50) İzovolümik boşalma fazasında nə müşahidə olunur?
1.atrioventrikulyar qapaqlar bağlanır
2.mədəciklərin aktiv boşalması davam edir
3.mədəciklərin qanla maksimal dolması baş verir
4.mədəciklərdə təzyiq qulaqcıqlardakı həddə düşür
5.atrioventrikulyar qapaqların açılması baş verir
6.mədəciklərdə təzyiq magistral damarlardakından bir az aşağı düşür
A) 1, 3, 5, 6
B) 2, 4, 5
C) 1, 2, 3
D) 3, 4, 5, 6
E) 1, 2, 4, 6
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
51) İzovolümik boşalma fazası ürəyin hansı vəziyyətində baş verir?
A) Atrioventrikulyar qapaqların açıq, aypara qapaqların isə bağlı qaldığı
B) Mədəciklərin həcminin artdığı və aypara qapaqların açıq qaldığı
C) Ürəyin bütün qapaqlarının hermetik bağlı və mədəciklərin həcminin dəyişmədiyi
D) Mitral qapaqların hermetik bağlı, aypara qapaqların açıq qaldığı
E) Trikuspidal və aorta qapaqlarının hermetik bağlı və mədəciklərin həcminin artdığı
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
52) Müəyyən hallarda əlavə III tonun baş verə bildiyi mədəciklərin sürətli dolma fazası nə ilə xarakterizə olunur?
A) mədəciklərdə təzyiqin qulaqcıqlardakı təzyiq həddinə düşməsi ilə
B) magistral damarlardakı təzyiqin azca aşağı düşməsi ilə (mədəciklərin boşalması nəticəsində)
C) atrioventrikulyar və aypara qapaqların tam bağlanması ilə
D) qulaqcıqların yığılması və qanın mədəciklərə "aktiv" qovulması ilə
E) təzyiqlər fərqi hesabına qanın qulaqcıqlardan mədəciklərə “passiv” tökülməsi və mədəciklərin maksimal qanla dolması ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
Dostları ilə paylaş: |