Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə212/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   208   209   210   211   212   213   214   215   ...   484
Ə d ə b i y y a t
Ələsgərov Süleyman 
Ağababa oğlu //Cəlil 
Məmmədquluzadə Ensiklo-
pediyası.- Bakı: Şərq-
Qərb, 2008.- S.96.
Rəhimli, İ. Süleyman 
Ələsgərov /İ.Rəhimli          
//Azərbaycan teatr tarixi.- 
Bakı, 2005.- S.743-745.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.mugamradio.az
20
Aktyor
Teatr.Kino


167
90 
illiyi
Gülcahan Güləhmədova-
Martınova
1925
İYUN
Gülcahan 
Şüaulla qızı 
Güləhmədova-Martınova 1925-ci 
il iyun ayının 23-də Bakı şəhərində, 
həkim ailəsində anadan olmuş-
dur. Atası “xalq düşməni” adı ilə 
həbs olunmuş  və sürgün edilmiş-
dir. Gənclik illəri Böyük Vətən 
müharibəsi dövrünə təsadüf etmiş, 
o anası ilə birgə hərbi qospitallarda 
işləməyə başlamış, fəhlə gənclərin 
gecə  məktəbində -132 saylı orta 
məktəbdə  təhsil almışdır. Orta 
təhsilini bitirdikdən sonra Sənaye 
və Tibb İnstitutlarına qəbul olun-
sa da, təhsilini yarımçıq qoyaraq 
Bakı Teatr İnstitutuna daxil olmuş, 
1951-ci ildə oranın birinci rejissor 
kursunu bitirmişdir. SSRİ Xalq ar-
tisti Mehdi Məmmədovun tələbəsi 
olmuşdur.  İlk qadın-rejissordur.  
Təyinatla Səməd Vurğun adına Rus 
Dram Teatrında işləməyə başlamış-
dır. 30 il ərzində bu teatrda rejissor 
və quruluşçu rejissor işləmişdir. 
Teatrın səhnəsində onlarla milli 
və dünya ədəbiyyatı nümunələrini 
səhnəyə qoymuşdur. 
1982-ci ildən Bakı Musiqi Aka-
demiyasının  Ş.Məmmədova adına 
Opera studiyasında baş rejissor 
işləməyə başlamışdır.  
Tələbələri arasında “Qran-pri” 
laureatı, La Skala teatrının solisti, 
çoxsaylı musabiqələrin laureatları 
və diplomantları, xalq və əməkdar 
artistləri, Respublika və xarici ope-
ra teatrlarının (Almaniya, Türkiyə, 
Misir, Fransa, Boliviya) solistləri 
vardır. 
Onun tərəfindən ümumilikdə 
70-dək  əsər tamaşaya qoyulmuş-
dur. 1987-ci ildə lentə alınan  İl-
yas  Əfəndiyevin “Sən həmişə 
mənimləsən” televiziya tamaşası-
nın quruluşçu rejissoru olmuşdur.   
Gülcahan Güləhmədova-
Martınovanın yaradıcı  fəaliyyəti 
dövlət tərəfindən yüksək 
qiymətləndirilmişdir. 1972-ci ildə 
“Komandorun addımları” tamaşa-
sına görə Respublika Dövlət mü-
kafatına, 1981-ci ildə Azərbaycan 
Respublikasının “Xalq artisti” fəxri 
adına layiq görülmüşdür. “Şərəf ni-
şanı” ordeni ilə təltif edilmişdir.
Hazırda Bakı Musiqi Akademi-
yasının professorudur. Prezident 
təqaüdçüsüdür. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin