Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə217/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   213   214   215   216   217   218   219   220   ...   484
İ n t e r n e t d ə
www.anl.az 
www.az.wikipedia.org
www.milliqahraman.az 
www.zengilan.com
2
Milli Qəhrəman


171
Milli Qəhrəmanlar
50 
illiyi
Rövşən Əkbərov
1965
İYUN
Rövşən Telman oğlu Əkbərov 1965-
ci il iyun ayının 4-də Bakı  şəhərində 
dünyaya gəlmişdir. 
1972-ci ildə 42 saylı orta məktəbin 
birinci sinfinə getmiş, səkkizinci sinfə 
qədər burada təhsil almışdır. 
1979-cu ildə C.Naxçıvanski adına 
Hərbi Məktəbə daxil olmuş, 1982-
ci ildə  təhsilini başa vurmuşdur. 
Sonra isə Kiyev Ali Ümumqoşun 
Komandirlər Məktəbinə daxil olmuş 
və oranı  fərqlənmə diplomu ilə bitir-
mişdir. 1986-cı ildə təyinatla Zaqafqa-
ziya Hərbi Dairəsi Komandanlığının 
sərəncamına göndərilmişdir. 1987-ci 
ildə xidmət etdiyi ordunun tərkibində 
Əfqanıstana göndərilmiş, 1988-ci ildə 
yenidən öz iş yerinə qayıtmışdır. 1989-
cu ildə xidmət etdiyi alayda bölük ko-
mandiri vəzifəsinə  təyin edilmişdir. 
1990-92-ci illərdə Beyləqan rayonun-
da hərbi komissarın köməkçisi, sob-
ra Azərbaycan Silahlı Qüvvələrinin 
tərkibində müxtəlif vəzifələrdə çalış-
mışdır.
1993-1995-ci illərdə motoatıcı bri-
qadanın komandiri vəzifəsində çalış-
mışdır. Müxtəlif vəzifələrdə  işləyən 
R.Əkbərov 1998-ci ildə Ordu korpusu 
komandiri vəzifəsinə  təyin edilərək 
general-leytenant rütbəsinə  qədər 
yüksəlmişdir. Rövşən  Əkbərov 1999-
cu ildə Bakı Ali Dənizçilik Məktəbinin, 
2002-ci ildə isə Ukrayna Hərbi Akade-
miyasının müdavimi olmuşdur.
Azərbaycanın  ərazi bütovlüyünün 
qorunub saxlanmasında göstərdiyi 
igidliyə görə iki dəfə “Azərbaycan 
Bayrağı” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezi-
dentinin 5 oktyabr 1994-cü il tarixli 
215 saylı Fərmanı ilə Əkbərov Rövşən 
Telman oğlu “Azərbaycanın Milli 
Qəhrəmanı” adına layiq görülmüşdür.
2002-ci ildən general-leytenantdır. 
2011-ci ilin fevralında Şəmkir korpu-
sunun komandiri təyin olunmuşdur.
Ailəlidir, dörd övladı var.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin