1209) Klinik təcrübədə aterosklerozun hansı lokalizasiyaları daha çox rast gəlinir?
A) aşağı ətraf dərin venalarının
B) dalaq arteriyalarının
C) aşağı ətraf səthi venalarının
D) qara ciyər arteriyalarının
E) beyin qan damarlarının
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 316
1210) Hansı qrup antilipidemik preparatlar çox aşağı sıxlıqlı lipoproteinləri parçalamaqla lipoproteinlipazanın aktivliyini artırır və HMQ - КоА - reduktazanın aktivliyini azaltmaqla qara ciyərdə xolesterinin metabolizmini sürətləndirir? (HMQ - hidroksi - metilqlütaril).
A) öd turşusu sekvestrantları (kolestiramin, kolestipol)
B) statinlər (levostatin, simvastatin)
C) nikotin turşusu (niasin, vitamin PP)
D) nikotin turşusunun törəmələri (asipimoks, endurasin)
E) fibratlar (fenofibrat, bezafibrat)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364
Dostları ilə paylaş: |