235
4
Tarixdə bu gün
Azərbaycan Əlifbası və Azərbaycan
Dili Günü
2001
AV
Q
U
S
T
1 avqust ölkəmizdə ən əziz
günlərdən biri kimi qeyd olunur. Çünki
milli varlığımızın əsas atributlarından
olan Ana dilimizlə bağlıdır. Dil
millətin
simasını səciyyələndirən amillərdən
biri, onun milli sərvətidir. Millətin di-
linin dövlət dili statusuna yüksəlməsi
isə tarixi hadisə, milli dövlətçilik tari-
xinin qızıl səhifəsidir. Ulu öndər milli-
mənəvi dəyərlərimizin ən qiymətlisi
və bir millət kimi milli varlığımızın
rəmzi olan Azərbaycan dilinin saflaş-
dırılması və inkişafı istiqamətində çox
mühüm addımlar atmışdır. Ölkəmizdə
Azərbaycan dilinin hərtərəfli inkişa-
fı,
işlək dilə çevrilməsi, beynəlxalq
münasibətlər sisteminə yol tapması
Ana dilimizin gözəl bilicisi, mahir
natiq, ulu öndər Heydər Əliyevin di-
lin qorunmasına yönələn düşünülmüş
siyasətinin nəticəsidir.
Azərbaycan SSR-in 1978-ci il
Konstitusiyasında
Azərbaycan dili-
nin dövlət dili kimi qəbul edilməsi isə
həmin dövr üçün əhəmiyyətli hadisə
idi. 1993-cü ildə Heydər Əliyevin
Azərbaycanda ikinci dəfə hakimiyyətə
qayıdışından sonra Azərbaycan dili
öz inkişafında
yeni mərhələyə qədəm
qoymuşdu. 1995-ci ildə ümumxalq
səsverməsi yolu ilə qəbul edilən
müstəqil dövlətimizin ilk Konstitusi-
yası ilə dövlət dilinin adı bərpa edildi.
Bu, ulu öndərin Ana dilimizə dəyişməz
mövqeyinin daha bir parlaq nümunəsi
olmuşdu.
Bundan
sonra hökumət səviy-
yəsində Ana dilinin inkişafı və qo-
runması istiqamətində əhəmiyyətli
sənədlər qəbul edilmişdi. “Dövlət dili
işinin təkmilləşdirilməsi haqqında” 18
iyun 2001-ci il tarixli Fərman, yeni
əlifbaya keçidin 2001-ci ilin avqustu-
na kimi ölkəmizdə bütünlüklə təmin
edilməsi ulu öndərin öz doğma dilinə
bağlılığını bir daha təsdiq etmişdi.
Ümummilli liderin 9 avqust 2001-
ci il tarixli Fərmanı ilə avqustun
1-i ölkəmizdə “Azərbaycan dili və
Azərbaycan əlifbası günü”
kimi qeyd
olunur. 2002-ci il 30 sentyabr tarixində
“Azərbaycan Respublikasında Dövlət
dili haqqında” Azərbaycan Respub-
likasının Qanununun qəbul edilməsi
Azərbaycan dilinin dövlət dili kimi
işlədilməsi,
onun tətbiqi, qorunması
və inkişaf etdirilməsi istiqamətində
daha bir addımdır. Bu ənənələri ölkə
Prezidenti İlham Əliyev uğurla da-
vam etdirməkdədir. Dövlət başçı-
sının müxtəlif vaxtlarda imzaladığı
“Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında” və “Azərbaycan Milli en-
siklopediyasının hazırlanması haqqın-
da” Sərəncamları və bu istiqamətdə
görülən işlər də dilimizin inkişafına
böyük qayğının təzahürüdür.
Dostları ilə paylaş: