Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə129/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   125   126   127   128   129   130   131   132   ...   484
Xanımana Əlibəyli   
1920-2007
20
Ə d ə b i y y a t 
Əsərləri: 2 cilddə 
/X.Əlibəyli; tərt.ed. 
G.Abdullabəyli.- Bakı: 
Avrasiya Press, 2008.-
C.I.- 240 s.; C.II.- 240 s. 
Mərcanqulu əfsanəsi: 
[məktəb yaşına çat-
mamış uşaqlar üçün] 
/X.Əlibəyli; red. 
Məmməd Namaz; 
[rəssam. Z.Abbasov].-
Bakı: Gənclik, 1990.- 40 
s.
Axundova, Ş. Axı-
ram ürəklərə [Not] 
/Ş.Axundova; söz. 
X.Əlibəyli. Bakı, 2006.-  
7 s. 
Mən öləndə deməyin 
uşaqlara (Şairə Xanı-
mana Əlibəyli ilə söhbət 
//İsabəyli Q. Bu şəhər 
mənə göz dağı olub.-
Bakı, 2011.- S.21-24.
Uşaq ədəbiyyatının unu-
dulmaz imzası-Xanımana 
Əlibəyli: Hərbi hospita-
lın həkimi... //Azadlıq.-
2012.- 18 dekabr.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
95 
illiyi
Şairə
Milli ədəbiyyat


101
210 
illiyi
Andersen Hans Kristian 
1805-1875
Hans Kristian Andersen 1805-ci il 
aprel ayının 2-də Danimarkanın Fyun 
adasının Odense şəhərində anadan ol-
muşdur. 
Kasıb bir ailədə doğulmuş Hans ki-
çik yaşlarından pyeslər yazmışdır. İlk 
şeirləri 1826-1827-ci illərdə nəşr olun-
muşdur. Əsl ədəbi fəaliyyətə “Holmen 
kanalından Amager adasının Şərq bur-
nuna qədər piyada səyahət” (1829) 
əsəri ilə başlamışdır. “İmprovizator” 
(1835), “Yalnız skripka çalan” (1837) 
romanlarında xalq içərisindən çıxmış 
istedadlı adamların acınacaqlı tale-
yi təsvir edilmişdir. “Mulat” (1840) 
pyesi irqi bərabərsizlik  əleyhinə 
yönəldilmişdir. Lakin Andersen dün-
ya ədəbiyyatında uşaqlar üçün yazdığı 
nağılları ilə şöhrət qazanmışdır. 
XIX  əsrin 30-cu illərin  ikinci ya-
rısından başlayaraq “Uşaq nağılları” 
(1835-1837), “Yeni nağıllar” (1845-
1848), “Rəvayətlər” (1852-1853) ki-
tablarını nəşr etdirmişdir. 
Andersenin demokratik, humanist 
dünyagörüşü nağıllarında daha dol-
ğun  əks olunmuşdur. Onun “Uşaqla-
ra söylənilmiş nağıllar” kitabını oxu-
yan dünyanın görkəmli  fizik alimi 
H.K.Ersted heyranlıqla qəti sözünü 
beləcə ifadə etmişdi: “İmprovizator” 
sizi məşhurlaşdırdı, nağıllar isə adınızı 
əbədiləşdirəcəkdir!”. 
Andersen “Çirkin ördək balası”nda 
əsl istedadın bütün maneələri dəf 
edərək, özünə yol açacağı fikrini irəli 
sürmüş, “Bülbül” nağılında isə həqiqi 
sənəti süni gözəlliyə qarşı qoymuşdur. 
“Dəyanətli qalay əsgərcik”, “Qar krali-
ça” və s. nağıllarda sadə, yoxsul adam-
ların mənəvi zənginliyindən danışılır. 
“Noxud üzərində yatan şahzadə  qız”, 
“Donuzotaran” nağıllarında aristokra-
tiya nümayəndələrinin xudpəsəndliyi, 
zövqsüzlüyü və  şıltaqlığı  təsvir olu-
nur. 
Dünyanın bir sıra ölkələrinə, o 
cümlədən Fransa, Almaniya, Çexiya, 
Polşa,  İtaliya,  İsveç,  İsveçrə, Afrika, 
Serbiya, Rumıniya, Macarıstan, Avs-
triyaya olan səfərləri A.K.Andersenin 
dünyabaxışına, mənəvi zənginliyinə 
yeni dəyərlər gətirmişdi. Hans Kris-
tian uşaq psixologiyasını  dərindən 
duymuş və incəlikləri ilə əks etdirmiş-
dir. Onun nağılları böyüklər üçün də 
ibrətamizdir. 
Andersen folklordan yaradıcılıqla 
istifadə etmişdir. Dinamik süjet, danı-
şıq dilinin sadəliyi və canlılığı, dərin 
emosionallıq, incə yumor nağılların 
xarakterik xüsusiyyətidir. 
Yazıçının  əsərləri bir çox dilə, o 
cümlədən Azərbaycan dilinə  tərcümə 
olunmuşdur. 
Danimarkanın nağıl şahzadəsi Hans 
Kristian Andersen 1875-ci il avqustun 
4-də Kopenhagendə vəfat etmişdir. 
1975-ci ildə Ümumdünya Sülh 
Şurasının qərarı ilə anadan olmasının 
170 və vəfatının 100 illik yubileyi ke-
çirilmişdir. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin