1098) Morfinin vaqotonik yanaşı effektlərini hansı preparatla və hansı dozalarda aradan qaldırmaq olar?
A) 0,5 - 1,0 ml 0,1% atropin sulfat məhlulu v/d
B) 3,0 - 4,0 ml 1,0% dibazol məhlulu v/d
C) 1,0 - 2,0 ml 0,2% platifillin hidrotartrat məhlulu ə/d
D) 40 mq/2 ml-də no-şpa məhlulu ə/d
E) 2,0 - 4,0 ml 2% papaverin hidroxlorid məhlulu ə/d
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 531
1099) Hansı dərmanın hansı dozada istifadəsi morfinin qəbulu zamanı yaranan tənəffüs mərkəzinin funksiyasının zəifləməsi əlamətini aradan qaldırmağa imkan yaradır?
A) 20 mq nalbufin v/d
B) 0,1 - 0,2 mq nalokson v/d
C) 0,4 - 0,6 mq butorfanol ə/d
D) 30 mq pentazosin ə/d və ya v/d
E) 0,3 - 0,4 mq buprenorfin v/d
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 531
1100) Aşağıda göstərilənlərdən hansı plazminogeni plazminə çevirən inhibitorlara aid deyil?
A) α2-antiplazmin
B) urokinaza
C) Cl-esterazanın inhibitoru
D) antitripsin
E) α2-makroqlobulin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 537
Dostları ilə paylaş: |