674) Əgər, miokard infarktlı xəstələrdə ürək vürğularının sayı dəqiqədə 110 - 120 vurğunu keçərsə, onda hansı preparatı (qəbuluna əks göstəriş yoxdursa) təyin etmək olar?
A) yüksək dozada β - adrenoblokatorları
B) yüksək dozada kalsium kanalları blokatorlarını
C) az dozada kalsium kanalları blokatorlarını
D) az dozada β - adrenoblokatorları
E) sinus düyünü If - kanallarının selektiv ingibitorlarını
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
675) Kəskin miokard infarktlı xəstələrdə boyun venalarının qabarması, qaraciyərin böyüməsi və arterial təzyiqin enməsi kimi hallar qəfil meydana çıxdıqda hansı ağırlaşmanı inkar etmək olar?
A) sol mədəciyin kəskin anevrizması
B) mədəciklərarası çəpərin sağ mədəciyə kəskin deformasiyası
C) ağ ciyər arteriyasının tromboemboliyası
D) mədəciklərarası çəpərin cırılması
E) sağ mədəciyin infarktı
Ədəbiyyat: Национальные клинические рекомендации. М., 2008 - С. 233-326
Dostları ilə paylaş: |