Kateqoriyaların ierarxiyası, ali taksonlar



Yüklə 248,72 Kb.
səhifə91/95
tarix02.01.2022
ölçüsü248,72 Kb.
#44195
1   ...   87   88   89   90   91   92   93   94   95
heyvan qisaldmis

Taksonomik əlamət – hər han­sı bir takson üvzünü digər takson üzvündən fərqləndirən xüsusiyyətdir. İki takson üzvü bir-birinə oxşar əlamətlərə malikdirsə, bu takson üzvləri hər hansı bir əlamətlə üçüncü takson üzvündən fərqlənirsə bu əlamət taksonomik əlamət­dir. Bir populyasiyanın fərdləri bir-birindən cinsiyyətinə və ya yaş xüsusiyyət­lə­rinə görə fərqlənirsə bu taksonomik əlamət hesab olunmur. Ancaq populya­si­ya (takson) bir-birindən cinsi dimorfizmə və sürfə mərhələsinin mor­foloji xü­susiyyətlərinə görə fərqlənirsə bu artıq taksonomik əlamətdir. Takso­no­mik əla­mətlər populyasiya xarakterlidir. Populyasiya və taksonun müqayisə­si taksono­mik əlamətlərin ümumi öyrənilmə üsuludur. Hər hansı heyvanın göz­lə­ri­nin ağ və ya qırmızı olması potensial və ya faktiki taksonomik əlamətdir. Taksonomik əlamətlər ikili xarakter daşıyır: 1)bu əlamətlər diaqnostik xarak­ter­­­lidir, tədqiq olu­nan taksonu birmənalı təyin edir, taksonomik əlamətlərin bu xüsusiyyəti aşağı kateqoriyalara aiddir; 2)bu əlamətlər heyvanlar arasında qo­humluq əlaqə­lə­rinin göstəriciləridir. Bu xüsusiyyət isə ali taksonlara şamil olu­nur.

Təcrübə taksonomik əlamətlərin hamısının eyni dərəcədə əhəmiyyətli ol­ma­­dı­ğını göstərir. Taksonomik əlamətlərin dəyəri onun informasiya məzmu­nun­­­dan asılıdır. Taksonomik əlamətlər fenotipin təzahür forması olsa da əsasın­da ge­notip proqramı durur. Müasir dövrdə taksonomik əlamətlərin genetik ana­lizi­­nin aparılması çox baha başa gəlir və populyasiyadaxili polimorfizm hadisə­lə­­rini genotip səviyyəsində izah edə bilmir. Eyni zamanda fenotipə əsasən tak­so­­nomik əlamətlərin siyahısını tərtib etmək mümkün deyil.

Heyvanlar arasında qohumluq əlaqələrini sübut edə bilməyən əlamətlər də­­yiş­kən xarakter daşıyır. Məsələn, onurğalı heyvanlarda arteriyanın şaxələn­mə­si nəinki müxtəlif növlərdə, o cümlədən bədənin sağ və sol tərəflərində müx­­təlif­dir. Reqressiv əlamətlər də eyni dərəcədə əhəmiyyətsiz hesab olunur. Mə­sələn, gözlərin, qanadların, barmaqların, dişlərin reduksiyası taksonomik əla­­mət kimi az əhəmiyyət kəsb edir.

Açar əlamətlər tez nəzərə çarpan, az dəyişkənliyə uğrayan, tədqiq olunan hey­vanın fiksasiyası zamanı itirilməyən, digər taksonlardan fərqlənən əlamətlər olub qiymətli əlamətlər sırasına daxildir. Bir çox taksonomik əlamətlər – fizio­lo­ji, etoloji, kimyəvi, xromosom sayı təsnifatda xüsusi əhəmiyyət kəsb etsə də nö­vün təyin olunması prosesində (xüsusən fiksə olunmuş materialı təyin edər­kən) az əhəmiyyət daşıyır.

Əlamətin taksonomik dəyəri müəyyən dərəcədə onun adaptasiya səviyyə­sin­­dən asılıdır.


Yüklə 248,72 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin