Kardiologiya


) Ürək qlikozidləri ilə müalicədə EKQ - da hansı dəyişiklik aşkar olunmur?



Yüklə 431,39 Kb.
səhifə206/679
tarix02.01.2022
ölçüsü431,39 Kb.
#1520
1   ...   202   203   204   205   206   207   208   209   ...   679
441) Ürək qlikozidləri ilə müalicədə EKQ - da hansı dəyişiklik aşkar olunmur?
A) RS - Т seqmentinin izoxətdən aşağı yerini dəyişməsiylə mənfi Т dişinin təknəyəbənzər (ləyənəbənzər) olması

B) RS - Т seqmentinin izoxətdən aşağı yerini dəyişməsiylə hamar Т dişinin olması

C) RS - Т seqmentinin izoxətdən aşağı yerini dəyişməsiylə iki fazalı (–+) Т dişinin yaranması

D) U dişinin nəzərə çarpan üzə çıxması

E) Q - Т intervalının bir qədər qısalması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 149
442) Əgər ürək qlikozidləri ilə müalicədə xəstədə mədəcik aritmiyaları (mədəcik ekstrasistoliyası, eynı zamanda bigeminiya, trigeminiya tipli; mədəcik taxikardiyası) baş verərsə, onda aşağıdakılardan hansı preparat və hansı dozada daha effektiv təsir göstərər?
A) Lidokain - v/d bolusla (100 mq) hər 3 - 5 dəqiqədən bir, aritmiya aradan qaldırılana qədər, sonradan 1 - 2 mq/dəq sürətlə v/d damcı ilə

B) Difenin – v/d şırnaqla yavaş - yavaş 100 mq dozada hər 10 dəqiqədən bir aritmiya aradan qaldırılana qədər, sonradan daxilə saxlayıcı sutkalıq dozada (400 - 600mq)

C) Xinidin – v/d bolusla (100 mq) hər 5 - 10 dəq bir aritmiya aradan qaldırılana qədər, sonradan 5 mq/dəq sürətlə v/d damcı ilə

D) Sotalol - daxilə 80 mq sutkada 2 dəfə

E) Metoprolol suksinat - 5 mq iki dəqiqəlik fasilə ilə bolusla 3 v/d inyeksiya (cəmi 15 mq)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 151
443) Əgər ürək qlikozidləri ilə müalicədə xəstədə mədəciküstü ekstrasistoliya və ya supraventrikulyar paroksizmal taxikardiya yaranarsa, onda ilk növbədə aşağıdakılardan hansı preparat və hansı dozada işlədilməlidir?
A) Мaqnezium sulfat – v/d bolusla 8 - 10 ml hər 1 - 3 dəqiqədən bir aritmiya aradan qaldırılana qədər, sonradan 10 mq/dəq sürətlə v/d damcı ilə

B) Novokainamid – v/d dəqiqədə 20 - 50 mq sürətlə aritmiya aradan qaldırılana qədər və ya 1000 mq dozaya çatana qədər (maksimal 17 mq/kq qədər)

C) Anaprilin - yavaş - yavaş şırnaqla v/d 1, 0 - 5, 0 mq (1 - 5 ml 10% məhlulu) və ya 10 - 20 mq sutkada 4 dəfə

D) Difenin - v/d şırnaqla yavaş - yavaş 100 mq dozada hər 10 dəqiqədən bir aritmiya aradan qaldırılana qədər, sonradan daxilə saxlayıcı sutkalıq dozada (400 - 600mq)

E) Lidokain - v/d bolusla (100 mq) hər 3 - 5 dəqiqədən bir, aritmiya aradan qaldırılana qədər, sonradan 1 - 2 mq/dəq sürətlə v/d damcı ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 151
444) Ürək qlikozidləri ilə müalicə nəticəsində meydana çıxmış atrioventrikulyar keçiricilik pozğunluğu ilə yaranmış aritmiyaları yox etməkdədən ötəri aşagıdakilardan hansı preparat və hansı dozada ilk növbədə istifadə olunmalıdır?
A) Amiodaron – v/d 6 - 8 ml 5% məhlulu (300 - 400 mq) 3 - 5 dəq. ərzində aritmiya aradan qaldırılana qədər, sonra v/d 6 ml 5% məhlulu (300 mq) + 300 ml 5% qlükoza məhlulu 30 dam/dəq. sürətlə gündə 2 - 3 dəfə

B) Difenin - v/d şırnaqla yavaş - yavaş 100 mq dozada hər 10 dəqiqədən bir aritmiya aradan qaldırılana qədər, sonradan daxilə saxlayıcı sutkalıq dozada (400 - 600mq)

C) Atropin sulfat – ümumi doza 0, 4 mq/kq bədən kütləsinə müvafiq olaraq, 0, 5 - 1, 0 mq təkrarlamaqla və ya klinik simptomlar aradan götürülənə qədər

D) Lidokain - v/d bolusla (100 mq) hər 3 - 5 dəqiqədən bir, aritmiya aradan qaldırılana qədər, sonradan 1 - 2 mq/dəq sürətlə v/d damcı ilə

E) Obzidan - v/d yavaş - yavaş şırnaqla 1, 0 - 5, 0 mq (1 - 5 ml 10% məhlulu) və ya 10 - 20 mq sutkada 4 dəfə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 151


Yüklə 431,39 Kb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   679




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin