Ə d ə b i y y a t
Seçilmiş pedaqoji əsərləri:
12 cilddə /H.Əhmədov.-
Bakı: Təhsil, 2006.- C.1.-
C.12.
Avrasiya xalqlarının
məktəb və pedaqoji fikir
tarixinə dair oçerklər
/H.M. Əhmədov; [red. M.
İlyasov].-Bakı: [Maarif],
[Nurlar], 2012.-541 s
XIX əsr Azərbaycan
məktəbi /H.Əhmədov;
elmi red. Ə.Ağayev,
A.Bayramoğlu;
Azərbaycan Beynəlxalq
Universiteti.-Bakı: ABU
Təhsil, 2006.- 580 s.
Maarif fədailəri: Firidun
bəy Köçərli-150, Rəşid
bəy Əfəndiyev-150 : [qoşa
qanad] /Hüseyn Əhmədov.-
Bakı: ADPU, 2013.-199,
[1] s.
Rüstəmov F. Akademik
Hüseyn Əhmədov və
yetirmələri /F.Rüstəmov;
elmi red.: Ə. Ağayev.-
Bakı: Təhsil, 2004.- 202 s.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
17
239
239
Alim
Geologiya.Coğrafiya
65
illiyi
Rəşid Cavanşir
1951
İYUL
Rəşid Cəmil oğlu Cavanşir 1951-ci il
iyul ayının 17-də Bakıda anadan olmuş-
dur. 1973-cü ildə Azərbaycan Neft və
Kimya İnstitutunun (indiki Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti)
geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.
1984-1997-ci illərdə AMEA-nın Dərin
Neft və Qaz Yataqları Problemləri İns-
titutunda şöbə müdiri, 1988-1995-ci
illərdə institutda elmi işlər üzrə direk-
tor müavini vəzifələrində çalışmışdır.
1995-2009-cu illərdə bir neçə nüfuz-
lu beynəlxalq neft şirkətlərində rəhbər
vəzifələr tutmuş, 2009-cu ilin sentyabr
ayında “BP Exploration (Shah Deniz)
Ltd.” şirkətinin prezidenti, 2012-ci ildə
Böyük Britaniyanın “BP” neft şirkətinin
Strategiya və inteqrasiya üzrə vitse-
prezidenti təyin edilmişdir.
Sistemli yanaşma əsasında neft-qaz
geologiyası və geofizikası sahəsində
mühüm elmi tədqiqatlar aparmışdır. İlk
dəfə olaraq çöküntülərin nəzəri sıxılma
modelləri, dağ süxurlarının kollektor,
ekranlaşdırıcı və fiziki xassələrinin ter-
mobarik, struktur-litoloji və geotektonik
amillərin ayrı-ayrılıqda olan təsiri nəzərə
alınmaqla fiziki-riyazi modelləşdirmə
üsulları təklif olunmuşdur.
Elektron mikroskopiya əsasında
tam sıxılmaya uğramamış gillərin
məsamə fəzası strukturu və mineraloji
xüsusiyyətləri öyrənilmiş, ilk dəfə allo-
tigen mineral yaranmaların geokimyəvi
və termodinamik şəraitli kompüter
modelləşdirilməsi həyata keçirilmişdir.
Azərbaycan SSR Elmlər Akademiyasın-
da elmi-tədqiqat, Neft Akademiyasın-
da bir neçə il müəllimlik fəaliyyəti ilə
məşğul olmuşdur.
212 elmi əsərin, 8 monoqrafiyanın,
12 müəlliflik şəhadətnaməsi və paten-
tin müəllifidir. 2001-ci ildən AMEA-nın
müxbir üzvüdür.
1988-ci ildən Azərbaycan EA-nın
Geologiya İnstitutu və Dərin Neft və
Qaz Yataqları Problemləri İnstitutunun
doktorluq elmi dərəcəsini vermək üçün
ixtisaslaşdırılmış şuralarının üzvü olmuş
və 1993-cü ildən Azərbaycan Respub-
likası Prezidenti yanında AAK-nın Yer
haqqında elmlər üzrə ekspert Şurasının
üzvüdür.
1984-ci ildən indiyədək Amerika
Geoloq-Neftçilər Cəmiyyətinin üzvü,
1989-1995-ci illərdə “Energy Sources”
(ABŞ) beynəlxalq elmi jurnalının re-
gional redaktoru, 1989-1996, 2001-ci
ildən indiyədək “Journal of Petroleum
Science and Engineering” (Hollandi-
ya) beynəlxalq elmi jurnalının redaksi-
ya heyətinin üzvü, Member of Editorial
Board of the “Azerbaijan Geologist”,
Member of Editorial Board of “Seis-
moprognosis observations in the terri-
tory of Azerbaijan” beynəlxalq və xarici
ölkələrin elmi qurumlarının üzvüdür.
Azərbaycan neft sənayesinin inki-
şafında xidmətlərinə görə Rəşid Cəmil
oğlu Cavanşir 2011-ci ildə Azərbaycan
Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə
təltif edilmişdir.
Ə d ə b i y y a t
Моделирование
систем нефтегазовой
геологии
/Р.Джаваншир.-
Мockва: Недра, 1990.-
295 с.
Прогнозирование
физических свойств
коллекторов и
покрышек нефти и
газа /Р.Джаваншир.-
Мockва: Недра, 1998.-
200 с.
South Caspian Basin
Petroleum Production
(editor) //Journal of
Petroleum: Science &
Engineering.-Vol. 28
(2000).- The Nether-
lands, 2000.
R.C.Cavanşirin
“Şöhrət” ordeni ilə
təltif edilməsi haq-
qında: Azərbaycan
Respublikası Prezi-
dentinin Sərəncamı,
14 iyul 2011-ci il] //
Azərbaycan.- 2011.- 15
iyul.- S. 2.
Zamanov, A. Mücərrəd
təməldən ali mükafata
doğru: Dövlət Mükafa-
tına təqdim olunmuşdur
[R.C.Cavanşir haq-
qında] /A.Zamanov,
S.Əliyev //Respublika.-
2014.- 13 may.- S.10.
17
240
85
illiyi
Geologiya.Coğrafiya
Fərman Salmanov
1931-2007
İYUL
Fərman Qurban oğlu Salmanov
1931-ci il iyul ayının 28-də Şəmkir
rayonunun Morul kəndində anadan
olmuşdur. Orta məktəbi 1947-ci ildə
başa vurmuş, əvvəl Şirvan Kompleks
Ekspedisiyasında kollektor işləmiş,
sonra Azərbaycan Sənaye İnstitutu-
nun (indiki ADNSU) geoloji-kəşfiyyat
fakültəsinə daxil olmuşdur. 1954-cü
ildə həmin institutu bitirmişdir.
Əmək fəaliyyətinə hələ erkən yaşla-
rından geoloji ekspedisiyada sıravi işçi
kimi başlamış, 1954-1959-cu illərdə
Novosibirsk geologiya idarəsində geo-
loq, böyük geoloq, neft kəşfiyyatı eks-
pedisiyasının rəisi olmuşdur. 1959-cu
ildə Tümen Ərazi Geologiya İdarəsi
Surqut neft kəşfiyyatı ekspedisiyasının
rəisi vəzifəsinə təyin edilmiş, 1962-
1964-cü illərdə Ust-Balık ekspedisiya-
sının baş geoloqu, 1964-1970-ci illərdə
Pravdinsk neft kəşfiyyatı ekspedisiya-
sının rəisi, 1970-1987-ci illərdə Tümen
Baş Geologiya İdarəsinin rəis müavi-
ni və rəisi vəzifələrində çalışmışdır.
1987-1991-ci illərdə SSRİ geologiya
nazirinin müavini olmuş, 1992-ci ildə
“Rospan İnternəşnl” Qapalı Səhmdar
Cəmiyyətinin prezidenti, 2002-ci ildə
isə “İtera” şirkəti Direktorlar şurası
sədrinin müşaviri, eləcə də “Yuqneft-
qaz” cəmiyyəti Direktorlar şurasının
sədri vəzifəsində çalışmışdır.
Fərman Salmanovun adı dünya
neft tarixinə Tümenin zəngin təbii
sərvətlərinin ilk kəşfiyyatçılarından
biri kimi daxil olmuşdur. O, heç bir
neft ehtiyatının olmadığı iddia edilən
Qərbi Sibirdə 1961-ci ildə ilk neft ya-
taqlarını üzə çıxarmışdır. Rəhbərliyi
altında karbohidrogen ehtiyatları ilə
zəngin yüzdən artıq irihəcmli yataq
kəşf edilərək istismara verilmişdir. İs-
tehsalatda uğurlarını elmi fəaliyyətlə
səmərəli şəkildə əlaqələndirən alim
1972-ci ildə doktorluq dissertasiyası
müdafiə edərək geologiya-mineralogiya
elmləri doktoru elmi dərəcəsi almış,
1989-cu ildə Rusiya EA-nın müxbir
üzvü seçilmişdir. 160-dan çox elmi
əsərin, 10 monoqrafiyanın müəllifidir.
Xanti-Mansi və Yamalo-Nenets Mux-
tar dairələrinin, Surqut şəhəri, Texas
ştatı və Çinin Çzinçjou şəhərinin fəxri
vətəndaşı seçilmişdir.
Neft sənayesinin inkişafındakı
xidmətlərinə görə 1966-cı ildə “Sosi-
alist Əməyi Qəhrəmanı” fəxri adına,
1970-ci ildə Lenin mükafatı laureatı
adına layiq görülmüş, “Oktyabr inqila-
bı”, iki dəfə “Qırmızı Əmək Bayrağı”
ordenlərilə təltif edilmiş, İ.M.Qubkin
adına mükafatın laureatı, Rusiya Fede-
rasiyasının Əməkdar geoloqu, neft və
qaz sənayesinin fəxri işçisi olmuşdur.
2001-ci ildə Azərbaycanın ali müka-
fatına - “Şöhrət” ordeninə layiq görül-
müşdür.
Fərman Salmanov 2007-ci il martın
31-də vəfat etmiş, öz vəsiyyəti ilə Mosk-
vada Vaqankovsk qəbiristanlığında
dəfn edilmişdir.
Onu “Rusiya neftinin atası” adlan-
dırmış, haqqında film çəkmişlər. Sibi-
rin Tümen şəhərində xatirə lövhəsinin
təntənəli açı
lış mərasimi olmuş-
dur. Surqutda ev-muzeyi qarşısında
Heydər Əliyev Fondunun Rusiyadakı
nümayəndəliyinin təşəbbüsü ilə 2009-
cu ildə büstü qoyulmuşdur.
Ə d ə b i y y a t
Hüseynzadə, F. Rusiya
neftinin azərbaycanlı fatehi
/F.Hüseynzadə //Paritet.-
2012.- 23-24 fevral - S.11.
Məmmədli, İ. Tümen neftinin
banisi: Neft tariximizdən
/İ.Məmmədli //İki sahil.-
2011.- 26 avqust.- S. 5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
28
241
100
illiyi
Riyaziyyat.Fizika.Astronomiya
Məcid Rəsulov
1916-1993
İYUL
Məcid Lətif oğlu Rəsulov 1916-cı
il iyul ayının 6-da Şəki şəhərində ana-
dan olmuşdur. Azərbaycan Pedaqoji
İnstitutunun (indiki ADPU) məzunu
və Azərbaycan Dövlət Universiteti-
nin (indiki BDU) aspirantı olmuşdur.
Məcid Rəsulovun ilk elmi araş-
dırmaları onun 1946-1948-ci illərdə
“Diferensial tənliklər üçün bəzi qa-
rışıq məsələlərin həllinin çıxııqlar
üsulu ilə araşdırılması “ mövzusunda
yazdığı namizədlik dissertasiyasında
ümumiləşdirilmişdir. O, bu işdə xətti
funksionalın altfəzasında bütün Ba-
nax fəzasına davamının yeganəliyinin
zəruri və kafi şərtlərini almış və baxı-
lan birölçülü xətti diferensial operato-
run normallığı üçün zəruri və kafi şərti
isbat etmişdir.M.L.Rəsulov 1960-cı
ildə SSRİ EA-nın V.A.Steklov adına
Riyaziyyat İnstitutunun Elmi Şura-
sında “Xüsusi törəməli xətti diferen-
sial tənliklər üçün qarışıq və sərhəd
məsələlərinin həllinin çıxıqlar üsulu”
mövzusunda doktorluq dissertasiya-
sını müdafiə edərək fizika-riyaziyyat
elmləri doktoru elmi dərəcəsini al-
mışdır.
Məcid Rəsulovun 1967-ci ildə
“Kontur inteqralı üsulu” monoq-
rafiyası İngiltərə Kral Riyaziyyat
Cəmiyyətinin sifarişi ilə ingilis dilinə
tərcümə olunmuş və Hollandiyada,
Amerika Birləşmiş Ştatlarında, Ka-
nadada çap olunmuşdur. Qeyd edək
ki, bununla da o, xaricdə monoqrafi-
yası çap olunan ilk azərbaycanlı riya-
ziyyatçı olmuşdur.
1975-ci ildə Moskvanın “Nauka”
nəşriyyatında alimin “Kontur inteq-
rallar üsulunun tətbiqi” adlı ikinci
monoqrafiyası çıxmışdır. Bunlardan
başqa professor M.L.Rəsulov 180-ə
qədər elmi məqalənin müəllifidir.
Yüksəkixtisaslı kadrların hazırlan-
masında M.L.Rəsulovun xidmətləri
böyükdür. Onun rəhbərliyi altında
20-dən çox namizədlik və doktorluq
dissertasiyaları yazılmış və müdafiə
edilmişdir.
M.L.Rəsulov
Böyük
Vətən
müharibəsi iştirakçısı olmuşdur.
1960-cı ildən Azərbaycan Dövlət
Universitetinin Riyazi fizika tənlikləri
kafedrasının müdiri, 1961-ci ildə
professor, 1968-ci ildən Azərbaycan
EA-nın müxbir üzvü, 1983-cü ildən
həqiqi üzvü olmuşdur.
1976-cı ildən Azərbaycan Sovet
Ensiklopediyasının elmi redaksiya
şurasının üzvü olmuşdur.
Akademik M.L.Rəsulovun elmi
pedaqoji və ictimai fəaliyyəti dövlət
tərəfin dən yüksək qiymətləndirilmiş
və o, 1980-ci ildə “Qırmızı Əmək
Bayrağı” ordeni və bir neçə medal-
larla təltif edilmişdir. 1989-cu ildə
“Azərbaycan SSR Əməkdar elm xa-
dimi” fəxri adına layiq görülmüşdür.
Riyazi-fizika
tənlikləri
üzrə
görkəmli mütəxəssis, diferensial
tənliklər və funksional analiz kimi
sahələrdə çalışmış riyaziyyatçı-alim,
akademik Məcid Lətif oğlu Rəsulov
1993-cü il fevral ayının 11-də Bakı
şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Метод контурного
интеграла и его
применение к
исследованию задач
для дифференциальных
уравнений /М.Расулов.-
Москва: Наука, 1964.-
462 с.
Приложения метода
контурного интеграла
/М.Расулов.-Москва:
Наука, 1975.- 321 с.
Methods of contour integ-
ration.- Amsterdam, 1975.-
387 p.
Rəsulov Məcid Lətif oğlu
//Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə.- Bakı,
1982.- C.8.- S.137-138.
Riyazi ədəbiyyatda
müstəsna hadisə yarat-
mış alimimiz...: XX əsrdə
Azərbaycanın yetişdirdiyi
nadir şəxsiyyətlərdən biri
//Azadlıq.- 2013.- 20 sent-
yabr.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
6
Akademik
242
80
illiyi
Texnika.Mühəndis işi
Firudin Məmmədov
1936
İYUL
Firudin İbrahim oğlu Məmmədov
1936-cı il iyul ayının 1-də Naxçıvan
Muxtar Respublikası Şərur rayonu-
nun Şahtaxtı kəndində anadan olmuş-
dur.
1958-ci ildə Sənaye İnstitutu-
nun (indiki Azərbaycan Dövlət Neft
və Sənaye Universiteti ) energetika
fakültəsini, sonra “Neftkimyaavto-
matika” Elmi-Tədqiqat Layihə İns-
titutunun (Sumqayıt) aspiranturasını
bitirmişdir.
1958-1968-ci illərdə Azərbaycan
Neft və Kimya İnstitutunun Sumqayıt
filialında baş müəllim, 1968-1970-ci
illərdə dosent, 1971-1974-cü illərdə
dekan və 1974-1985-ci illərdə kafed-
ra müdiri vəzifələrində çalışmışdır.
1996-cı ildə professor elmi
rütbəsinə layiq görülmüşdür. Həmin
ildən Azərbaycan Sənaye İnstitutun-
da (indiki Sumqayıt Dövlət Univer-
siteti) Elektrotexnika kafedrasının
müdiridir. 2001-ci ildən Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir
üzvüdür.
İnformasiya
nəzəriyyəsinə,
idarəetmə sistemlərinin hesablama
və məlumat-ölçü texnikasının ilkin
vericilərinin nəzəriyyəsi, islənilməsi
və tətbiqinə, neftçıxarma dərinlik na-
sosları üçün elektromaqnit vericilərlə
işləyən tezlik teleölçü nəzəriyyəsinə
dair tədqiqatlar aparmışdır.
İnformasiya nəzəriyyəsi sahəsində
mütəxəssis, texnika elmləri dokto-
ru Firudin İbrahim oğlu Məmmədov
180-dan çox elmi işin, 24 ixtiranın
müəllifidir.
Onun rəhbərliyi altında beş
namizədlik dissertasiyası müdafiə
edilmişdir.
Ə d ə b i y y a t
Исследование дифференциального электромагнитного датчика со сплошным магнитопроводом в нагрузочном
режиме:Электротехника /Ф.И.Мамедов, Р.Б. Дадашева, Р.А. Гусейнов //Знак.- 2006.- №6.- С.25-50.
Исследование магнитного поля двухмерного измерительного электромагнитного преобразователя: Известия высших учебных
заведений. Южно-Российский государственный технический университет (Новочеркасский политехнический институт)
/Ф.И.Мамедов, Р.Б. Дадашева //Электромеханика.- 2007.- №2.- С.40-44.
Определение основных электромагнитных параметров датчика расстояния: Электротехника /Ф. И.Мамедов, Т. А. Ахмедова
//Знак.- 2009.- №4.- С.24-28.
Получение математической модели двухтактного вибровозбудителя с низкой механической частотой.mht: Электротехника
/Ф.И. Мамедов, Р.Б. Дадашева //Знак.- 2010.- № 8.- С.51-56.
Məmmədov Firudin İbrahim oğlu // Naxçıvan ensiklopediyası.-Bakı, 2002.- S. 311.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
1
Alim
243
90
illiyi
Texnika.Mühəndis işi
Midhət Abasov
1926-2012
İYUL
Midhət Teymur oğlu Aba-
sov 1926-cı il iyul ayının 31-də
Bakı şəhərində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra,
1943-1949-cu illərdə ali təhsilini
Azərbaycan Sənaye İnstitutunun
(indiki Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti ) neft-mədən
fakültəsində almış, 1949-1952-ci
illərdə isə həmin institutun aspiran-
turasında oxumuşdur.
Əmək fəaliyyətinə 1949-cu ildə
“Azneft” İstehsalat Birliyinin Qa-
radağ Neft Trestində mədən usta-
sı kimi başlayan Midhət Abasov
1952-1953-cü illərdə Azərbaycan
Sənaye İnstitutunda assistent, 1953-
1958-ci illərdə Azərbaycan Elmlər
Akademiyasında neft ekspedisiya-
sının yeraltı hidrodinamika labora-
toriyasında kiçik elmi işçi, böyük
elmi işçi, rəis müavini və laborato-
riya rəhbəri, 1958-1960-cı illərdə
isə Azərbaycan Elmi Tədqiqat Neft-
çıxarma İnstitutunda laboratoriya
rəisi vəzifələrində çalışmışdır.
1953-cü ildə namizədlik, 1962-
ci ildə “Neft və qaz yataqlarının
işlənməsi və istismarı” mövzusunda
doktorluq dissertasiyasını müdafiə
etmişdir. 1960-cı ildən etibarən
elmi fəaliyyətini Azərbaycan Milli
Elmlər Akademiyası ilə bağlamış,
2003-cü ilədək Dərin Neft və Qaz
Yataqları Problemləri İnstitutunda
(indiki Geologiya və Geofizika İns-
titutu) laboratoriya müdiri, elmi işlər
üzrə direktor müavini və direktor
vəzifələrini tutmuş, 2003-cü ildən
ömrünün sonuna qədər Azərbaycan
Milli Elmlər Akademiyasının Geo-
logiya İnstitutunun baş elmi işçisi
olmuşdur.
1976-1990-cı illərdə Azərbaycan
Elmlər Akademiyasının Yer Elmləri
Bölməsinin akademik-katibi, 1990-
1997-ci illərdə akademiyanın vitse-
prezidenti vəzifələrində çalışmışdır.
1989-cu ildə 12-ci çağırış SSRİ Ali
Sovetinə xalq deputatı seçilmişdir.
1991-1992-ci
illərdə
isə
Azərbaycan Respublikasının dövlət
katibi işləmişdir.
Midhət Abasov 1968-ci ildə
Azərbaycan Milli Elmlər Akademi-
yasının müxbir üzvü, 1980-ci ildə
həqiqi üzvü, 1984-cü ildə keçmiş
SSRİ Elmlər Akademiyasının müx-
bir üzvü seçilmişdir.
660-dan artıq elmi məqalənin və
16 monoqrafiyanın, 43 müəlliflik
şəhadətnaməsinin və 6 patentin
müəllifidir. Onun rəhbərliyi altın-
da 21 elmlər doktoru və 40 elmlər
namizədi hazırlanıb.
Azərbaycan Dövlət mükafatı lau-
reatı olmuş, “Qırmızı Əmək Bayra-
ğı” ordeni ilə, Akademik İ.M.Qubkin
adına mükafatla, Azərbaycan SSRİ
Ali Sovetinin Fəxri fərmanı ilə təltif
edilmişdir.
“SSRİ Fəxri neftçisi”, “SSRİ qaz
sənayesinin fəxri işçisi”, “SSRİ ixti-
raçısı”, 1990-cı ildə “Azərbaycanın
Əməkdar elm xadimi” fəxri adları-
na layiq görülmüşdür.
Akademik Abasov Midhət Tey-
mur oğlu 2012-ci il aprel ayının 23-
də vəfat etmişdir.
Ə d ə b i y y a t
Изучение и прогнозирование
параметров сложных
природных резервуаров нефти
и газа Южно-Каспийской
впадины /М.Абасов (в соавт.
Кондрушкин Ю.М. и др.).-
Баку, 2007.- 67 c.
Повышение эффективности
ограничения водопритоков
в нефтяных скважинах
/М.Абасов (в соавт.Стреков
А.С.,Эфендиев Г.М.).- Баку,
2009.- 125 c.
Фильтрационные процессы и
идентификация параметров
в многопластовых
месторождениях /М.Абасов
(в соавт.Азиов Э.Х.,Джалалов
Г.И. и др.).- Баку, 2008.- 178c.
Midhət Teymur oğlu Abasov:
biblioqrafiya /AMEA Geol. İn-
tu; tərt. ed. D.R.Mirzəyeva, A.A.
İsrafilova; red. Z.A. Kərimov,
T.Ş. Kazımova.- Bakı: Nafta-
Press, 2006.- 220, [1] s.
Abasov Midhət Teymur
oğlu=Абасов Митат Теймур
оглы=Abasov Mitat Teymur
ogly //Azərbaycanın neftçi
alimləri /AMEA Geologiya
İnstitutu; tərt.ed. Ə.M.Dadaşov.-
Bakı: “Nafta-Press”, 2007.- S.
Dostları ilə paylaş: |