Kargüzarlığın təşkili kursunun anlayış və predmeti



Yüklə 120 Kb.
səhifə1/7
tarix22.06.2022
ölçüsü120 Kb.
#62060
növüQaydalar
  1   2   3   4   5   6   7
Kargüzarlıq


Kargüzarlığın təşkili kursunun anlayış və predmeti
İdarəetmə fəaliyyətinin əsasını və onun çevikliyinin təmin olunmasında mühüm yerlərdən birini sənədləşdirmə və sənədlərlə işin təşkili tutur. Kargüzarlıq işinin təşkili dövlət aparatında və xüsusi müəssisələrin fəaliyyətində sənədlərin yaranmasını, onların üzərində işləmə qaydalarını, idarəetmə fəaliyyəti prosesində sənədlərin qəbulunun təşkilini, icrasını və məlumatların uçotunun gedişini aydınlaşdırır. Hər fənnin predmeti, prinsipi və məqsədləri vardır.
“Kargüzarlıq işinin təşkili” prinsipi müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar arasında sənədlərlə işin aparılması, sənədlərdən istifadə olunma və saxlanma qaydalarını təşkil edir. Sənədlərlə iş prosesi kortəbii şəkildə deyil, normativ qanunlar çərçivəsində həyata keçirilir. Sənədlərlə iş hüquqi əsaslara cavab verməlidir.
Kargüzarlıq prosesində əmələ gələn hüquq münasibətləri aşağıdakı konkret vəzifələrin icrası zamanı baş verir:
- sənədlərin hazırlanması və tərtib olunmasında;
- səlahiyyətli icraçı tərəfindən sənədləri vizalaşdırmada;
- təsdiq edilmiş xidməti sənədlərin icrası prosesinin gedişində;
- sənədlərin icrasına nəzarətdə;
- sənədlərin formalaşdırılmasında və saxlanmasında;
Kargüzarlığın təşkili prinsipləri belə halda dövlət orqanlannda və xüsusi müəssisələrdə kargüzarlıq aparatınm fəaliyyəti üçün valıid sənədləşmə xidmətinin qumimasım tələb edir ki, bu da hal-hazırda qanunlarla möhkəmləndirihnişdir. Bu prinsiplər iki əsas qrupa bölünür:
1. Kargüzarlığın qurulması istiqamətlərini müəyyən edən ümumi prinsiplər.
2. Kargüzarlığın təşkilinin xüsusi prinsipləri.
Ümumi prinsiplər dedikdə, idarəetmə fəaliyyətinin xüsusiyyətlərindən asılı olmayaraq, bütün dövlət idarəetmə aparatında, idarə, müəssisə və təşkilatlarda kargüzarlıq əməliyyatlannm eyni formada aparılması başa düşülür.
Xüsusi prinsiplər isə kargüzarlığın hansı iqtisadi idarəetmə sahəsinə aid olduğu istiqaməti konkretləşdirir və bilavasitə o sahəni əhatə edir.
1918-ci il mayın 28-də Milli Şura İstiqlal Bəyannaməsini əsas sənəd olaraq qəbul etdi və müstəqil Azərbaycan Demokratik Respublikasının yaradıldığını elan edərək rəsmiləşdirdi.
Azərbaycan Demokratik Respublikasının qurulduğu ilk günlərdən bütün dövlət aparatı işçilərindən kargüzarhq işlərinin milli formada qurulması və tətbiq edilməsi tələb edilirdi. Hökumətin işlərində kargüzarlığm sənədləşdinuə hissəsinin daha dəqiq aparılması gənc demokratik dövlətin idarəetmə orqanlarının ümumi vəzifələrindən biri idi.
Yerlərdə kargüzarlığm səmərəli təşkil olunması dövlət idarəetmə sisteminin qurulmasına bilavasitə müsbət təsir göstərirdi. İdarəetmə işlərində vətəndaşlann müraciətlərinə, ərizələrinə, şikayətlərinə, təklif və məktublarına diqqətlə yanaşılaraq onların rəsmiləşdirilməsi aparılmalı, müraciətlərin məzmunu öyrənilməli, analiz olunmalıdır. Bunların əsasında vətəndaşların məktublarma tez və vaxtında cavab verilməlidir. Kargüzarlığm texniki təşkili və onun mədəni səviyyədə apaniması müəssisənin idarəetmə fəaliyyətinə müsbət təsir göstərir. O, sadə və çevik olmalıdır.
İdarəetmə sistemində kargüzarhq əməhyyatlannı icra edərkən səliqəli olmaq tövsiyə edilir. Sənədlərin qeydə alınması işlərində və onlarm doldumimasmda diqqətli olmaq tələb olunur. Hər dəfə idarəetmə sisteminin təkmilləşdirilməsi kargüzarlığm inkişafına mühüm təsir göstərir və kargüzarhq fəaliyyətinin təkmilləşdirilməsi üzrə əsaslı hüquqi işlərin apaniması vəzifələrini qarşıya qoyur.
İdarə aparatının fəali}iyətinin səmərəliliyi sənədlərlə işin düzgün təşkili ilə qırılmaz surətdə bağlıdır. Faktiki olaraq məlumat mənbələri əsasında qərarlann hazırlanması və qəbulu ilə əlaqədar olan bütün idarəetmə məsələləri sənədləşdirmədən, sənədlərin yaradılması, icrası və rəsmiləşdirilməsindən kənarda qala bilməz.
İdarə aparatının bütün işçilərinin, texniki icraçılardan tutmuş struktur bölmələrinin rəhbər- lərinədək fəaliyyəti sənədlərlə əlaqəlidir. Bir hissə sənədləri yaradır, digərləri sənədlərin rəsmiləşdirilməsini və verilməsini təmin edir. Onlara əsasən qərarlar qəbul edilir və sonra isə icraya yönəldilir.
İdarələrdə,müəssisələrdə və təşkilatlarda iş proseslərinin gedişatı kargüzarlıq əməliyyatlarında əks olunur. İş prosesinin səmərəli təşkili üçün kargüzarlıq əməliyyatlarının düzgün qurulmasının böyük əhəmiyyəti vardır.
Kargüzarlıq- idarələrdə,müəssisələrdə,təşkilatlarda sənədlərlə işləmə prosesi, sənədlərin qəbulu, qeydi, icrası, icrasına nəzarətin aparılması və sənədlərin saxlanması kimi başa düşülür.
Kargüzarlıq işləri kortəbii şəkildə deyil, normativ sənədlər, yəni qanunlar çərçivəsində aparılır. Qısaca desək, kargüzarlıq idarəetmə prosesində idarəetmə funksiyasını yerinə yetirən sənədləşdirmə və sənədlərlə işin təşkilidir.


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin