320
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
9
110
illiyi
Reyhan Topçubaşova
1905-1970
DEKABR
Reyhan İbrahim qızı Topçubaşova
1905-ci il dekabr ayının 15-də Qu-
bada anadan olmuşdur. İlk
təhsilini
Hacı Zeynalabdin Tağıyevin Bakıda
açdığı Qızlar məktəbində almışdır.
1923-cü ildə konservatoriyanın
fortepiano sinfinə qəbul olunma-
sına baxmayaraq, ailə həyatı qur-
ması və övladının dünyaya gəlməsi
ilə əlaqədar
təhsilini başa vura
bilməmişdi. 1931-1935-ci illərdə
görkəmli rəssam Əzim Əzimzadənin
rəhbərlik etdiyi Azərbaycan Dövlət
Rəssamlıq
Texnikumunda oxumuş-
dur.
Əsərləri 1936-cı ildən respubli-
ka sərgilərində nümayiş olunmağa
başlamışdır. Boyakarlığın portret
(“M.Ə.Sabir”, “Q.Almaszadə” və
s.), məişət (“Köhnə bazar”, “Toy”,
“Küçə” və s.) və mənzərə (“Qız qa-
lası”, “Dəniz”, “Mərdəkanın görünü-
şü”, “Gecə vaxtı dənizin mənzərəsi”
və s.) janrlarında
gözəl əsərlər yarat-
mış, eləcə də süjetli kompozisiyalar
və natürmortlar çəkmişdir.
Mənzərə rəsmlərində Abşeron
təbiətinin təsviri əsas yer tutur. Rey-
han xanımın çəkdiyi əsərlərin hər
birində müəllimi Əzim Əzimzadənin
realist üslubu duyulurdu. Onun ya-
radıcılığı çoxşaxəli olmuş,
bir çox
janrlarda əsərlər yaratmışdır.
Balerina Qəmər Almaszadənin
İncəsənət Muzeyinin daimi ekspo-
zisiyasında nümayiş olunan port-
reti də Reyhan xanımın yaradıcı-
lığının çoxşaxəli olmasının
bariz
nümunəsidir. Yaşadığı dövrün, za-
manın bir çox hadisələrini gerçəkliyi
ilə əsərlərində təsvir edərək əbədiləş-
dirməyə nail olmuşdur.
Tanınmış
rəssamın “Köhnə
Bakı küçəsi”, “Şahdağ”, “Dəniz”
(Mərdəkandan görünüş), “Qa-
yıq”, N.Gəncəvinin “Xəmsə”sinə,
M.Ə.Sabirə həsr edilmiş əsərləri ona
böyük uğur gətirmişdir. Rəssamın
əsərləri hazırda İncəsənət Muzeyində
mühafizə olunur.
Reyhan xanımın
təsviri incəsənət
sahəsində uğurlu işlərindən biri
də əsərlərində ustalıqla təsvir et-
diyi milli geyim eskizləri əsasında
mahnı və rəqs ansamblları üçün ge-
yim eskizləri işləməsidir. Hazırda
rəssamın evində 50-yə yaxın geyim
eskizi saxlanılır.
1941-1945-ci
illərdə Azərbaycan
Rəssamlar İttifaqı İdarə Heyətinin
sədr müavini olmuşdur.
R.Topçubaşova 1943-cü ildə
“Əməkdar incəsənət xadimi” fəxri
adına layiq görülmüşdür. O, bu fəxri
adı alan ilk azərbaycanlı qadındır.
Reyhan xanım
Topçubaşova uzun
sürən ağır xəstəlikdən sonra 1970-ci
il mart ayının 5-də, Bakıda vəfat et-
mişdir.
Dostları ilə paylaş: