distal tip tam AV blokada üçün xas olan dəyişikliklər hansıdır?
A) P dişi yoxdur, QRS>0.12, ÜVS<40
B) PQRST-nin düşməsi
C) QRS>0.12, PQ intervalı stabil, periodik mədəcik kompleksinin itməsi
D) Qulaqcıq və mədəciklərin fəaliyyətində dissosiasiya, interval PP0.12, geniş
E) Qulaqcıq və mədəciklərin fəaliyyətində dissosiasiya, interval RR
0.12, geniş
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
157) His dəstəsi sol ayaqcığının tam blokadasının dəyişikliklərinə hansı aiddir?
A) QRS>0.12”, V5-6 aparmalarında R şəklində,ÜVS <40
B) QRS 0.06”-0.09, V5-6 aparmalarında qR şəklində
C) QRS>0.12”, V5-6 aparmalarında R şəklində, ST –nin depressiyası, T mənfi
D) QRS>0.12”, V5-6 aparmalarında QS şəklində, ST seqmenti izoxətdən aşağı, T dişi mənfi
E) QRS>0.12”, V5-6 aparmalarında qR şəklində, ST seqmenti izoxətdən yuxarı,
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
158) His dəstəsi sol ayaqcığının arxa şaxəsinin tam blokadası üçün xarakter dəyişikliklər hansıdır?
A) Ürəyin elektrik oxu (ÜEO) kəskin sola, AVR-də QRS kompleksi QS şəklində
B) Ürəyin elektrik oxu (ÜEO) kəskin sağa meylli, ,,AVF aparmalarında QRS kompleksİ qR formasında və ,AVL aparmalarında QRS kompleksi rS şəkilində qeyd edilir
C) EKG də ,AVL də kompleks qR
D) Ürəyin elektrik oxu (ÜEO) kəskin sola meylli, AVR-də QRS kompleksi qR şəklində
E) Ürəyin elektrik oxu (ÜEO) mülayim sola meylli, AVR-də QRS kompleksi QS şəklində
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
159) His dəstəsinin sağ ayaqcığının və sol ön şaxəsinin blokadası üçün xarakter dəyişikliklər hansıdır?
A) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) mülayim sola meylli
B) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) dəyişmir
C) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) kəskin sağa meylli
D) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) kəskin sola meylli
E) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) sağa meyilli
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
160) AV düyün taxikardiyası üçün xarakter EKQ dəyişikliklərə hansılar aiddir?
A) Normal QRS və ST seqmenti və ya T dişində P dişi olan taxikardiya
B) QRS>0.12 olan taxikardiya
C) Normal QRS və P dişinin olmaması ilə gedən taxikardiya
D) Normal QRS və QRS-dən əvvəl müsbət P dişi(sinusdan fərqli)
E) Normal QRS-li və II, III, AVF-də mənfi P` dişi olan taxikardiya
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
161) Hansı preparat I ”A” antiaritmik sinfinə aiddir?
A) Kordaron, verapamil
B) Lidokain, etmozin
C) Trimekain, nadolol
D) Xinidin, novokainamid
E) Difenin, diltiazem
Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
162) 1”B”antiaritmik dərmanlara sinfinə aid olan hansıdır?
A) Verapamil, aymalin
B) Propafenon, obzidan
C) Ritmilen, etasizin
D) Lidokain, trimekain
E) Kordaron, diltiazem
Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
163) II sinif antiaritmik preparatlar hansıdır?
A) Lidokain, aymalin
B) Kordaron, novokainamid
C) Propanolol, nadolol
D) Etasizin, verapamil
E) Diltiazem, difenin
Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
164) III sinif antiaritmik preparatlara hansılar aiddir
A) Amiodaron, bretiliy tozilat
B) Timolol, allapinin
C) Ritmilen, propafenon
D) Obzidan, trimekain
E) Lidokain, diltiazem
Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
165) IV sinif antiaritmik preparatlara hansılar aiddır?
A) Trimekain, sotalol
B) Novokainamid, lidokain
C) Timolol, aymalin
D) Verapamil, diltiazem
E) Kordaron, anaprilin
Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
166) Polimorf mədəcik taxikardiyasının aradan qaldırılması üçün preparat seçimi hansıdır?
A) Sotalol
B) Ürək qlikozidləri
C) Maqneziy sulfat, lidokain
D) β-blokatorlar
E) Adenozin, verapamil
Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
167) Resiprok AV düyün taxikardiyasının aradan qaldırılması üçün preparat seçimi hansıdır?
A) Etasizin
B) Xinidin
C) Maqneziy sulfat
D) Adenozin (ATF), verapamil
E) Lidokain
Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
168) Hansı antiaritmik preparatl QT intervalının davamiyyətini azaldır?
A) Sotalol
B) Atenolol
C) Kordaron
D) Novokainamid
E) Dizopiramid
Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
169) Vaqus sınaqlarının (Valsalv sınağı, karotid sinusun masajı) köməyi ilə aşağıda göstərilən ritm pozulmalarından hansını aradan götürmək olmur
A) Resiprok AV taxikardiya
B) Qulaqcıq səyrimə və titrəməsinin paroksizmi
C) Polimorf mədəcik və mədəcik taxikardiyası
D) Sinoatrial taxikardiya
E) Qulaqcıq taxikardiyası
Ədəbiyyat: I.A. Latfullin “Kliniki aritmologiya” 2002.
Ürək-qan dövranın çatmamazlığı
170) Nyu-York təsnifatında əsasən I funksional sinif ürək çatışmazlığınının simptomlarına hanslar aiddir?
A) Xəstə 100 W yükləməni yerinə yetirir
B) Adi fiziki yükləmədən sonra ürək çatışmazlığın əsas simptomlar
C) Adi fiziki aktivliyik məhdudlaşmamışdır. Adi
D) Həmin şikəyyətləri ancaq yüksək fiziki yükləmədən sonra əmələ
E) Göstərilən şikəyyətləri sakit vəziyyətdə geyd olunmurlar və
Ədəbiyyat: ESC and ACC/AHA quidlines,2008,2009.
171) Ürək çatışmazlığın müalicəsində hansı β-blokatorlarının müsbət mualicəvi effekt təsdiq olunub?
A) Metaprolol suksinat
B) Metaprolol tartrat
C) Nadolol
D) Atenolol
E) Anaprilin
Ədəbiyyat: Современные подходы к диагностике и лечению ХСН (изложение рекомендаций АКК И АСС 2001 год), Кардиология, 2002,6
172) Ürək çatışmazlığı olan xəstələrdə karvedilolun birinci dozası hansıdır?
A) 3,125 mg.
B) 6,25 mg.
C) 25 mg.
D) 50 mg
E) 12,5 mg.
Ədəbiyyat: С.Ю. Марцевич «β - адреноблокаторы с позиции доказательной медицины», кардиология, 2002, 4 .
173) Ürək çatışmazlığı olan xəstələrdə bisoprololun başlanğıc dozası hansıdır?
A) 1,25 mg.
B) Təyin olunmadı
C) 10 mg
D) 2,5 mg
E) 5 mg
Ədəbiyyat: С.Ю. Марцевич «β - адреноблокаторы с позиции доказательной медицины», кардиология, 2002, 4.
174) Digoksini təyin etmək üçün göstərişlər hansıdır?
A) Ürək çatışmazlığının funksional sinif II.
B) Ürək çatışmazlığının funksional sinif I.
C) Ürək çatışmazlığının funksional sinif III və V
D) Hiperkalemiya
E) Hipokalemiya
Ədəbiyyat: Б.А. Сидоренко и др. «Место сердечных гликозидов в лечении ХСН», Кардиология, 2005, 4, с. 68
175) Sistolik formalı ürək çatışmazlığı olan xəstələrdə hansı preparatlar aiddir I-ci pillə seçim preparatına?
A) Nitratlar.
B) Digoksin.
C) Furosemid
D) Kalsium kanallarının antaqonistləri.
E) Kardioselektiv β-adrenoblokatorları
Ədəbiyyat: Современные подходы к диагностике и лечению ХСН (изложение рекомендаций АКК И АСС 2001 год), Кардиология, 2002, 6, с. 69
176) Aşağıda sadalananların hansıları ürək çatışmazlığının sistolik formasının əmələ gəlməsinə daha tez səbəb olur?
A) D) Aorta gapaglarının revmatik mənşəli stenozu
B) Mitral gapağının revmatik mənşəli stenozu
C) E) Qulagçıg paroksizmal taxikardiyası zamanı ağciyər ödeminin inkişafı
D) Ürəyin işemik xəstəliyi
E) Aortal çatışmazlığı, revmatik mənşəli
Ədəbiyyat: Современные подходы к диагностике и лечению ХСН (изложение рекомендаций АКК И АСС 2001 год), Кардиология, 2002, 6.
177) Ürək çatışmamazlığının sistolik formasını təyin etmək üçün əsas simptom hansıdır?
A) Ortopnoe.
B) Sinus taxikardiyası
C) Boyun damarlarının şişməsi
D) Baş gicələnmə
E) Ürək nahiyyəsində sıxıcı ağrı.
Ədəbiyyat: О.А. Штегман «Систолическая и диастолическая дисфункция левого желудочка – самостоятельные типы сердечной недостаточности», Кардиология, 2004, 2.
178) Hansı exokardiografik göstərici ürək çatışmamazlığının sistolik formasını təsdiqləyir?
A) Sol və sağ mədəciklərinin dəyişməməsi var.
B) Sol mədəciyin ölçüsü yüksək dərəcədə artır
C) Sol mədəciyin miokardinin galınliğı artır
D) Sol mədəciyin ölçüləri norma daxilindədi
E) Atım fraksiyası 40%-dan az
Ədəbiyyat: Feyqenbaum H."Руководство по эхокардиографии", 5 издание, Вивар,1999
Dostları ilə paylaş: |