1400) Xroniki ürək çatışmazlıqlı xəstələrdə angiotenzini çevirici fermentin inhibitorlarıyla (AÇFİ) müalicəyə başlayarkən, aşağıdakıların hansı daha çox əhəmiyyət kəsb etmir?
A) Ciddi nəzarət altında olan xəstələrdə titrləmənin daha sürətlə aparılması
B) 2-4 həftədən sonra dozanın tədricən artırılmasının nəzərdən keçirilməsi
C) Böyrək funksiyası və plazma elektrolitləri yoxlanılması
D) Böyrək funksiyasının pisləşməsi və ya hiperkaliemiya zamanı dozanın artırılması
E) Sol mədəciyin atım fraksiyası ≤ 40%-dən (kiçik və ya bərabər) olan xəstələrə AÇFİ təyin edilməsi
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 31
1401) Xroniki ürək çatışmazlıqlı xəstələrdə β - adrenoblokatorlarla müalicəyə başlayarkən, aşağıdakılardan hansı daha çox əhəmiyyət kəsb etmir? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları, FS-funksionaql sinif, NYHA- Nyu-York Ürək Assosiasiyası).
A) Sol mədəciyin atım fraksiyasının ≤ 40%-dən kiçik və ya bərabər olması
B) AÇFİ və/və ya ARB-nın optimal dozada qəbulu
C) Xəstələrin vəziyyətinin klinik cəhətdən sabit olması (məsələn, sidikqovucuların dozasının yaxın zamanlarda dəyişdirilməsinə ehtiyac olmadıqda)
D) Böyrək funksiyası nəzərə alınmaqla, plazma elektrolitlərinin yoxlanılması
E) Ürək çatışmazlığı əlamətlərinin olması (NYHA II-IV FS)
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 32
Dostları ilə paylaş: |