Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə28/74
tarix05.03.2017
ölçüsü6,03 Mb.
#10065
1   ...   24   25   26   27   28   29   30   31   ...   74

Milli Qəhrəmanlar

Azərbaycanın  Milli  Qəhrəmanı  Paşayev  Baxşeyiş  Xanəhməd  oğlunun 

(01.05.1936-12.07.1992) anadan olmasının 80 illiyi

Azərbaycanın Milli Qəhrəmanı Əliyev İlham Müzəffər oğlunun (05.05.1961-

19.08.1990) anadan olmasının 55 illiyi

Azərbaycanın  Milli  Qəhrəmanı  Yəhyayev  Elşad  Məmmədhənifə  oğlunun 

(05.05.1966-20.06.1992) anadan olmasının 50 illiyi

Azərbaycanın Milli Qəhrəmanı Həsənov İlham Gülbala oğlunun (06.05.1976-

17.03.1995) anadan olmasının 40 illiyi

Siyasət.Hüquq.Hərbi iş

General-mayor Abbasov Akim Əli oğlunun (25.05.1911-29.02.1992) anadan 

olmasının 105 illiyi

Tarix

Tarix elmləri doktoru, professor Şükürov Kərim Kərəm oğlunun (10.05.1956) 

anadan olmasının 60 illiyi

İran tarixçisi Qumi Qazi Əhmədin (18.05.1546-1606) anadan olmasının 470 

illiyi

Fəlsəfə.İqtisadiyyat

Əməkdar  elm  xadimi,  fəlsəfə  elmləri  doktoru,  professor Ağamirov  Midhət 

Mirmusa oğlunun (15.05.1921-1995) anadan olmasının 95 illiyi

Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Qasımov Mehbalı Məhəmməd 

oğlunun (18.05.1906-07.1963) anadan olmasının 110 illiyi

Mədəniyyət.Maarif.Təhsil

Akademik Hacıyev Tofiq İsmayıl oğlunun (01.05.1936) anadan olmasının 80 

illiyi

Azərbaycanın ilk fizika alimi, tanınmış publisist və teatrşünas, milli ali təhsil 



qurucularından biri Məlikov Rəhim bəy Mehrəli bəy oğlunun (02.05.1886-

23.02.1936) anadan olmasının 130 illiyi

İlk  maarifçi  qadınlardan  biri  Məlikova-Abayeva  Hənifə  xanım  Aslanbəy 

qızının (05.05.1856-1929) anadan olmasının 160 illiyi

Teatrşünas,  sənətşünaslıq  doktoru,  professor  Allahverdiyev  Mahmud  Qara 

oğlunun (15.05.1931-02.12.1999) anadan olmasının 85 illiyi 

Filologiya  elmləri  doktoru  Hüseynov Akif  Məmməd  oğlunun  (26.05.1941) 

anadan olmasının 75 illiyi

Xalq artisti Sənani Ofeliya Hacağa qızının (26.5.1941) anadan olmasının 75 

illiyi


İdman

Basketbolçu,  idman  ustası  Məmmədyarov  Əliyar  Müslüm  oğlunun 

(11.05.1936-26.02.1970) anadan olmasının 80 illiyi

181


179

177


180

171


173

172


174

175


178

182


183

176


158

184


Riyaziyyat.Fizika.Astronomiya

Fizika-riyaziyyat elmləri doktoru, professor Mehdiyeva Səlimə İbrahim qızının 

(21.05.1941) anadan olmasının 75 illiyi

Fizika-riyaziyyat  elmləri  doktoru,  professor  Axundov  Məhəmməd  Bağır 

oğlunun (24.05.1951) anadan olmasının 65 illiyi

Akademik  Hacıyev  Asəf  Hacı  oğlunun  (29.05.1951)  anadan  olmasının  65 

illiyi 

Kimya.Biologiya.Tibb

Akademik Abdullayev Cahangir Məmməd oğlunun (01.05.1901-04.01.1973) 

anadan olmasının 115 illiyi

AMEA-nın  müxbir  üzvü  Qurbanov  Maqsud  Rüstəm  oğlunun  (09.05.1941) 

anadan olmasının 75 illiyi 

Akademik Axundov Vəli Yusif oğlunun (14.05.1916-1986) anadan olmasının 

100 illiyi

Biologiya elmləri doktoru Allahverdiyev Surxay Rəhim oğlunun (21.05.1941) 

anadan olmasının 75 illiyi

Əməkdar  ixtiraçı  Məmmədov  Məmmədağa  Əhməd  oğlunun  (30.05.1926-

23.01.1971) anadan olmasının 90 illiyi

Texnika.Mühəndis işi

AMEA-nın  müxbir  üzvü  Əfəndiyev  Qalib  Məmməd  oğlunun  (09.05.1946) 

anadan olmasının 70 illiyi

Tarixdə bu gün

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü (03.05.1993)

Əlillərin hüquqlarının müdafiəsi Günü (05.05.1992) 

İnsan Alverinə Qarşı Mübarizə Günü (06. 05.2009)

Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günü (08.05.1953)

Şuşa rayonunun işğalı günü (08.05.1992)

Faşizm Üzərində Qələbə Günü (09.05.1945)

Bеynəlxalq Ailə Günü (15.05.1994)

Ümumdünya İnformasiya Cəmiyyəti Günü (17.05.2006)



Laçın rayonunun işğalı günü (17-18.05.1992)

Bеynəlxalq Muzеylər Günü (18.05.1977)

Ümumdünya Metrologiya Günü (20.05.1875)Ümumdünya “Dialoq və 

İnkişaf üçün Mədəni Müxtəliflik” Günü (21.05.2001) 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Əməkdaşlarının Peşə Bayramı Günü 

(23.05.2007)

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının (25.05.1936) 

yaradılmasının 80 illiyi

Rеspublika Günü (28.05.1918)

Ümumdünya Tütünlə Mübarizə Günü (31.05.1987)

Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya 

imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. Dumaya beş azərbaycanlı 

deputat seçilib (31.05.1906)

186


185

189


188

187


159

Milli ədəbiyyat

Yazıçı

Eynəli bəy Sultanov 

1866-1935 

  MA

Y

5

Ə d ə b i y y a t

Seçilmiş hekayələri 

/E.Sultanov.- 

Bakı:Azərnəşr, 1966.-

146 s.

Eynəli bəy Sultanov: 

taleyi və sənəti /elmi 

red. İ.Həbibbəyli; red. 

E.Yurdoğlu.- Bakı: Elm 

və təhsil, 2011.-239 s

Ədəbiyyat və teatrda 

silinməyən iz qoyan 

maarifçi ziyalı: Dəyərli 

qələm sahibi Eynəli bəy 

Sultanov //Azadlıq.- 

2013.- 2 iyun.- S.14.

Məmmədov, E. Eynəli 

bəy Sultanovun bədii 

yaradıcılığında şifahi 

xalq şeiri /E.Məmmədov 

//AMEA Naxçıvan 

Bölməsinin Xəbərləri. 

İctimai və humanitar 

elmlər seriyası.-2014.- 

№1.- S.194-202.

Yurdoğlu, E. Azərbaycan 

folklorşünaslıq elmi və 

Eynəli bəy Sultanovun 

folklorşünaslıq görüşləri 

/E. Yurdoğlu //AMEA-nın 

Naxçıvan bölməsinin 

xəbərləri:İctimai və 

humanitar elmlər 

seriyası.-2014.- C.10.- № 

1.- S.237-244.

       

Eynəli  bəy  Çölbəyi  oğlu  Sultanov 

(Eynəli bəy Sultan) 1866-cı il may ayı-

nın  5-də  (bəzi  mənbələrdə  1862/1863) 

Naxçıvan şəhərində anadan olmuşdur.

Bəzi  mənbələrdə    təhsil  aldığı  yer 

qeyri-dəqiq göstərilsə də, akademik İsa 

Həbibbəylinin  apardığı  tədqiqatlarda 

onun  1880-1886-cı  illərdə  İrəvan  kişi 

gimnaziyasında  təhsil  aldığı  göstərilir. 

E.Sultanov  qabaqcıl  rus  və  Avropa 

mədəniyyətini  dərindən  mənimsəmiş 

və  XIX  əsrin  80-ci  illərindən  Naxçı-

vanda maarif və mədəniyyət sahəsində 

fəaliyyət göstərmişdir. Onun təşəbbüsü 

və  rəhbərliyi  ilə  Naxçıvan  şəhərində 

“Ziyalı  məclisi”  (bəzi  mənbələrdə 

“Ziyalılar  məclisi”),  Naxçıvan  teat-

rının  təməlini  qoyan  “Müsəlman  şiə 

incəsənəti  və  dram  cəmiyyəti”  (bəzi 

mənbələrdə  “Müsəlman  incəsənəti  və 

dram  cəmiyyəti”)  təşkil  edilmiş,  tama-

şalar göstərilmişdir. Eynəli bəy ilk dəfə 

olaraq 1883-cü il may ayında Hacı Nəcəf 

Zeynalovun  evində  M.F.Axundzadənin 

“Müsyo  Jordan  və  dərviş  Məstəli  şah” 

əsərini tamaşaya hazırlamışdır.

Onun  “Ziyalı  məclisi”ndə  Naxçı-

vanın  tanınmış  sənət  adamları,  savadlı 

gənclər bir araya yığışaraq bölgənin ma-

arif cəhətdən inkişafına dair müzakirələr 

aparır, nəcib və xeyirxah işlər görürdülər. 

Bu  insanlar  sonralar  öz  yaradıcılıqla-

rı  ilə  Azərbaycanın  tanınmış  ziyalıları 

kimi ad qazandılar.

1892-ci  ildə  Naxçıvanda  yaxın  dos-

tu  Əsəd  ağa  Kəngərli  ilə  birlikdə  gizli 

mətbəə təşkil edərək müxtəlif məzmunlu 

bəyannamələr  çap  etdirmişdir.  Lakin 

təqiblərə məruz qalan yazıçı Türkiyənin 

Qars  şəhərinə  getmiş,  dörd  ay  orada 

işlədikdən sonra yenidən Naxçıvana qa-

yıtmışdır.

XIX  əsrin  80-ci  illərindən  başla-

yaraq  Eynəli  bəy  bir  çox  qəzet,  jurnal 

və  məcmuələrdə  müxtəlif  mövzular-

da yazılar dərc etdirmiş və ictimaiyyət 

arasında  peşəkar  publisist  kimi  tanın-

mışdır.  1905-1908-ci  illərdə  “Kaspi” 

qəzetinin  İrəvan  və  Naxçıvan  üzrə  xü-

susi  müxbiri,  Tiflisdə  yaşadığı  illərdə 

isə  bir  çox  mətbuat  orqanlarının,  o 

cümlədən “Molla Nəsrəddin” jurnalının 

ən mükəmməl yazarlarından biri olmuş-

dur. Öz hekayələrində, eləcə də “Tatar-

ka” (“Azərbaycan qızı” 1884) pyesində 

hakim siniflərin özbaşınalığını, dini fa-

natizmi,  qadın  hüquqsuzluğunu  kəskin 

tənqid etmişdir.

Din  xadimlərinin  və  hökumət 

dairələrinin ciddi təqiblərinə rast gələn 

Eynəli  bəy  Tiflis  şəhərinə  köçmüş  və 

ömrünün  sonuna  qədər  orada  “Sumba-

tov”  (hazırda  M.F.Axundzadə  küçəsi) 

küçəsindəki  11  saylı  mənzildə  yaşa-

mışdır.  Uzun  müddət Tiflisdə  fəaliyyət 

göstərən  qadın  gimnaziyasında  rus 

dili  dərslərini  tədris  etmiş,  sonralar  isə 

ana  dili  müəllimi  və  sinif  nəzarətçisi 

vəzifəsində çalışmışdır.

Eynəli bəy Sultanov 1935-ci il may 

ayının 6-da Tiflis şəhərində vəfat etmiş-

dir.

150 

illiyi


160

Milli ədəbiyyat

MA

Y

10

Əhmədağa Əkbər oğlu (bəzi mənbə-

lərdə  Ələkbər)  Qurbanov  (Əhmədağa 

Muğanlı)  1926-cı  il  may  ayının  10-da 

Biləsuvar rayonunda anadan olmuşdur.   

Orta məktəbin 10-cu sinfində oxuyarkən 

Böyük Vətən müharibəsi zamanı hərbi 

xidmətə  çağırılmış,  1944-1946-cı 

illərdə ordu sıralarında xidmət etmişdir. 

Ordudan  tərxis  olunduqdan  sonra  orta 

məktəbi gümüş medalla bitirmişdir.

Əhmədağa  Muğanlı  1947-ci  ildə 

Azərbaycan Dövlət Universitetinin (in-

diki  BDU)  filologiya  fakültəsinə  daxil 

olmuş,  1952-ci  ildə  həmin  fakültəni 

müvəffəqiyyətlə  bitirmişdir.  Əmək 

fəaliyyətinə  Biləsuvar  rayonunun 

Bəyunlu kənd məktəbində müəllimliklə 

başlamış,  sonralar  “Bakı  kommunisti” 

qəzeti  redaksiyasında  ədəbi  işçi  kimi 

çalışmışdır.

Ədəbi fəaliyyətə 1951-ci ildə “İnqilab 

və mədəniyyət” jurnalında dərc olunan 

“Biz qol çəkirik ki...” hekayəsi ilə baş-

lamış, dövri mətbuatda müntəzəm ola-

raq yazıları getmişdir. “Vicdan” (1959), 

“Şəhriyar  əfsanəsi”  (1973),  “Şikəstə” 

(1979), “Gecikmiş etiraf” (1991) və s. 

əsərləri çap olunmuşdur.

1953-cü  ildən  C.Cabbarlı  adına 

“Azərbaycanfilm” 

kinostudiyasında 

Sənədli-xronikal və elmi-kütləvi filmlər 

şöbəsinin  baş  redaktoru  vəzifəsində 

işləmişdir. 1962-ci ildə Azərbaycan Ya-

zıçılar  Birliyinin  və  Kinematoqrafçılar 

Birliyinin üzvü seçilmişdir. 20-yə yaxın 

sənədli  filmin  -  “Alagöz  yaylağında” 

(1955), “Nizami” (1959), “Sabir” (1962) 

“Muğanın  dastanı”  (1968),  “Çobanba-

yatı” (1972), “Mən sərhədçiyəm” (1976) 

və s. filmlərin ssenari müəllifidir.

Onun  ssenariləri  əsasında  “Dağlar-

da  döyüş”  (1968),  “Od  içində  vahə” 

(1982),  “Qocalar...,  qocalar”  (1982), 

“Doğma sahillər” (1988) bədii filmləri 

çəkilmişdir.

1985-ci ildə (bəzi mənbələrdə 1983-

cü il) Xalq şairi S.Rüstəmlə birgə sse-

narisi əsasında çəkilmiş xalq qəhrəmanı 

Qaçaq  Nəbidən  bəhs  edən  “Atları 

yəhərləyin” filmi nəinki Azərbaycanda, 

həm  də  respublikadan  kənarda  da  bö-

yük uğur qazanmış, 1986-cı ildə filmin 

yaradıcı qrupu, o cümlədən Əhmədağa 

Muğanlı Azərbaycan Dövlət  mükafatı 

laureatı adına layiq görülmüşdür.

Görkəmli  yazıçı  ictimai  fəaliyyətlə 

də məşğul olmuş, 1969-1971-ci illərdə 

Oktyabr  (indiki  Yasamal)  rayon  Xalq 

deputatlar  Sovetinin  deputatı  seçilmiş-

dir.


Azərbaycan  ədəbiyyatı  və  kino 

tarixində xidmətlərinə görə 9 SSRİ me-

dalı  və  SSRİ  Dövlət  Kinematoqrafiya 

Komitəsinin  Fəxri  fərmanı,  “SSRİ-nin 

əlaçı  kinematoqrafçısı”,  “Sərhəd  qo-

şunları  əlaçısı”  döş  nişanları  ilə  təltif 

olunmuş,  1991-ci  ildə  isə  “Əməkdar 

mədəniyyət işçisi” fəxri adına layiq gö-

rülmüşdür. 

Əhmədağa  Muğanlı  2001-ci  il  av-

qust  ayının  4-də  Bakı  şəhərində  vəfat 

etmişdir.



Ə d ə b i y y a t

Dağ dağa söykənər /Ə. 

Qurbanov.- Bakı: Gənclik, 

1996.- 224 s.

Gecikmiş etiraf: povestlər 

/Ə.Muğanlı; red. 

S.Məsiyev.-Bakı: Yazıçı, 

1991.- 328 s.

Ömürdən yeddi yarpaq: 

hekayələr və povestlər 

/Ə.Muğanlı.- Bakı: Yazıçı, 

1984.- 281 s.

Alarlı, B. Əhmədağa 

Muğanlının “Şəhriyar 

əfsanəsi” poves-

ti...: Əsərdə qədim 

qəhrəmanlıq 

səhifələrindən söhbət 

açılır /B.Alarlı //Xalq 

cəbhəsi.-2015.- 5 may.- 

S.14.

Fərəcov, S. Əhmədağa 

Muğanlını yaşadan 

kino lentləri /S.Fərəcov           

//Mədəniyyət.-2013.- 2 

avqust.- S. 15.

Kazımzadə, A. Ömrünü 

milli kinomuza həsr edən 

sənətkar: Əhmədağa Mu-

ğanlı - 85 /A.Kazımzadə  

//Mədəniyyət.- 2011.- 3 

iyun.- S.11.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

Əhmədağa Muğanlı 

1926-2001 

90 

illiyi

Nasir

161

Milli ədəbiyyat

Sabir Rüstəmxanlı

1946   

M

AY

Sabir Xudu oğlu Rüstəmxanlı 1946-cı 

il may ayının 20-də Yardımlı rayonunun 

Hamarkənd kəndində anadan olmuşdur. 

Onbirillik  məktəbi  bitirdikdən  sonra 

1963-1968-ci  illərdə  ADU-nun  (indiki 

BDU)  filologiya  fakültəsində  təhsil  al-

mışdır. On bir yaşında yazdığı “Kəndim” 

adlı ilk şeiri 1957-ci ildə “Yeni kənd” ra-

yon qəzetində dərc edilmişdir. 1964-cü 

ildə  “Azərbaycan  gəncləri”  qəzetində 

çıxan  “Kənd  yolu”  şeiri  ilə  şair  ədəbi 

mühitə qədəm qoymuşdur.

1967-1978-ci 

 

illərdə 


əmək 

fəaliyyətinə  “Ədəbiyyat  və  incəsənət” 

qəzetində kiçik ədəbi işçi kimi başlamış, 

sonralar ədəbi işçi, xüsusi müxbir, teatr 

və  kino,  tənqid  və  ədəbiyyatşünaslıq 

şöbələrinin müdiri, 1978-1990-cı illərdə 

“Yazıçı” nəşriyyatında incəsənət redak-

siyasının  müdiri,  baş  redaktorun  müa-

vini və baş redaktor vəzifələrində çalış-

mışdır.


Sabir  Rüstəmxanlı  1976-cı  ildə 

“Molla  Nəsrəddin  və  folklor”  mövzu-

sunda dissertasiya müdafiə edərək filo-

logiya elmləri namizədi alimlik dərəcəsi 

almışdır. 1978-ci ildən Azərbaycan Ya-

zıçılar Birliyinin üzvüdür. 1991-ci ildən 

isə  Azərbaycan  Yazıçılar  Birliyinin 

katibliyinə seçilmişdir.

1989-1991-ci  illərdə  Müstəqil  de-

mokratik  mətbuatın  öncüllərindən  olan 

“Azərbaycan”  qəzetinin  təsisçisi  və 

baş  redaktoru  olmuşdur.  1990-cı  ildə 

Azərbaycan  Xalq  Cəbhəsindən  (AXC) 

Parlamentə  deputat  seçilmiş,  həmçinin 

Qaçqınlarla İş Üzrə Komissiyanın sədri 

vəzifəsində  çalışmışdır.  1991-ci  ildə 

Azərbaycan  Respublikası  Mətbuat  və 

İnformasiya  naziri  olmuş,  1995-ci  ildə 

keçirilən  parlament  seçkilərində  qalib 

gələrək həmin vəzifədən istefa vermiş-

dir. Sonra Milli Məclisin III və IV çağı-

rış deputatı seçilmişdir.

Sabir  Rüstəmxanlının  Azərbaycan 

ədəbiyyatının 

inkişafında, 

onun 


zənginləşməsində xidmətləri əvəzsizdir. 

Onun “Tanımaq istəsən” (şeirlər, 1970), 

“Sevgim,  sevincim”  (şeirlər,  1974), 

“Ömür kitabı” (publisistika, 1988), “Ata-

mın  ruhu”  (hekayə,  povest  və  pyeslər, 

2002), “Xətai yurdu” (roman, 2003) və 

başqa  kitabları  bu  gün  də  Azərbaycan 

oxucusunun  sevərək  oxuduğu  kitablar-

dır.      

1982-ci  ildə  Azərbaycan  kom-

somolu  mükafatı,  1989-cu  ildə  isə 

M.F.Axundzadə  adına  ədəbi  mükafatın 

laureatı olmuş, 1990-cı ildə Azərbaycan 

Jurnalistlər Birliyinin mükafatına, 1993-

cü ildə “Qızıl qələm” mükafatına layiq 

görülmüşdür. Azərbaycan ədəbiyyatının 

inkişafındakı xidmətlərinə görə 2005-ci 

ildə Xalq şairi fəxri adını almışdır.

Sabir Rüstəmxanlı “Müstəqillik yol-

larında” (1-ci  film,  2004),  “Baba  Dağ” 

(film,  2006),  “Payızın  17  anı”  (2007), 

“Zəlimxan dastanı” (2007), “Cavad xan” 

və s. bədii filmlərin ssenari müəllifidir. 

Əsərləri  dünya  xalqlarının  bir  çox 

dillərinə tərcümə olunmuşdur.

1992-ci  ildə  “Vətəndaş  həmrəyliyi” 

partiyasını yaratmış və bugünədək onun 

sədridir.



20

Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

/S.Rüstəmxanlı.- Bakı: 

Şərq-Qərb, 2004.-344 s.

Dərdə əyilmə: 

[publisistika] 

/S.Rüstəmxanlı.-[Bakı]: 

[Qanun], [2013].- 671 

s.

Ölüm zirvəsi: roman 

/S.Rüstəmxanlı.- Bakı: 

Qanun, 2013.-527 s.

Sunami: roman 

/S.Rüstəmxanlı.- Bakı: 

Qanun, 2011.- 180 s.

Bəşirov, S. Sabir 

Rüstəmxanlı: sərhədsiz 

ruhumuzun yolçu-

su: Portret cizgiləri 

/S.Bəşirov.- Bakı, 

2006.-228 s.

Xəyal, S. Sabir 

Rüstəmxanlı: yara-

dıcılığı əsasında: 

[kitab Xalq şairi Sabir 

Rüstəmxanlının 60 

illik yubileyinə ithaf 

olunur] /S. Xəyal; red. 

A.Musabəyli; ön söz 

müəl. F.Qaraoğlu.- 

Bakı: [MBM], 2012.- 

103 s.

İ n t e r n e t d ə

www.anl.azwww.

az.wikipedia.org

www.azyb.net

70 

illiyi

Şair

162

Folklor

Bəhmən Göyçəli

1901-1976  

M

AY

Bəhmən  İbrahim  oğlu  Qarayev 

(Aşıq Bəhmən Göyçəli) 1901-ci il may 

ayının 1-də Qərbi Azərbaycanın Göyçə 

mahalının  Nərimanlı  kəndində  ana-

dan  olmuşdur.  Uşaq  yaşlarından  ata-

sını  itirən  aşıq  yaradıcılığa  çox  erkən 

başlamışdır.  Onun  ilk  ustad  müəllimi 

Göyçə  aşıq  məktəbinə  yeni  bir  abu-

hava gətirənlərdən biri olan aşıq Xəstə 

Bayraməli olmuşdur. 

Aşıq  Bəhmən  Göyçəli  ustad 

müəllimin yaradıcılığından bəhrələnmiş 

və  qısa  zaman  kəsiyində    sənətə  olan 

tükənməz  marağı  sayəsində  kamil 

sənətkar kimi tanınmışdır. Aşıq şeirinin 

bütün janrlarında gözəl əsərlər yaratmış, 

70-ə qədər saz havası bəstələmişdir. 

Aşıq  Bəhmən  nəinki  Göyçə  maha-

lını,  eləcə  də  Azərbaycanın  kənd  və 

şəhərlərini gəzib-dolaşır, toy və bayram 

mərasimlərində  iştirak  edir,  saz  çalıb 

nəğmə, dastan qoşur, şeirləri ilə xalqın 

ruhunu oxşayırdı.

Azərbaycanlıların  öz  doğma  el-

obalarından qovulması Aşıq Bəhmənin 

yaradıcılığından da yan keçməmiş,  bu 

el faciəsini şeir, təcnislərində əks etdir-

mişdir.  Onun  “Başın  qara  dumanlıdı” 

təcnisində,  “Küsmə  məndən”  (Göyçə 

köçə-köçündə, 1948-ci il) adlı şeirində 

ermənilərin  azərbaycanlılara  qarşı  de-

portasiya  siyasəti  ifşa  edilir  və  xalqı 

mübariz olmağa səsləyirdi. 

1994-cü  ildə  “Elm”  nəşriyyatı 

tərəfindən  Aşıq  Bəhmən  Göyçəlinin  

“Vətən, küsmə məndən” kitabı işıq üzü 

görmüşdür.  Kitab  saz,  söz  sərrafının 

oğlu  Qaçay  Bəhmənoğlu  tərəfindən 

tərtib  edilmişdir.  130  səhifəlik  kitab-

da  Aşıq  Bəhmənin  şeirləri,  təcnisləri, 

gəraylıları, deyişmələri, iki dastanı top-

lanmışdır.

Bu gün də Aşıq Bəhmən Göyçəlinin 

adı el-obanın hafizəsində, el aşıqlarının 

sırasında hörmətlə çəkilir və yad edilir. 

Bəhmən  Qarayev  (Aşıq  Bəhmən 

Göyçəli)  1976-ci  il  noyabr  ayının  13-

də vəfat etmişdir.

26

1

Ə d ə b i y y a t

Vətən, küsmə məndən: şeirlər, təcnislər, gəraylılar, dəyişmələr, dastanlar /Bəhmən Göyçəli; tərt. ed. və topl. Q.Bəhmən oğlu.- 

Bakı: Elm, 1994.- 130 s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

115 

illiyi

Aşıq


163

Ə d ə b i y y a t

Asiyanın səsi: 

[şeirlər, poemalar] 

/M.Tursunzadə; tərc. 

ed. Q.Qasımzadə; 

[red. M.İbrahim].-

Bakı: Azərnəşr, 1964.-

106 s.

M.Tursunzadə            

//Azərbaycan Sovet 

Ensiklopediyası.10 

cilddə.- Bakı, 1986.-

C.9.- S.384-385.

Избранные 

произведения: 

в 2-х томах 

/М.Турсунзаде.-М.: 

Худож. литература, 

1985.

Вечный свет: 

стихотворения 

и поэмы 

/М.Турсунзаде.- M.: 

Худож. литература, 

1981.- 431 с.

Махмодшоев, 

Ш.Ш. Традиции 

классической 

литературы 

в творчестве 

Мирзо Турсунзаде: 

автореферат … 

канд.фил. наук.- 

Душанбе, 2000.- 35 

с.

www.anl.az

www.az.wikipedia.org

Dünya ədəbiyyatı 


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin