Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə196/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   192   193   194   195   196   197   198   199   ...   484
Ə d ə b i y y a t
İnformatika və kibernetika-
ya həsr edilmiş 50 il (1958-
2008) /T.Əliyev.- Bakı: Elm, 
2009.- 340 s.
El ağsaqqalının üçün-
cü gəncliyi /T.Əliyev                
//Ədəbiyyat qəzeti.- 2013.- 
5 iyul.- S.6.
Heydər Əliyev və 
Azərbaycanda kibernetika 
və informatika elmlərinin 
inkişafı /T.Əliyev //Elm.-
2013.- 17 may.- S.5.
“İki ildən sonra 
zəlzələnin yerini də, 
vaxtını da deyə biləcəyik” 
/T.Əliyev; müsahibə alan 
T.Məhərrəmova, Telman 
Abbas oğlu //Kaspi.- 2012.- 
28 sentyabr.- S.9. 
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
2
Akademik


152
Texnika.Mühəndis işi
85 
illiyi
Musa Rüstəmov
1930
MA
Y
Musa İsmayıl oğlu Rüstəmov 1930-cu 
il may ayının 8-də Naxçıvan MR Ordubad 
şəhərində anadan olmuşdur. 1952-ci ildə 
Azərbaycan Sənaye  İnstitutunu (indiki 
ADNA) bitirərək, mühəndis-texnoloq ix-
tisasına yiyələnmişdir. Azərbaycan Neft 
Emalı  Sənayesi Elmi Tədqiqat  İnstitu-
tunda (indiki AMEA Y.H.Məmmədəliyev 
adına Neft-Kimya Prosesləri  İnstitutu) 
müxtəlif vəzifələrdə  işləmiş, 1968-ci 
ildən direktor müavini, 1988-ci ildən isə 
direktoru olmuşdur. 1968-ci ildə texnika 
elmləri doktoru elmi adını, 1971-ci ildə 
professor elmi rütbəsini almışdır. 1980-
ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu 
ildə isə həqiqi üzvü seçilmişdir. 507 elmi 
əsərin, o cümlədən 2 monoqrafiyanın 
müəllifidir ki, onlardan 157-si xaricdə 
nəşr edilmişdir.
Alim 1993-1995-ci illərdə ADNA-da, 
1999-2005-ci illərdə isə BDU-da peda-
qoji fəaliyyətlə göstərmişdir.
Onun elmi tədqiqatlarının istiqaməti 
heterogen-katalitik proseslərinin tex-
nologiyasını, neft emalı  və neft kim-
ya prosesləri üçün katalizatorların ya-
radılmasını, neft emalı  məhsullarının 
keyfiyyətlərinin yüksəldilməsini  əhatə 
edir. O, heterogen-katalitik prosesləri 
aparmaq üçün lift reaktorlarının hid-
rodinamikasını, kiçik ölçülü mikro-
siferik katalizatorların, qaynar lay 
və lift reaktorlar sistemində kimyəvi 
proseslərin effektivliyini nəzəri cəhətdən 
tədqiq etmiş, mikrosferik katalizator-
ların axıcılıq indeksinin proseslərin 
effektivliyinə  təsirini öyrənmişdir. Aka-
demik M.Rüstəmov yüksək effektivli 
Q.43-107 katalitik krekinq kompleksi-
nin müəlliflərindən biridir. Bu proses 
 
Bolqarıstan, Rusiya, Ukrayna, Latviya, 
və Azərbaycan neft emalı zavodlarında 
istismar olunur. Onun tədqiqatlarının 
bir qismi neft emalı  məhsullarının 
keyfiyyətini yüksəltmək məqsədi ilə hid-
rokrekinq, hidroizomerləşmə, destruktiv 
izomerləşmə, seolit katalizatorları    iş-
tirakında  oksigenli əlavələrin alınması 
proseslərinin yaradılmasına həsr edilmiş-
dir. Nəticədə tərkibində qurğuşun olma-
yan, ekoloji cəhətdən təmiz Aİ-93, Aİ-95 
avtomobil benzinlərinin alınma texnolo-
giyasını təklif etmişdir. O, Azərbaycanda 
hidrogen energetikası sahəsində  tədqi-
qatların  əsasını qoymuşdur. Onun 
tərəfindən Azərbaycanda neft emalı, 
qaz emalı və neft kimya sənayesinin in-
kişaf konsepsiyası yaradılmış  və onun 
əsasında neft emalı zavodlarının 2010-cu 
ilə kimi kompleks modernizasiyasının 
tərkib hissəsi və sxemi hazırlanmışdır. 
M.Rüstəmov bir çox beynəlxalq və res-
publikada fəaliyyət göstərən elmi şura-
ların və assosiasiyaların üzvi olmuşdur, 
beynəlxalq konfranslarda, simpozium-
larda Azərbaycanı təmsil etmişdir. 
1979-cu ildə  “Əməkdar elm xadimi” 
fəxri adına layiq görülmüş, 1982-ci ildə 
Dövlət mükafatı laureatı olmuşdur. 2002-
ci ildə  İstanbulda  İqtisadi  Əməkdaşlıq 
Təşkilatının “Elm və Texnoloji sahəsində 
mükafatına”, 2004-cü ildə Azərbaycan 
Respublikasının “Şöhrət” ordeninə layiq 
görülmüşdür.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin