İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.karabakh.az
Cəbrayıl Əlimuxtar oğlu Əzimov
1926-cı il may ayının 7-də Bakı
şəhərində anadan olmuşdur.
Hələ uşaq ikən rəssamlığa böyük ma-
raq göstərmiş, 1946-cı ildə 15 yaşında
ikən Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq məktəbinə, 1947-ci
ildə isə Moskva Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun bədii de-
korativ tərtibatçılıq fakültəsinə qəbul
olmuşdur. Burada sovet kinosunun
görkəmli rəssamları F.Boqorodski,
Y.Pimenov və Q.Şeqaldan sənətin
incəliklərini öyrənmişdir.
O, Moskvada tələbəlik illərində öz
rəngkarlıq əsərləri ilə bir sıra sərgilərdə
iştirak etmiş, uğur qazanmışdı.
1953-cü ildə İnstitutu müvəffəqiy-
yətlə bitirən Cəbrayıl Əzimov elə
həmin ildə Bakıya qayıtmış və
“Azərbaycanfilm”
kinostudiyasında
quruluşçu rəssam kimi fəaliyyətə baş-
lamışdır. Kinostudiyada ilk yaradıcı-
lıq işi “Doğma xalqıma” (1954) rəngli
bədii-sənədli filmi olmuşdur. O, bu film
üzərində dostu E.Rzaquliyevlə birgə
çalışmışdır.
Sonrakı illərdə rəssam “Bəxtiyar”
(1954), “O olmasın, bu olsun” (N. Zey-
nalovla birgə, 1956), “Qızmar günəş al-
tında” (1957), “Uzaq sahillərdə” (1958),
“Onu bağışlamaq olarmı” (1959), “Mən
rəqs edəcəm” (1963), “Romeo mənim
qonşumdur” (1963), “İnsan məskən sa-
lır” (1967) və s. filmlərə bədii tərtibat
vermişdir. O, həmçinin “Şahsənəm və
Qərib”filmində quruluşçu rəssam ol-
muşdur.
Onun müxtəlif filmlərə çəkdiyi
eskizlərə, eləcədə, bu eskizlər əsasında
filmlərə qurulan dekorasiyalara baxdıq-
da sənətkarın güclü rəssamlıq duyumu,
hadisələrə bədii yanaşma keyfiyyətləri
açıq-aydın hiss olunur və onun peşəkar
kino rəssamı olduğunu bir daha sübut
etmiş olur.
Rəssamı olduğu bədii filmlərdə daha
çox naturaya üstünlük vermiş, “Görüş”,
“Qızmar günəş altında”, “O olmasın bu
olsun”, “Uzaq sahillərdə” filmləri bu
qəbildəndir.
Cəbrayıl Əzimov sənətdəki uğur-
larına görə 1964-cü ildə respublikanın
Əməkdar rəssamı fəxri adına layiq gö-
rülmüşdür.
1966-cı ildə “İnsan məskan salır”
filminə verdiyi bədii tərtibata görə
Ümumittifaq Kino və Teatr rəssamları
sərgisinə, eyni zamanda “Leyli və
Məcnun” filminə çəkdiyi eskizlərə
görə isə Azərbaycan teatr və kino
rəssamlarının kataloquna salınmışdır.
Cəbrayıl Əzimov 1969-cu il iyul ayı-
nın 7-də Bakıda vəfat edmişdir.
90
illiyi
7
Rəssam
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
169
MA
Y
Aydın Əzim Kərimoğlu
1946
Ə d ə b i y y a t
Bayrağım: oda [Not-
lar] /A.Əzimov.-Bakı,
1992.-4 s.
Simfoniya [Notlar]
/A.Əzimov.- Bakı, 2012.-
57 s.
Aydın Kərim oğlu
Əzimov
//
Azərbaycan
bəstəkarlarının skripka
əsərləri: dərs vəsaiti
/tərt. ed. H.Əliyeva.-
Bakı: Mütərcim, 2014.-
C.1.- S.22.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
Aydın Kərim oğlu Əzimov (Aydın
Əzim Kərimoğlu) 1946-cı il may ayının
1-də Bakı şəhərində anadan olmuşdur.
1964-cü ildə A.Zeynallı adına Musiqi
Texnikumunun (indiki A.Zeynallı adına
Musiqi Kolleci) nəzəriyyə fakültəsini
bitirmiş, elə həmin il Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konserva-
toriyasının bəstəkarlıq fakültəsinə,
bəstəkar Qara Qarayevin sinfinə daxil
olmuş, 1972-ci ildə konservatoriyanı
bitirmişdir. 1976-cı ildən Azərbaycan
Bəstəkarlar İttifaqının üzvüdür.
1968-1996-cı illərdə Azərbaycan
Dövlət Teleradio Komitəsində çalışmış,
radionun Musiqi verilişləri baş redaksi-
yasında kiçik redaktor, böyük redaktor,
şöbə müdiri, radionun səsyazma evində
səs rejissoru, baş rejissor, Azərbaycan
Dövlət Teleradio Komitəsi bədii
kollektivlərinin və səsyazma evinin mü-
diri, “Azərbaycantelefilm” yaradıcılıq
birliyinin baş məsləhətçisi vəzifələrini
icra etmişdir.
1996-cı ilin sonundan Türkiyə Res-
publikası Mersin Universiteti Dövlət
Konservatoriyasına işləməyə dəvət
olunmuş, 2005-ci ilə qədər orada çalış-
mış, orada Bəstəkarlıq şöbəsini təşkil
etmişdir.
2005-ci ildən Bakı Musiqi Akade-
miyasının Bəstəkarlıq kafedrasının
professoru, eyni zamanda BMA-nın
elmi laboratoriyasının fəal əməkdaşıdır.
Azərbaycan bəstəkarlarının skripka
əsərlərindən ibarət skripka və fortepi-
ano üçün “Sonata-poema” əsərini yaz-
mış və bu 11 illik musiqi və incəsənət
məktəblərinin tədris proqramlarına sa-
lınmışdır.
“Həyatın dibində” simfonik lövhələr
(1991), simfonik orkestr üçün “Böyük
Romul” (1992), “Qaboy və vibrafon
üçün 2 pyes” (1992), “Ağılar” sim-
fonik quramalar (1994), “Qətl günü”
(1994), simfonik orkestr üçün 10 əsgər
marşı (1996-1998), Nazim Hikmətin
və Vaqif Səmədoğlunun sözlərinə vo-
kal silsilələr (1997), piano üçün varia-
siyalar (2001) və s. simfonik əsərlərin
müəllifidir. Bununla yanaşı görkəmli
bəstəkar bir sıra teatr tamaşalarına
(“Həyatın dibində” (1991), “Lənkəran
xanın vəziri” (1992), “Yayda qartopu
oyunu” (1993), “Qətl günü” (1994) və
s.) və kinofilmlərə (“Daş saat” (1975),
“Üzeyir ömrü” (1981), “Uşaq və külək”
(1982), “Ümid” (1995), “Naməlum
səs” (1997), “Qobustan” (1997), “Əmir
Teymur” (2003), “Yalan” (2006), “Sirr”
(2012) və s.) musiqilər bəstələmişdir.
“Əmanət” (1993), “Yay gecəsinin yu-
xusu” (1995) və “Karmen” (1995)
müzikllərinin müəllifidir.
Müstəqilliyimizin ilk dövrlərində
Müdafiə Nazirliyinin orkestrinin təşkil
olunmasında bəstəkarın da əvəzsiz
xidmətləri olmuşdur. Onun təklifi ilə
həmin orkestrə milli alətimiz olan on
zurnaçı daxil edilmişdir. Həmçinin Üze-
yir Hacıbəylinin Azərbaycan Respubli-
kasının Dövlət Himnini bərpa etmiş və
işləmişdir.
Aydın Kərim oğlu Əzimov
“Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi” fəxri adına layiq gö-
rülmüşdür.
70
illiyi
1
Bəstəkar
Musiqi.Opera.Balet
170
Teatr.Kino
Soltan Dadaşov
1906-1969
MA
Y
Soltan Baba oğlu Dadaşov (Zaki)
1906-cı il may ayının 27-də Bakı
şəhərində anadan olmuşdur.
Hələ gənc yaşlarından aktyorluq
sənətinə böyük maraq göstərmiş, 1920-
1921-ci illərdə Bakıdakı “Mərkəzi fəhlə
klubu”nun dram dərnəyinin ən fəal üzvü
kimi təbliğat və təşviqat briqadalarının
tərkibində Azərbaycanın əksər rayon-
larına səfər etmişdir. 1923-cü ildə milli
səhnə mədəniyyətimizi ixtisaslı kadrlar-
la təmin etmək məqsədilə açılmış Bakı
Teatr Məktəbinin (Texnikumunun) ilk
məzunlarından biri olmuşdur. 1924-
cü ildə Milli Dram Teatrının yardımçı
heyətində aktyorluq etmişdir. 1927-ci
ildə Moskvada Mərkəzi Teatr Sənəti
Texnikumunda oxumuş, təhsil aldığı
illərdə Böyük Teatrda təcrübə keçmiş,
A.Popov, A.Petrovski, B.Suşkeviç kimi
məşhur pedaqoqlardan dərs almışdır.
1931-ci ildə texnikumu bitirdikdən son-
ra Azərbaycana qayıtmış, Azərbaycan
Xalq Maarif Komissarlığının sərəncamı
ilə Opera Teatrına (indiki Azərbaycan
Dövlət Akademik Opera və Balet Te-
atrı) quruluşçu rejissor vəzifəsinə təyin
edilmişdir.
Ömrünün 38 ilini bu teatra
həsr
edən S.Dadaşov quruluş verdiyi və ha-
zırladığı tamaşalar sırasında “Leyli
və Məcnun”, “Əsli və Kərəm”, “Ko-
roğlu” (Ü.Hacıbəyli), “Şah İsmayıl”,
“Nərgiz”, (M.Maqamayev), “Demon”
(A.Rubinşteyn), “Traviata” (C.Verdi),
“Boris Qodunov” (M.Musorqski),
“Faks” (Ş.Qunu) və s. əsərlər, müxtəlif
illərdə Azərbaycan Musiqili Komediya
Teatrında “Arşın mal alan”, “O olma-
sın, bu olsun” (Ü.Hacıbəyli), “Durna”
(S.Rüstəm), Gənc Tamaşaçılar Teatrın-
da isə “Qaçaq Səməd” və başqa tama-
şalar hazırlamışdır. Rejissorun
quruluşu
əsasında 1938-ci ildə Aşqabad teatrında
Müslüm Maqomayevin “Şah İsmayıl”
operası təqdim edilmiş, tamaşa
mədəni
hadisə
kimi
qiymətləndirilmişdir.
Azərbaycan sirkinin yaradılmasında da
böyük xidmətləri olmuşdur. 1967-ci ildə
sirk proqramında milli folklorumuzun
bütün gözəlliklərini özündə əks etdirən
Novruz proqramı hazırlamışdır.
Uzun illər pedaqoji fəaliyyətlə
məşğul olan S.Dadaşov 1934-cü ildən
Azərbaycan Dövlət Teatr İnstitutunda
(indiki ADMİU) dərs demişdir. “Mirzə
Fətəli Axundzadə adına Lenin ordenli
Azərbaycan Dövlət Opera və Balet te-
atrı” və “Azərbaycan SSR Xalq artisti
Hüseynağa Hacıbababəyov” kitabının
müəllifidir.
Azərbaycan Teatrının inkişafındakı
əvəzsiz xidmətlərinə görə Qırmızı Əmək
Bayrağı ordeni və medallarla təltif olun-
muşdur. 1940-cı ildə “Azərbaycan SSR
Əməkdar incəsənət xadimi”, 1958-ci
ildə isə “Azərbaycan SSR Xalq artisti”
fəxri adlarına layiq görülmüşdür.
Soltan Dadaşov 1969-cu il sentyabr
ayının 7-də Bakı şəhərində vəfat etmiş-
dir.
27
Ə d ə b i y y a t
Azərbaycan teatrının
“Zaki” təxəllüslü
rejissoru: Teatrımızda
ilklərə imza atanlardan
biri //Azadlıq.- 2012.-
30 mart.- S.14.
Dadaşov Soltan
//Azərbaycan Sovet
Ensiklopediyası.-10
cilddə.- Bakı, 1979-
C.3.-S.313.
Fərəcov, S. Teatr sənəti
tariximizdən: Soltan
Dadaşov /S.Fərəcov
//Mədəniyyət.-2012.-
19 sentyabr.- S.14.
Rəhimli, İ. Dadaşov
Soltan //Rəhimli
İ.Azərbaycan Dövlət
Akademik Opera və
Balet Teatrı.- Bakı,
2008.- S.119-120.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.kinozal.az
www.mct.gov.az
110
illiyi
Rejissor
171
171
Milli Qəhrəmanlar
80
illiyi
Baxşeyiş Paşayev
1936-1992
MA
Y
Baxşeyiş Xanəhməd oğlu Paşayev
1936-cı il may ayının 1-də Ağdam rayo-
nunun Əhmədavar kəndində doğulmuş-
dur. Burada orta məktəbi bitirdikdən
sonra Ağdam Kənd Təsərrüfatı Texni-
kumuna daxil olmuş, 1954-cü ildə tex-
nikumu bitirərək, Ağdam Atçılıq Sov-
xozunda işləməyə başlamışdır. 1988-ci
ildə xalq hərəkatına qoşularaq “Qarabağ
Müdafiə Şahinləri” dəstəsinin ən fəal
döyüşçülərindən biri olmuşdur.
Qarabağ uğrunda gedən döyüşlərdə
böyük şücaətlər göstərmişdir. Ağ-
dam rayon Xramort kəndinin erməni
təcavüzkarlarından təmizlənməsi za-
manı xüsusi fərqlənmişdir. “Ağsaqqal”
ləqəbi ilə tanınan döyüşçü peşəkar atı-
cı olduğundan quldurların xeyli canlı
qüvvəsini məhv etmiş, dəfələrlə Fərrux,
Xanabad, Naxçıvanik, Aranzəmin
kəndlərinə kəşfiyyata getmişdir. 1992-
ci il Xocalı faciəsi zamanı onlarla dinc
sakini xilas etmişdir.
1992-ci il iyul ayının 12-də erməni
işğalçıları Xanabad kəndinə böyük
qüvvə ilə hücuma keçmişlər. Əks hü-
cumla başda Baxşeyiş Paşayev olmaq-
la döyüşçülərimiz düşmənin 7 postu-
nu ələ keçirmişdir. Lakin gərgin keçən
döyüşlərdə qəhrəmancasına həlak ol-
muş, Ağdam rayonunun Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidenti-
nin 7 dekabr 1992-ci il tarixli 350 saylı
Fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd
oğluna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Paşayev Baxşeyiş Xanəhməd oğlu-bölük komandiri- Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc
əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7
dekabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 24.- S.50.- (Ölümündən sonra).
Abbasoğlu, B. Ermənilərin qənimi /B.Abbasoğlu //Ölərkən dünyaya gələn oğullar.- Bakı, 2004.- S.95-109.
Əsgərov, V. Paşayev Baxşeyiş Xanəhməd oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.-
S.237.
Paşayev Baxşeyiş Xanəhməd oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası;
tərt. H.Həmidova.- Bakı, 2008.- S.170-171.
Seyidzadə, M. Paşayev Baxşeyiş Xanəhməd oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.183.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
1
Milli Qəhrəman
172
MA
Y
18
Milli Qəhrəmanlar
55
illiyi
İlham Əliyev
1961-1990
MA
Y
İlham Müzəffər oğlu Əliyev 1961-
ci il may ayının 5-də Gədəbəy rayo-
nunda anadan olmuşdur. Orta məktəbi
1978-ci ildə bitirmiş, 1980-ci ildə hərbi
xidmətə çağırılmışdır. 1982-ci ildə or-
dudan tərxis olunduqdan sonra Gədəbəy
rayonunda
Kommunal
Təsərrüfat
İdarəsində, sonra isə İsmayıllı rayonun-
da mexanikləşdirilmiş dəstədə çalışmış-
dır. 1983-cü ildə Daxili İşlər Nazirliyi-
nin (DİN) təyinatı ilə İsmayıllı rayon
Daxili İşlər Şöbəsinə (DİŞ) qəbul edil-
miş, bir müddətdən sonra işini Gədəbəy
rayon DİŞ-nin mühafizə bölməsinə
dəyişmişdir. 1985-ci ildə Bryansk Xü-
susi Orta Milis Məktəbinə daxil olmuş,
təhsilini bitirdikdən sonra 1987-ci ildə
Gədəbəy rayonunda sahə müvəkkili,
Gəncə şəhər DİŞ-də sahə müfəttişi,
sonra isə cinayət-axtarış bölməsində
əməliyyatçı vəzifələrində çalışmışdır.
Rəhbərlik tərəfindən dəfələrlə mükafat-
landırılmış, “Milis əlaçısı” döş nişanına
layiq görülmüşdür.
1988-1990-cı illərdə erməni quldur-
ları müxtəlif səmtlərdən Azərbaycanın
ayrı-ayrı bölgələrinə silahlı basqınlar
edir, dinc əhalini gülləbarana tuturdular.
19 avqust 1990-cı il tarixində Qazax ra-
yonunun Ermənistanla həmsərhəd olan
Aşağı Əskipara kəndi fasiləsiz olaraq
erməni yaraqlıları tərəfindən atəşə tutul-
muş və leytenant İlham Əliyev torpaqla-
rımızın müdafiəsinə göndərilmişdir. Ağır
döyüşdə qəhrəmancasına həlak olmuş,
Gədəbəy rayonunda dəfn edilmişdir.
Azərbaycan Respublikası Preziden-
tinin 6 iyun 1992-ci il tarixli 831 saylı
Fərmanı ilə İlham Müzəffər oğlu Əliyev
ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adına layiq görülmüş-
dür. “Qırmızı Ulduz” ordeni ilə təltif
edilmişdir.
Gədəbəy şəhərindəki 1 saylı orta
məktəb qəhrəmanın adını daşıyır.
Məktəbin önündə İlham Əliyevin büstü
qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Əliyev İlham Müzəffər oğlu - Gəncə şəhəri PDİŞ Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, milis leytenantı - Azərbaycan Res-
publikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik
və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 6 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-
1992.- №13.- S.24.- (Ölümündən sonra).
Əliyev İlham Müzəffər oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası; tərt.
ed. H.Həmidova.- Bakı, 2008.- S.60.
Əsgərov, V. Əliyev İlham Müzəffər oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.84.
Seyidzadə, M. Əliyev İlham Müzəffər oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.59.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
5
Milli Qəhrəman
173
Milli Qəhrəmanlar
50
illiyi
Elşad Yəhyayev
1966-1992
MA
Y
Elşad
Məmmədhənifə
oğlu
Yəhyayev 1966-cı il may ayının 5-də
Şəki şəhərində anadan olmuşdur.
1973-cü ildə orta təhsilinə Şəkidəki
12 saylı məktəbdə başlamış, lakin
1977-ci ildə ailəsinin Bakıya köçməsi
ilə əlaqədar olaraq təhsilini Xətai ra-
yonundakı 56 saylı orta məktəbdə başa
vurmuşdu.
1984-1986-cı illərdə hərbi xidmətdə
olmuşdur. 1987-ci ildə Saratov Ali
Hərbi Komandirlər Məktəbinə daxil
olmuş, 1991-ci ildə leytenant rütbəsi
ilə Vətənə dönmüşdür. Elşad könüllü
olaraq DİN-ə müraciət etmiş və onu
N saylı hissəyə taqım komandiri təyin
etmişlər. Cəsur komandir Sırxavənd,
Naxçıvanik, Papravənd kəndlərində
gedən döyüşlərdə iştirak edərək azğın
ermənilərə öz şücaətini göstərmiş, xeyli
qulduru məhv etmişdir. 20 iyun 1992-ci
ildə Naxçıvanik kəndində gedən qaynar
döyüşlərdə Elşad xeyli düşməni məhv
etmiş, lakin qəfil snayper gülləsi alaraq
qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 8 oktyabr 1992-ci il tarixli
264 saylı Fərmanı ilə Yəhyayev Elşad
Məmmədhənifə oğluna olümündən
sonra “Azərbaycanın Milli Qəhrəmanı”
adı verilmişdir. Bakı şəhərinin Şəhidlər
Xiyabanında dəfn edilmişdir.
Şəki rayonundakı 12 saylı məktəb
qəhrəmanın adını daşıyır. Bakı
şəhərindəki 56 saylı orta məktəbdə isə
onun büstü qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Yəhyayev Elşad Məmmədhənifə oğlu - daxili qoşunların poçta komandiri - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlü-
yünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublika-
sı Prezidentinin Fərmanı, 8 oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).
Əsgərov V. Yəhyayev Elşad Məmmədhənifə oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.-
S. 190.
Seyidzadə M. Yəhyayev Elşad Məmmədhənifə oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.218.
Yəhyayev Elşad Məmmədhənifə oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /M.F.Axundov adına Azərbaycan Milli Kitabxa-
nası; tərt.ed. H.Həmidova.- Bakı, 2008.- S.199-200.
İnternetdə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
5
Milli Qəhrəman
174
Milli Qəhrəmanlar
40
illiyi
İlham Həsənov
1976-1995
MA
Y
İlham Gülbala oğlu Həsənov 1976-cı
il may ayının 6-da Ağstafa rayonunun
Xətai kəndində anadan olmuşdur.
1994-cü ilin sentyabrında Milli Or-
duya çağırılan İ.Həsənov Bakıda hərbi
hissələrin birində xidmətə başlamışdır.
1995-ci ilin 13 martında bir qrup
silahlı dəstə xəyanət yolunu tutaraq,
dövlət çevrilişinə cəhd göstərdi. Təbii ki,
dövlətçiliyimiz naminə bu cəhdin qarşısı
vaxtında alınmalı idi və alındı da! Artıq
mart ayının 17-də qiyamçı dəstə təmamilə
tərksilah edilmişdi. Çox təəssüf ki, bu
çətin əməliyyat neçə-neçə Vətən oğlu-
nun qanı bahasına başa gəlmişdi. Həmin
qarşıdurmada öz vətəndaşlıq borcunu
vicdanla yerinə yetirən İlham Həsənov
qarşı tərəfdən atılan güllə ilə həlak oldu.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 saylı
Fərmanı ilə Həsənov İlham Gülbala oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adı verilmişdir.
Ağstafa şəhərinin Şəhidlər Xiyaba-
nında dəfn edilmişdir.
Ağstafa rayonunda İlham Həsənovun
adına küçə var.
Dostları ilə paylaş: |