Kardiologiya



Yüklə 431,39 Kb.
səhifə221/679
tarix02.01.2022
ölçüsü431,39 Kb.
#1520
1   ...   217   218   219   220   221   222   223   224   ...   679
478) Nə qədər ki, ürək əzələsi “artıq dərəcədə uzanmış” hala düşməmişdir, mədəciklərin dıastolik dolması və qanın son diastolik həcminin azalması nə ilə müşayiət olunur?
A) mədəciklərin vurğu həcmi və mərkəzi venoz təzyiqinin artması ilə

B) mədəciklərin atım fraksiyasının artması və son sistolik həcmin dəyişməməsi ilə

C) mədəciklərin ürək atımının və vurğu həcminin düşməsi ilə

D) nəbz təzyiqinin və ümümi damar müqavimətinin düşməsi ilə

E) dövr edən qanın artması və ağciyər damar müqavimətinin düşməsi ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр, 33
479) Sübut olunmuş sol mədəcik disfunksiyalı arterial hipertenziyanın müalicəsində hansı halın həyata keçirilməsi vacib deyil? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB - angiotenzin II reseptorlarının blokatorları, pq/ml - pikoqram 1 millilitrdə).
A) şəkərli diabet xəstərdə arterial təzyiqi 130/80 mm. c.süt. - dan aşağı həddə saxlamaq

B) renin - angiotenzin sisteminin antaqonistlərinə (AÇFİ və ARB) əsaslanan antihipertenziv müalicəyə üstünlük vermək

C) risk dərəcəsi yüksək olanlarda arterial təzyiqi 130/80 mm. c.süt. - dan aşağı həddə saxlamaq

D) beyin natriumuretik peptidinin konsentrasiyası 100 pq/ml - dan az olan xəstələrə yüksək dozada ilgək diuretiklərinin təyini

E) arterial təzyiqin hədəf səviyyəsinin < 140/90 mm c.süt. - dan aşağı endirilməsi
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 44
480) Şəkərli diabeti (ŞD) olan ürək çatışmazlıqlı (ÜÇ) xəstələrdə aşağıdakılardan hansının həyata keçirilməsi məsləhət deyil? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB - angiotenzin II reseptorlarının blokatorları, NYHA - Nyu - York Ürək Assosiasiyası, FS - funksional sinif).
A) Hədəf orqanların zədələnməsinin və ÜÇ - nın inkişaf riskini azaltmaq məqsədi ilə AÇFİ - nın təyini

B) Troqlitazon (tiazolidindion qrupu) III - IV FS - lı (NYHA) xəstələrə göstərişdir

C) Hədəf orqanların zədələnməsinin və ÜÇ - nın inkişaf riskini azaltmaq məqsədi ilə ARB - nın təyini

D) Artıq çəkili II - ci tip ŞD üçün ciddi böyrək disfunksiya yoxdursa metformin birinci seçim preparatdır

E) Qlükozanın hədəf səviyyəsinə nail olmaq mümkün deyilsə, insulinlə erkən müalicəyə başlamaq lazımdır
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 44


Yüklə 431,39 Kb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   679




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin