Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə181/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   177   178   179   180   181   182   183   184   ...   484
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
15
Milli Qəhrəman


142
Milli Qəhrəmanlar 
55 
illiyi
Kərəm Mirzəyev
1960-1992 
MA
Y
 Kərəm Ərşad oğlu Mirzəyev 1960-cı 
il may ayının 20-də Qubadlı rayonunun 
Xanlıq kəndində doğulmuşdur.
Doğma kəndlərində orta məktəbi 
bitirdikdən sonra 1978-ci ildə Azərbaycan  
Dövlət  İnşaat Mühəndisləri  İnstitutuna 
daxil olmuşdur. 
1983-cü ildə  təhsilini başa vuraraq, 
Qubadlıya qayıtmışdır.
1983-1985-ci illərdə Sovet Ordusu 
sıralarında Arxangelsk və Murmansk 
şəhərlərində tank qoşun hissələrində 
hərbi xidmətdə olmuşdur. 1990-cı 
ilə  qədər tikinti idarəsində müxtəlif 
vəzifələrdə çalışmışdır.
1990-cı ildə Qubadlı rayon Polis 
Şöbəsində sahə müvəkkili kimi işə baş-
lamışdır. DİN gənc polis zabitini Ka-
lininqrad Ali Hüquq Akademiyasına 
göndərmişdir. Vətənin başını qara bu-
ludlar alanda Kərəm Mirzəyev də əlinə 
silah alaraq vətəninin müdafiəsinə qalx-
mışdır.
1991-ci ildə polis yoldaşları ilə 
birlikdə düşmənin Gorus rayonunun 
Şurnuxu kəndində yerləşən beş strateji 
postunu sıradan çıxarmışdır. “Lələzar” 
əməliyyatında da Kərəmin böyük 
xidmətləri olmuşdur.
1992-ci il oktyabrın 1-də Laçın rayo-
nunun Mazutlu kəndində iki gün davam 
edən  şiddətli döyüş  nəticəsində  Kərəm 
döyüş meydanında yoldaşlarını xilas 
edərkən özü qəhrəmancasına həlak ol-
muşdur. 
Azərbaycan Respublikası Prezidenti-
nin 11 may 1993-cü il tarixli 599 saylı 
Fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğ-
luna ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adı verilmişdir
Ailəli idi. Bir oğlu yadigar qalıb.
Qubadlı rayon Xanlıq kəndində dəfn 
edilmişdir. Xanlıq kənd orta məktəbi 
qəhrəmanın adını daşıyır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin