MA
Y
Mirzo Tursunzadə 1911-ci il may
ayının 2-də Tacikistan Respublikasının
Qaratağ kəndində anadan olmuşdur. İlk
təhsilini sovet məktəbində almış, 1925-ci
ildə pedaqoji texnikuma daxil olmuşdur.
1930-cu ildə Tacikistan Maarif İnstitutunu
bitirmişdir. Əmək fəaliyyətinə “Tacikistan
komsomolu” qəzetində başlamış, ümumi
şöbənin müdiri və qəzetin məsul katibi
vəzifələrində işləmişdir. A.S.Puşkin adı-
na Musiqili dram teatrında ədəbi hissənin
rəhbəri olmuşdur.
Yaradıcılığa gənc yaşlarında həvəs
göstərmiş, əsərlərini rus və tacik dillərində
yazmışdır. 1932-ci ildə kiçik hekayələri,
şeir və oçerkləri toplanmış ilk “Qələbə
bayrağı” məcmuəsi çapdan çıxmışdır. XX
əsrin 30-cu illərində “Hökm”, “Xosrov və
Şirin” poemalarını yazmış, Böyük Vətən
müharibəsi illərində isə folklor motivləri
əsasında “Tahir və Zöhrə” poemasını çap
etdirmişdir.
Ədibin ideya-bədii cəhətdən ən ka-
mil əsəri olan “Şeirlər” (1939) adlı ki-
tabında dünya müharibələrinin ağrı-
acıları ifadə olunmuş, xalqlar dostluğu
və vətənpərvərlik tərənnüm edilmişdir.
Böyük Vətən müharibəsindən sonra
M.Tursunzadə yaradıcılığının başlıca
mövzularını tacik xalqının taleyi, onun
azadlığı uğrunda mübarizə təşkil edirdi.
Bu cəhətdəndə şairin “Hindistan ballada-
sı” (1947-1948), “Mən azad Şərqdənəm”
(1950) silsilə əsərləri xüsusilə diqqət cəlb
etmişdir. Sülh uğrunda mübarizə, azad-
lıq mübarizəsi “Asiyanın səsi” (1956),
“Əbədi nur” (1957) və s. poemalarının
başlıca mövzuları olmuşdur. “Arabaçı
Həsən” (1954) adlı epik poemasında isə
şair istedadındakı epik keyfiyyət bütün
qabarıqlığı ilə özünü göstərmişdir.
Görkəmli şairin həmçinin Azərbaycana
həsr edilmiş şeirləri və Azərbaycan po-
eziyasından nümunələri vardır. Onun
şeirlərinin bir qismini Azərbaycan dilinə
şair Qasım Qasımzadə tərcümə etmişdir.
1946-cı ildən Asiya və Afrika xalqla-
rı Həmrəylik Komitəsinin sədri və Taci-
kistan Yazıçılar İttifaqı İdarə Heyətinin
sədri, 1959-cu ildən SSRİ Yazıçılar İttifa-
qı İdarə heyətinin katibi, həmçinin SSRİ
Ali Sovetinin deputatı (2-9-cu çağrış) ol-
muşdur.
1948-ci ildə SSRİ Dövlət mükafatı,
1960-cı ildə Lenin mükafatı, 1961-ci ildə
Tacikistanın Xalq şairi, 1967-ci ildə isə
Sosialist Əməyi Qəhramanı adına, 1968-
ci ildə “Hindistan balladası” şeirlər kita-
bına görə C.Nehru adına Beynəlxalq mü-
kafata layiq görülmüşdür.
Mirzo Tursunzadə 1977-ci il sentyabr
ayının 24-də vəfat etmişdir. 1978-ci ildə
Reqar şəhəri onun adını daşımış, 1981-ci
ildə isə beynəlxalq mükafat təsis edilmiş-
dir. 1981-ci ildə Pamirin zirvələrindən
birinə onun adı verilmişdir.
2011-ci ildə YUNESKO-nun qərarı ilə
həm Tacikistanda, həm də bütün dünya-
da görkəmli tacik şairi M.Tursunzadənin
100 illik yubileyi təntənəli şəkildə qeyd
edilmişdir.
Mirzo Tursunzadə
1911-1977
2
105
illiyi
Tacik şairi
164
Dünya ədəbiyyatı
MA
Y
Rаbindrаnаt Tаqоr 1861-ci il may
ayının 7-də Kəlküttə şəhərində аnаdаn
оlmuşdur. İlk təhsilini Şərq seminari-
yasında almış, sonra təhsilini Benqali-
ya Akademiyasında davam etdirmişdir.
Kəlküttə və Lоndоn Univеrsitеtlərində
аli təhsil аlmışdır. Benqal dilinin, tariх
və mədəniyyətinin mahir bilicilərindən
sayılırdı. Şeirlərini hələ uşaq ikən yazma-
ğa başlamış, ilk şeir və məqalələri “Qya-
nanker” jurnalında çap edilmişdir. Taqo-
run “Şairin tarixçəsi” adlı ilk poeması isə
1878-ci ildə işıq üzü görmüşdür.
XIX əsrin 80-ci illərinin əvvəllərində
gеniş ictimаi-siyаsi fəаliyyət göstərmiş,
“Brаhmо Çаmаc” dini-islаhаt və mааrif
cəmiyyətinin kаtibi оlmuşdur.
1880-ci ildə Taqor “Mənzərələr və
mahnılar”, “Diyezlər və bemallar” adlı
yeni şeirlər məcmuələrini nəşr etdir-
mişdir. 1883-cü ildə Hindistanın orta
əsrlər həyatından bəhs edən “Bautha-
kuranir Hat” adlı ilk romanı və məhşur
“Tərkidünya” pyesi çap olunmuşdur. Bu
pyesdə tərkidünyalıq, mücərrəd fəlsəfi
mühakimələr yazıçı tərəfindən pislənir,
insan şəxsiyyəti və onun yer üzərində se-
vinci isə alqışlanırdı. Onun “Düşüncələr”
adlı məqalələr və “Şəhər mahnıları” adlı
şeir məcmuələri də məhz bu mövzuya
həsr edilmişdir.
XX əsrin 90-cı illərində yetkin bir ya-
zıçı, görkəmli ictimai xadim kimi tanın-
mış və “Manoşlar” (1890), “Qızıl qayıq”
(1892), “Çitranqada” (1893), “Kotha”
(1898) adlı bir sıra şeir məcmuələrini çap
etdirmişdir. 1891-1892-ci illərdə ilk icti-
mai psixoloji romanlarından olan “Gözdə
qum dənəsi” və “Fəlakət” romanlarını yaz-
mış və bununla da benqal ədəbiyyatında
bu janrın əsasını qoymuşdur.
1905-ci ildən Tаqоr Bеnqаl Milli
Azаdlıq hərəkаtının rəhbərlərindən biri
оlmuş, vətənpərvər ruhlu şеirlər, roman
və pyеslərində dinindən аsılı оlmаyаrаq
bütün hindliləri milli istiqlаliyyət uğrundа
mübаrizədə birliyə çаğırmışdır. “Bаğbаn”,
“Köçən quşlаr” lirik şеir tоplulаrı da
Tаqоrа gеniş şöhrət gətirmişdir.
1913-cü ildə Nоbеl mükаfаtınа lаyiq
görülmüşdür. Yazıçının böyük irsi hind
ədəbiyyatının inkişafında tam bir əsri
təşkil etmişdir. Hind ədəbiyyatında hekayə
janrının əsasını qoymuşdur.
Taqorun “Fəlakət” romanı 1928-ci ildə
Azərbaycan dilinə tərcümə olunmuş, 1958-
ci ildə Əli Səbrinin tərcüməsində yenidən
çap olunmuşdur. Həmçinin “Hekayələr”
(1956), “Bibha sahili” (1959), “Məhəbbət
çələngi” (1961) əsərləri də dilimizə
tərcümə olunmuşdur.
Onun “Хаlqın ruhu” (“Canaqana-
mana”) şеiri Hindistаnın milli himninə
çеvrilmişdir. 1912-1932-ci illərdə o, dün-
yanın beş qitəsinin 30-dan çoх ölkəsinə
səfər etmiş, dövlət başçıları, dini liderlər
və görkəmli ziyalılarla görüşmüşdü. Asi-
yanın ilk Nobel laureatı (1913-cü il) Oks-
ford universitetinin, habelə dörd Hindistan
universitetinin fəхri doktoru seçilmişdir.
Rаbindrаnаt Tаqоr 1941-ci il аvqust
ayının 7-də Hindistanda, Kəlküttə
şəhərində vəfаt еtmişdir.
1961-ci il may ayının 7-də Ümumdün-
ya Milli Şurasının qərarı ilə böyük hind
yazıçısı, görkəmli ictimai xadim Rabind-
ranat Taqorun anadan olmasının 100 illiyi
təntənəli şəkildə qeyd olunmuşdur.
Rabindranat Taqor
1861-1941
7
Ə d ə b i y y a t
Sеçilmiş əsərləri
/R.Tаqоr; tərc.ed.
M.Beydulla, Ə.Səbri,
M.Rzaquluzadə,
M.Mirkişiyev.-
Bakı:Şərq-Qərb,
2011-928 s.
Fəlakət: roman
/R.Taqor.- Bakı: Şərq-
Qərb, 2006.- 278 s.
Pyes /R.Tаqоr
//Azərbaycan.-2012.-
№11.- S.113-128.
Araz, P. Rabindranat
Taqorun yaradıcılı-
ğında musiqi /P.Araz
//Paritet.-2011.- 16-18
aprel.- S.14.
Крилалани К.
Рабиндранат
Тагор: [пер. с англ.]
/Крилалани
Кришна; послесл.
И.Д.Серебякова.- М.:
Молодая гвардия,
1989.- 285 с.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
155
illiyi
Hind yazıçısı
165
Dünya ədəbiyyatı
MA
Y
Mixail Afanasyeviç Bulqakov
1891-ci il may ayının 15-də Kiyev
şəhərində, ziyalı ailəsində anadan ol-
muşdur. İlk təhsilini Birinci Kiyev
Gimnaziyasında almış, 1909-cu ildə
gimnaziyanı bitirərək Kiyev Univer-
sitetinin tibb fakültəsinə daxil olmuş,
1916-cı ilin oktyabrında universiteti
əla qiymətlərlə bitirmişdir. Könüllü
olaraq cənub-qərb cəbhəsində Qırmı-
zı Xaç cəmiyyətinin qospitallarında
həkim kimi çalışmışdır. Sonra hərbi
xidmətə çağırılaraq Smolensk quber-
niyasına köçürülmüş, əvvəlcə kənd
xəstəxanasında, 1917-ci ilin sentyab-
rında Vyazma şəhər xəstəxanasında,
dekabr ayından isə Moskvada həkim
kimi fəaliyyətə başlamışdır. 1926-ci
ildə yazdığı “Gənc həkimin qeydləri”
adlı kitabında məhz həkim kimi
fəaliyyət göstərdiyi illəri qələmə al-
mış, həkimlik etdiyi illərdə rastlaşdığı
hadisələrdən söz açmışdır.
1919-1920-ci illərdə bir neçə
hekayə və felyeton yazmış, ədəbiyyata
maraq ona həkimlik fəaliyyətinə
həmişəlik son qoymağa vadar et-
mişdir. M.Bulqakov yerli qəzetlərlə
əməkdaşlıq etməyə başlamışdır. 1921-
ci ildən etibarən Moskvada yaşayan
Bulqakovun “Ağ qvardiya” adlı ilk ro-
manı (1925-1927; roman bütünlükdə
yalnız 1966-cı ildə SSRİ-də çapdan
çıxmışdır) işıq üzü görmüşdür. 1925-ci
ildə “İblisnamə” adlı satirik hekayələr
toplusu çapdan çıxmışdır. Hekayələrin
əsas mövzusunu məişət eybəcərlikləri
təşkil edirdi. 1926-cı ildə Moskva
Bədii Akademik Teatrında yazıçının
“Turbinlər ailəsinin günləri” pyesi,
1926-1929-cu illərdə Vaxtanqovun Te-
atr studiyasında “Zoykanın mənzili”,
1928-1929-cu illərdə isə Moskva Ka-
mera teatrında “Tünd qırmızı ada”
pyesləri səhnəyə qoyulmuşdur. “Ağ
qvardiya” və “Turbinlər ailəsinin
günləri” əsərləri yazıçıya ən çox uğur
gətirən əsərlərdən hesab olunur.
1936-cı ildə qələmə aldığı və ona
dünya şöhrəti gətirən “Master və
Marqarita” (Usta və Marqarita) əsəri
geniş oxucu kütləsinin ixtiyarına -
yazılandan 30 il sonra (1966-cı ildə)
verilmişdir. Romanda mənəvi-əxlaqi
problemlərə toxunulmuş, haqq-ədalət
qarşısında hər kəsin məsuliyyət daşı-
dığı göstərilmişdir.
Mixail Bulqakov həyatının son
illərində “Qara dəniz” (1937) operası-
nın librettosunu, “Minin və Pojarski”
(1937), “Dostluq” (1937-38) və başqa
əsərlərini qələmə almışdır.
Görkəmli rus yazıçısı Mixail Bul-
qakov 1940-cı il mart ayının 10-da
uzun sürən xəstəlikdən sonra, Moskva
şəhərində vəfat etmişdir.
Mixail Bulqakov
1891-1940
15
Ə d ə b i y y a t
Seçilmiş əsərləri
/M.A.Bulqakov; tərc. ed.:
S.Budaqlı, R.Duyğun,
H.İlyas.-Bakı: Şərq-Qərb,
2011.- 623 s.
Hekayə /M.A.Bulqakov
//Kaspi.-2012.- 8-10 sent-
yabr.- S.20.
Master və Marqarita
/M.A.Bulqakov, rus dil. tərc.
S.Budaqlı,-Bakı: Şərq-Qərb,
2006.-373 s.
Князь тьмы: редакции
и варианты романа
“Мастер и Маргарита”
/М.А.Булгаков.-Санкт-
Петербург: Азбука, Азбука-
Аттикус, 2011.-792, [8] c.
Под пятой. Дневник:
Письма и документы
/М.А.Булгаков; сост.,
подгот. текстов, предисл.,
коммент., подбор ил.
В.И.Лосева.- Санкт-
Петербург: Азбука, 2011.-
729, [7] с.
Немцев, В. Михаил Булгаков
становление романиста
/В.И.Немцев ; под. ред.
Н.П.Козлова.- Самара: Изд.
Сар-го Ун-та, 1991.- 161,
[3] с.
www.anl.az
www.az.wikipedia.org
www.m-a-bulgako.ru
125
illiyi
Rus yazıçısı
166
Dünya ədəbiyyatı
MA
Y
Oljas Ömər oğlu Süleymenov 1936-cı
il may ayının 18-də Alma-Ata şəhərində
anadan olmuşdur. 1954-1959-cu illərdə
Qazaxıstan Dövlət Universitetinin geo-
logiya fakültəsində, 1961-1962-ci illərdə
isə M.Qorki adına Ədəbiyyat İnstitutunda
təhsil almışdır. 1962-ci ildə Qazaxıstan
Dövlət Universitetinin aspiranturasına
daxil olmuş, elə həmin il Yazıçılar İtti-
faqına üzvlüyə qəbul olunmuşdur. 1962-
1971-ci illərdə “Kazaxskaya pravda”
qəzetində ədəbiyyat məsələləri üzrə işçi
və “Qazaxfilm” kinostudiyasında baş re-
daktor, “Prostor” jurnalında Jurnalistika
şöbəsinin müdiri vəzifələrində çalışmış-
dır.
Əsərləri 1959-cu ildən etibarən işıq
üzü görmüş, “Torpaq insana təzim et!”
poeması (1961), “Yel qanadlı atlar”
(1961), “Nurlu gecələr” (1962), “Gündo-
ğana” (1964), “Gil kitabə” (1969) və baş-
qa şeir kitabları nəşr edilmişdir. Kinos-
tudiyada işlədiyi illərdə “Atalar yurdu”
(1966), “Göy marşrut” (1968), “Qış çöl
sezonu deyil” (1972), “Raketçi” (2007),
“Mahabbat” (2008) və s. filmlərin ssenari
müəllifi olmuşdur. 1975-ci ildə rus dilində
yazdığı “Az i Ya” əsərində elmi-tarixi
əsaslandırma yolu ilə türk xalqlarının ta-
rixi və mədəniyyətinin qədimliyi və türk
mədəniyyətinin şumer mədəniyyətinin
varisi olduğunu sübuta yetirmişdir. La-
kin kitab Qazaxıstan KP MK-nın 17 iyul
1976-cı il tarixli qərarı ilə siyasi xarakterli
olduğuna görə satışdan yığışdırılmışdır.
1971-1981-ci illərdə Qazaxıstan Ya-
zıçılar İttifaqının katibi, 1981-1983-cü
illərdə Qazaxıstan Kinematoqrafçılar İtti-
faqı İdarə heyətinin birinci katibi, 1983-
cü ildə isə Yazıçılar İttifaqının birinci
katibi seçilmişdir. 1989-cu ildə “Nevada-
Semipalatinsk nüvə əleyhinə hərakat”ın
və Qazaxıstan Xalq Konqress Partiyası-
nın əsasını qoymuşdur. 1990-cı ildə Türk
Xalqları Konqresinin keçirilməsində onun
müstəsna xidmətləri olmuş və həmin il
Qazaxıstanın Xalq yazıçısı fəxri adını al-
mışdır. 1991-ci ilə qədər bir neçə çağırış
Qazaxıstan və SSRİ Ali sovetinin deputa-
tı olmuşdur.
1990-cı ilin 20 yanvar faciəsi ilə
əlaqədar olaraq Azərbaycan xalqına baş-
sağlığı vermək üçün Bakıya gəlmiş və
Kremlin Qurultaylar sarayında faciənin
günahkarlarını tənqid etmişdir.
Türkologiya sahəsində qazandığı bö-
yük nailiyyətlərə görə 2002-ci ildə Kül-
Tegin mükafatına, “Otan” ordeni, Uk-
raynanın yüksək dövlət mükafatlarından
“V dərəcəli Müdrik Yaroslav” (“Yaros-
lav Mudrı”), 2006-cı ildə Azərbaycanda
“Şöhrət”, 2011-ci ildə isə “Dostluq”
ordenlərinə layiq görülmüşdür. İnquşeti-
ya Respublikasının “Xidmətlərinə görə”
ordeni (2004), Türkiyə Cümhuriyyətinin
“Türk dünyasına qatqılarına görə” ulus-
lararası ödülünə layiq görülmüşdür. Di-
aloq Avrasiya Platformasının yaradı-
cılarından və fəal iştirakçılarındandır.
YUNESKO-da Qazaxıstanın səlahiyyətli
nümayəndəsidir.
Oljas Süleymenov
1936
18
Ə d ə b i y y a t
Az-Ya
/O.Süleymenov;
tərc. N.Səfərov;
red.: Q.Alxanova,
T.Rüstəmova; [Azərb.
Resp. Nazirlər Kabi-
neti yanında Tərcümə
Mərkəzi].- Bakı:
Tərcümə Mərkəzi,
2015.- 358 s.
Kuman nəğməsi:
[məqalələr, şeir
və poemalar]
/O.Süleymenov.- Bakı:
[MBM], 2011.-271 s.
Şeirlər/O.Süleymenov
//Ədəbiyyat qəzeti.-
2015.- 28 fevral.-
S.22.
Axşamüstü: şeirlər
/O.Süleymenov
//Ədəbiyyat qəzeti.-
2015.- 13 iyun.- S.14.
Фейзуллаева, А.
Олжас Сулейменов:
опыт спектрального
исследования
творческой
деятельности
/А.Фейзуллаева;
ответ. ред.
Б.Набиев.- Баку:
Şərq-Qərb, 2009.-
222 c.
80
illiyi
Qazax yazıçısı
167
167
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
MA
Y
Mayis Əlişir oğlu Ağabəyov 1941-ci
il may ayının 1-də Bakı şəhərində ana-
dan olmuşdur. Orta məktəbi bitirdikdən
sonra 1956-cı ildə Ə.Əzimzadə adına
Rəssamlıq məktəbinə, görkəmli rəssam
Vəcihə Səmədovanın sinfinə daxil ol-
muşdur. Elbəy Rzaquliyevlə tanışlıq isə
onda kino rəssamlığına həvəs oyatmış-
dır. Rəssamlıq məktəbini bitirdikdən
sonra Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutuna qəbul olun-
muş, 1969-cu ildə institutun rəssamlıq
fakültəsini bitirmişdir.
Kinoda ilk işinə kinorejissor
E.Quliyevin çəkdiyi “Biri vardı, biri
yox” bədii filmində rəssam assistenti
kimi başlamış, 1970-ci ildə kinorejis-
sor T.Tağızadənin “Yeddi oğul istərəm”
bədii filminə geyim eskizləri çəkmişdir.
1970-ci ildə E.Rzaquliyevlə birgə
C.Cabbarlının “Sevil” kinooperası-
na rəssam assistenti kimi dəvət almış,
sonralar “Həyat bizi sınayır” (1972),
“Nəsimi” (1973), “Babək” (1979), “Ni-
zami” (1982), “Ötən ilin son gecəsi”
(1983), “İntizam” (1983), “Gümüş-
göl əfsanəsi” (1984) və s. filmlər onu
Azərbaycanın görkəmli kinorəssamı
kimi tanıtdırmışdır.
30-dan artıq bədii və sənədli filmə
rəssam kimi quruluş vermişdir. 2008-
ci ildə gənc kino rəssamlarına sənətin
incəliklərini öyrətmək məqsədil “Kinoda
rəssam işi” monoqrafiyasını yazmışdır.
“Ana uşaqları”, “Nardaran mənzərə-
ləri”, “Sükut”, “Qırmızı ay”, “Qadınlar”
və s. kimi əsərlərində müasir rəngkarlığın
bütün elementlərindən istifadə edərək
maraqlı kompozisiyalar yarada bil-
mişdir. Qrafika sahəsində də uğurlu
əsərlərin müəllifidir. Onun 40-dan çox
qrafik işlərində parlaq rənglərlə çəkilmiş
ştrixlərdən istifadə olunmuşdur.
Əsərləri Almaniya, Türkiyə, Fran-
sa, İspaniya, Vyana, London, Moskva
və digər ölkə və şəhərlərdə sərgilənir,
Moskvada Şərq Xalqları Muzeyi və Bədii
Fondda, Azərbaycan muzeylərində,
eləcə də İspaniya, Yaponiya, Fransa, Al-
maniya, Rusiya, Türkiyə kimi ölkələrdə
şəxsi kolleksiyalarda saxlanılır.
1996-cı ildən Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində
müəllim kimi fəaliyyət göstərir. Hal-
hazırda Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının Akademik rəngkarlıq
kafedrasının professorudur.
Kino sənətindəki xidmətlərinə görə
müxtəlif mükafatlara layiq görülmüşdür.
Onun quruluşçu rəssam kimi işlədiyi
filmlər “Qızıl Sibilla” (1977, İspaniya),
“Gümüş Sibilla” (1997, İspaniya), “Qı-
zıl Zanbaq”(1997, Daşkənd), “Humay”
(1997, Bakı), “Anapa” prizi (1997, MDB
və Latviya) kimi mükafatlara layiq gö-
rülmüşdür. 2006-cı ildə Azərbaycan Ki-
nematoqrafçılar İttifaqının V “Qızıl Çı-
raq” mükafatını almışdır.
1990-cı ildə “Əməkdar rəssam”,
2000-ci ildə Azərbaycan Respublika-
sı Prezidentinin Sərəncamı ilə “Xalq
rəssamı” fəxri adına layiq görülmüşdür.
2004-cü
ildən
Prezident
təqaüdçüsüdür.
Mayis Ağabəyov
1941
1
Ə d ə b i y y a t
Kinoda rəssam
işi /M.Ağabəyov;
Azərbaycan Respub-
likası Mədəniyyət
və Turizm Nazirliyi,
Dövlət Film Fondu;
Azərbaycan Dövlət
Rəssamlıq Akademiya-
sı.- Bakı, 2008.- 82 s.
Abdullayev V. Mayis
Ağabəyov. Xəyali
rənglər işığında
/V.Abdullayev; red.
G.Zeynalova.- Bakı:
Aspoliqraf, 2011.- 140
s.
Xalq rəssamı Mayis
Ağabəyovun yubiley
sərgisi //Mədəniyyət.-
2011.-18 may.-S.3.
Hüsniyyə. Kinorəssam
Mayis Ağabəyovun 70
illik yubileyi qeyd olu-
nur /Hüsniyyə
//525-ci qəzet.- 2011.-
17 may.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.az.wikipedia.ru
75
illiyi
Rəssam
168
MA
Y
Cəbrayıl Əzimov
1926-1969
Ə d ə b i y y a t
Əzimov Cəbrayıl //
Azərbaycan Sovet
Ensiklopediyası: 10
cilddə.- Bakı, 1980.-C.
IV.-S.149.
Fərəcov S. Filmlərin
bədii tərtibat us-
tası /S.Fərəcov //
Mədəniyyət.- 2015.- 13
may.- S. 13.
Kazımzadə, A. “Uzaq
sahillərdə”, “Qızmar
günəş altında” yaşayan
sənətkar: [Kino rəssamı
Cəbrayıl Əzimov haq-
qında] /A.Kazımzadə //
Mədəniyyət.-2011.- 28
oktyabr.- S. 10.
Reyhan. Kino rəssamı
Cəbrayıl Əzimovun
85-illik yubileyi qeyd
edildi: Reyhan //
Mədəniyyət.-2011.-2
noyabr.-S.11.
Dostları ilə paylaş: |