1199) Aterosklerozlu xəstələrdə yanaşı piylənmə və ya artıq bədən çəkisi varsa, diyetik müalicəyə hansı prinsip uyğun deyil?
A) xolesterinlə zəngin ərzaqlardan istifadəni kəskin azaltmaq
B) qida rasionunda sadə və mürəkkəb karbohidratların münasibətini dəyişmək (mürəkkəbdən daha çox istifadə etmək)
C) polidoymamış yağ turşularının istifadəsinin artırılması
D) qida rasionunda yüksək energetik dəyərə malik zülal tərkibli ərzaqlardan istifadəni artırmaq
E) monodoymamış yağ turşularının istifadəsinin artırılması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
1200) Ümumi xolesterin və aşağı sıxlıqlı lipoproteinlərin (IIа tip hiperlipidemiya) yüksək həddi olan aterosklerozlu xəstələrin müalicəsi ücün hansı dərman birinci seçim preparatı hesab olunur?
A) statinlər
B) fibratlar
C) öd turşusu sekvestrantları
D) nikotin turşusunun törəmələri
E) nikotin turşusu
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 363
Dostları ilə paylaş: |