türbəsi” adı ilə məşhur olan və həyətin cənub
hissəsində yerləşən türbə orta həyətdə mərkəzi
yer tutur. Bəzi mütəxəssislər bu türbənin yanlış-
lıqla Seyid Yəhya Bakuviyə aid olduğunu iddia
edirlər. Türbə Keyqubad məscidi bünövrəsi olan
kompleksdədir. Onu qeyd etmək lazımdır ki,
türbə
üzərində onun kimə aid olduğunu bildirən kitabə
və türbənin içərisində məzar daşı olmamışdır. Ki-
çik həcmli 8 bucaqlı türbə yüksək sənətkarlıqla
işlənmişdir. Yaraşıqlı görünməsi üçün gümbəzin
piramidaya oxşar səthləri az qabarıq verilmişdir.
Türbənin hündürlüyü 7,5 metrdir. Türbə yeraltı
və yerüstü hissədən ibarətdir. Divarların hörgü-
sü tünd və açıq daşlardan tikildiyindən onların
təkrarlanması səthlərin rəngli görünməsinə səbəb
olmuşdur. Türbənin
daşdan yonulmuş şəbəkələrlə
bəzəkli üç pəncərəsi vardır.
Keyqubad məscidi Dərviş türbəsi yanında
ona bitişik bir məscid-mədrəsə binası olmuşdur.
Türbə məscidin cənub hissəsində yerləşir. Məscid
düzbucaqlı ibadət zalından və onun önündəki ki-
çik dəhlizdən ibarətdir. Vaxtilə zalın mərkəzində
gümbəzi saxlayan 4 sütun var imiş. Məsciddə Ba-
kuvinin tədris və ibadət etməsi barədə A.Bakıxanov
yazır: “Onun
ibadət etdiyi hücrə, işlədiyi məktəb
və qəbri orada – məsciddədir”.
Şərq darvazası portalı - Kompleksin XVI əsrə
aid olan yeganə tikilisi “Murad” darvazasıdır. Mu-
rad darvazası portalının yuxarı çərçivəsində olan 2
medalyon arasında aşağıdakılar yazılıb: “Bu bina
Ulu Rəcəb Bakuvinin 994-cü ildə (1585-86) sifa-
rişi əsasında böyük və ədalətli Sultan III Muradın
dövründə tikdirilib”.
Şirvanşahlar türbəsi -Aşağı həyətin ərazisində
kompleksin 2 tikilisi, türbə və saray məscidi yerləşir.
Aşağı həyəti digərindən iri dairəvi qapalı divarlar
ayırır. Türbəyə yuxarıdan baxdıqda kəsmə ulduzla
bəzədilmiş və 6 bucaqlı gümbəzlə tamamlanmış
düzbucaqlı olduğu görünür. Türbənin
girişində
dəhliz vardır və o, 8 bucaqlı gümbəzlə örtülmüş-
dür. Onun sağ və solunda xidmət üçün 2 yardımçı
otaq vardır. Türbədə Şirvanşahlar ailəsinin üzvləri
də dəfn edilmişdir. Qazıntılar zamanı sökülmüş
döşəmənin altından daş lövhələr tapılmışdır. Bu
daş lövhələrdən 7 ədəd qəbrin örtüyü olduğu
məlum olmuşdur, yalnız 5 qəbrdə sümük qalıqları
tapılmışdır, 2 qəbrdə sümüklər yox idi.
Saray məscidi -Aşağı həyətdə türbə ilə yana-
şı saray məscidi yerləşir. Məscidin hündürlüyü
22 metrdir. Minarəni əhatə edən yazıdan
məlum
odur: “bu minarənin ucalmasını böyük sultan I
Xəlilullah əmr etmişdir. Allah onun şahlığını və
hakimiyyət illərini böyütsün 845-ci il” (1441-42
illər). Məscidə girməzdən əvvəl yuyunmaq və
dəstəmaz almaq üçün həyətin şimal tərəfində, hün-
dür meydançada quyu və kiçik hovuz vardır. Onun
giriş portalı bəzəksizdir, lakin minarə zərifliyi və
gözəlliyi ilə diqqəti cəlb edir. Onun eyvanını sax-
layan stalaktitlər və aşağıda yerləşən yazı kəməri
yüksək sənətkarlıqla işlənmişdir. Minarə dilimli
gümbəzlə tamamlanır.
Saray hamamı -Kompleksin ən aşağı həyətində
saray hamamı yerləşir. İçərişəhərin bütün hamam-
ları kimi bu hamam da temperatur rejimini sabit
saxlamaq üçün yer altında tikilib. Vaxt
keçdikcə
torpaq qatının qalınlığı artaraq onu tamam örtmüş-
dür. Hamam 1939-cu ildə təsadüfən aşkar olunmuş,
1953-cü ildə bir hissəsi təmizlənmiş, 1961-ci ildə
konservasiya edilmişdir. Hamamın indiyə qədər
qalmış divarlarına
görə demək olar ki, onun otaq-
larının üstü gümbəzlə örtülmüşdü. Gümbəzdə olan
deşiklərdən hamamın içərisinə işıq düşürmüş. Ha-
mamın sol hissəsi bərpa olunmuş, sağ hissə isə öz
əvvəlki formasını daha çox saxlamışdır. Hamama
daxil olan su, divar yaxınlığında olan ovdandan (su
anbarından) qazanxanaya axır, oradan
isə tikilmiş
xüsusi yollar vasitəsi ilə otaqlara paylanırdı. Ha-
mamda soyunmaq üçün, tək adamın çimməsi üçün
“xəlvəti” adlanan otaqlar da vardır. Divarda otaq-
lara çəkilmiş borunun ucu tağın içindən görünür.
Hamamın sağ küncündə üstü günbəzli bir böyük
və iki kiçik otaq vardır. Kaşı üzlüyə malik bu otaq-
ların çəxsən şaha məxsus olduğu ehtimal olunur.
1964-cü ildən
qoruq-abidə elan olunan sa-
ray 1997-ci ildən UNESCO tərəfindən qorunan
abidələr siyahısına daxil edilib.
2000-ci ildə YUNESKO tərəfindən İçərişəhər
və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi
siyahısına daxil edilmişdir.