Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə185/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   181   182   183   184   185   186   187   188   ...   484
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
27
Milli Qəhrəman


144
Milli Qəhrəmanlar 
55 
illiyi
Yevgeni Karlov 
1960-1992 
MA
Y
Yevgeni Nikolayeviç Karlov 1960-
cı il may ayının 31-də Tula vilayətinin 
Dubovka qəsəbəsində anadan olmuş-
dur. Orta təhsilini doğma yurdunda al-
mış, 1977-ci il avqust ayının 1-də Uzlov 
rayon Hərbi Komissarlığı  tərəfindən 
ordu sıralarına çağırılmışdır. Y.Karlov 
ordudan tərxis edildikdən sonra Sız-
ran Ali Hərbi Təyyarəçilər Məktəbinə 
daxil olmuşdur. 1984-cü ildə təhsilini 
başa vurub təlimatçı-təyyarəçi kimi 
çalışmağa başlamışdır. Öz peşəsinin 
vurğunu olan Yevgeni Azərbaycan 
Respublikası Silahlı Qüvvələri yaran-
dığı vaxt burada xidmət etməyi qərara 
almışdır. O, əvvəlcə Səngəçalda, son-
ra isə Bakıdakı “N” saylı hərbi hissədə 
təlimatçı pilot işləmişdir.
Milliyyətcə rus olmasına bax-
mayaraq, ermənilərin Azərbaycana 
qarşı elan olunmamış müharibəsi 
onu da hiddətləndirdiyindən bu ağır 
günlərdə Azərbaycan xalqına ba-
cardığı  hər cür köməyi göstərməyə 
çalışmışdır. O, xidmət etdiyi hərbi 
hissənin tərkibində  dəfələrlə  Ağdam, 
Ağdərə, Füzuli bölgələrində gedən 
ağır döyüşlərdə  iştirak etmiş, igidlik 
nümunələri göstərmişdir. 1992-ci il 
aprel ayının 11-i kapitan Yevgeni Kar-
lovun həyatının ən faciəli və son günü 
oldu. O, Füzuli istiqamətində gedən 
döyüşlərdə  qəhrəmancasına həlak ol-
muşdur.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Preziden-
tinin 7 iyun 1992-ci il tarixli 833 saylı 
Fərmanı ilə Karlov Yevgeni Nikolaye-
viç “Azərbaycanın Milli Qəhrəmanı” 
fəxri adına layiq görülmüşdür.
Doğulduğu Dubovka qəsəbəsində 
dəfn edilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin