Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə421/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   417   418   419   420   421   422   423   424   ...   484
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
 www.milliqahraman.az 
www.e-qanun.az
 
25
Milli Qəhrəman


327
Milli Qəhrəman
Milli Qəhrəmanlar
55 
illiyi
Niyazi Aslanov  
1960-1992  
DEKABR
Niyazi Şərəfxan oğlu Aslanov 1960-
cı il dekabr ayının 25-də Goranboy ra-
yonunun Tap Qaraqoyunlu kəndində 
anadan olmuşdur. 
Burada orta məktəbi bitirdikdən son-
ra, 1979-1981-ci illərdə Rusiyanın Altay 
vilayətində  hərbi xidmətdə olmuşdur. 
Ağdam Kənd Təsərrüfatı Texnikumunda 
təhsil almış, oxuduğu müddətdə  əmək 
fəaliyyəti ilə də məşğul olmuşdur. 
1989-cu ildə Goranboy rayonunda 
yaradılan özünümüdafiə  dəstəsinə qo-
şulmuşdur. Yoldaşları ilə birlikdə sıradan 
çıxmış iki tankı təmir etmiş, bu tanklarla 
nəinki Tap Qaraqoyunlu kəndini, hətta 
qonşu kəndləri da layiqincə müdafiə 
etmişdilər. 
Niyazi Aslanoov Şəfəq, Gürzalı-
lar, Todan, Sarısu, Tərtər və  Ağdam 
şəhərinin müdafiəsində  fəal iştirak et-
mişdir. 1992-ci il mayın 4-də Tap Qa-
raqoyunlu kəndi yaxınlığında gedən 
döyüşlərdə Niyazi komandiri İsfəndiyar 
Əsədovu xilas edərkən qəhrəmancasına 
həlak olmuş,   doğulub boya-başa  çat-
dığı Tap Qaraqoyunlu kəndində  dəfn 
edilmişdir. 
Ailəli idi, iki oğlu var. 
Azərbaycan Respublikası Prezidenti-
nin 5 fevral 1993-cü il tarixli  457 saylı 
Fərmanı ilə Aslanov Niyazi Şərəfxan 
oğlu ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür. 
Tap Qaraqoyunlu kəndindəki  orta 
məktəbə  və Naftalan şəhərindəki 
küçələrdən birinə qəhrəmanın adı veril-
miş, Goranboy şəhərində büstü qoyul-
muşdur. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   417   418   419   420   421   422   423   424   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin