904) Xroniki ürək çatışmazlığı angiotenzin çevirici fermentin inhibitorunun öz effektivliyini ifa etməyən hal hansıdır?
A) böyrəklərdə, baş beyində, skelet əzələlərində regionar qan təhcizatının yaxşılaşması
B) koronar vazodilatasiya
C) aritmiyaların əmələ gəlməsi riskinin azalması
D) sol mədəciyin diastolik rigidliyin azalması
E) sol mədəciyin diastolik rigidliyin artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 120 - 121
905) Venoz durğunluğa ağciyər arterial hipertenziyası əlamətləri qoşulduqda hansı rentgenoloji dəyişiklər meydana çıxmır (sol qulaqcıqda təzyiqin 18 mm c. süt - dən çox olduqda)?
A) ağciyərlərin kötüyünün intensiv homogen tündləşməsi və onların nəzərə çarpan genişlənməsi və ümumi şəklinin qeyri kəskin olması
B) arteriola və kiçik arteriyaların genişlənməsi, ağciyər arteriyası və onun iri şaxələrinin daralması
C) ağciyərlərin periferiyasında ağciyər damar şəklinin zəifləməsi (kiçik arteriyaların nəzərə çarpan daralması və onların distal şöbələrinin elə bil “qırılması” hesabına)
D) B tipli Kerli xətlərinin meydana çıxması
E) ağciyər kötüyü arteriyasının və onun iri şaxələrinin güclü pulsasiyası və genişlənməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 550 - 551
906) Ağciyər arteriyasının pərçimlənmə təzyiqi və mərkəzi venoz təzyiqi göstəricilərinin təyini üçün hansı müayinə metodunun aparılması məqsədə uyğundur?
A) ürəyin sağ şöbələrinin kateterizasiyası
B) koronaroangioqrafiya
C) tredmil testi
D) exokardioqrafiya
E) ventrikuloqrafiya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 551
Dostları ilə paylaş: |