65
Milli ədəbiyyat
105
illiyi
Sabit Rəhman
1910-1970
MART
Sabit Kərim oğlu Mahmudov (Sabit
Rəhman) 1910-cu il mart ayının 26-da
Nuxa (indiki Şəki) şəhərində anadan ol-
muşdur.
İbtidai təhsilini Şəkidə almış, 1926-
cı ildə isə Bakı Müəllimlər Seminariya-
sını bitirmişdir. O,
üç il Şəki şəhərində
müəllim işlədikdən sonra Bakı Ali Pe-
daqoji İnstitutunda təhsilini davam et-
dirmişdir.
1936-1937-ci illərdə Moskvada
Ümumittifaq Kinematoqrafiya İnstitu-
tunun ssenari kurslarında oxumuşdur.
Bir müddət Azərbaycan dram teatrın-
da ədəbi işçi, İncəsənət
idarəsi sədrinin
müavini vəzifəsində işləmişdi.
Ədəbi fəaliyyətə 1926-1927-ci illər-
də “Molla Nəsrəddin” jurnalında dərc
etdirdiyi felyetonlarla başlamışdır.
Sabit Rəhmanın yaradıcılığı çoxcə-
hətlidir. O bir çox hekayə, povest, ro-
man,
komediya, ssenari, libretto, bədii
oçerk müəllifidir.
Onun şeirləri,
satirik hekayə və fel-
yetonları o zamankı qəzet və jurnallar-
da (“Gənc işçi”qəzetində, Şəkidə nəşr
olunan “Qızıl qələm” jurnalında) dərc
olunurdu.
İlk hekayələr məcmuəsi - “Pozğun”
1931-ci ildə dərc olunmuşdur.
S.Rəhman Azərbaycan Sovet kome-
diyasının banilərindəndir. Azərbaycan
ədəbiyyatında bu janrın
estetik
tələblərinə cavab verən ilk əsər olan
“Toy” (1937) satirik komediyasında
inkişafa, tərəqqiyə mane olan cəhətlər,
bürokratizm, lovğalıq
kimi eyiblər
Kərəmov surətində ümumiləşdirilmişdir.
Onun ssenariləri üzrə “Arşın mal alan”,
“Məşədi İbad”, “Koroğlu”, “Əhməd
haradadır?” kinofilmləri çəkilmişdir.
“Ulduz”, “Hicran” musiqili komediya-
larının və “Yeddi gözəl” baletinin lib-
rettolarını Sabit Rəhman yazmışdır.
Sabit Rəhman 1943-cü ildə
“Azərbaycan
SSR Əməkdar incəsənət
xadimi” fəxri adına layiq görülmüş, iki
dəfə “Qırmızı Əmək Bayrağı” ordeni və
medallarla təltif olunmuşdur.
Sabit Rəhman 1970-ci il dekabr ayı-
nın 5-də Bakıda vəfat etmişdir.
Şəki Dram Teatrı Sabit Rəhmanın
adını daşıyır. Onun
doğulub boya-başa
çatdığı evdə, Şəki şəhərində ev-muzeyi
təşkil edilmişdir.
Bakı
və
Şəki
şəhərlərindəki
küçələrdən biri dramaturqun adını da-
şıyır.
Dostları ilə paylaş: