Kbt я25 uot (059) Baş redaktor



Yüklə 16.85 Mb.
Pdf просмотр
səhifə1/68
tarix11.06.2017
ölçüsü16.85 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   68

KBT  Я25

UOT (059)

Baş redaktor: 

Kərim Tahirov,

professor, 

Əməkdar mədəniyyət işçisi

Məsul katib:    

    Nailə Alışova 

 

Redaktor:    Gülbəniz Səfərəliyeva, 

 

      Əməkdar mədəniyyət işçisi       

 

Əlamətdar və tarixi günlər təqvimi - 

2017 /M.F.Axundov ad. Azərbaycan 

Milli Kitabxanası;  baş red. K.Tahirov; 

red. G.Səfərəliyeva; məsul  katib 

 

N.Alışova.- Bakı, 2016.- 420 s.

ISBN 978 9952 504 47 7 

© 

Azərbaycan Milli Kitabxanası, 2016.

2017


ƏZİZ OXUCULAR!

Sizə  təqdim etdiyimiz “Əlamətdar və tarixi günlər 

təqvimi” 1961-ci ildən  nəşr edilir. 1970-ci ilin oktyabr ayın-

dan 


“Kitabxana işçisinə kömək” adı ilə çap olunan vəsaitin 

nəşri 1992-ci ildə dayandırılmış, 2005-ci ildən isə yenidən 

“Əlamətdar və tarixi günlər təqvimi” adı ilə çap olunmağa 

başlanmışdır.

Bu illər ərzində təqvim daha da təkmilləşdirilmiş, möv-

zu üzrə bölmələrin sayı artırılaraq həcmi genişləndirilmiş, 

əhatəli məlumat mənbəyi kimi formalaşdırılmışdır. 

Təqvimi nəşr etməkdə məqsəd geniş oxucu kütləsinə və 

mütəxəssislərə respublikanın ictimai-siyasi, iqtisadi, mədəni, 

elmi həyatında baş verən mühüm əlamətdar hadisələri və baş-

qa dəqiqləşdirilmiş  məlumatları çatdırmaqdır. Mədəniyyət 

işçiləri, müəllimlər, kütləvi informasiya vasitələri və əsasən 

də kitabxana işçiləri üçün nəzərdə tutulan bu vəsaitin hər bu-

raxılışının müqəddiməsində nəşrin məzmunu, forması geniş 

şəkildə açılır. 

Təqvimin bu dəfəki sayı dahi Azərbaycan şairi, mütəfək-

kiri və ictimai-siyasi xadimi Molla Pənah Vaqifin 300 illik 

yubileyinə həsr olunmuşdur. 

Mоlla Pənah Vaqif XVIII əsr Azərbaycan ədəbiyyatının 

görkəmli nümayəndələrindən biridir. Vaqif yaradıcılığı ilə 

Azərbayçan şеiri tarixində yеni bir dövr başlanmış, Vaqif liri-

kası ilə pоеziyada yеni bir səhifə açılmış, pоеziyamızda nik-

bin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş 

hissləri qüvvətlənmişdir.

2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proq-

ramı  çərçivəsində Qazaxıstan,  İran və Türkiyənin dəstəyi 

ilə ölkəmizin təklifi  əsasında böyük şair və mütəfəkkir 

İmadəddin Nəsiminin (1369-1417) vəfatının 600, Molla 

Pənah Vaqifin anadan olmasının 300 (1717-1797), eləcə də 

Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınması-

nın 200 (1817) illik yubileyləri qeyd ediləcək.  

Qeyd etmək lazımdır ki, YUNESKO-nun yubileylər 

proqramına təqdim edilən şəxsiyyətlər və hadisələr təsadüfi 

seçilmir. Belə ki, Molla Pənah Vaqifin 300 illik yubileyinin 

beynəlxalq səviyyədə qeyd edilməsi ilə M.P.Vaqifin yaşa-

yıb yaratdığı Qarabağ xanlığının tarixinin canlandırılması 

nəzərdə tutulur.

Təqvimdə Molla Pənah Vaqifin həyat və fəaliyyətinə dair 

zəngin məlumatlar öz əksini tapmışdır.


Təqvimdə 2017-ci ildə yubileyləri qeyd olunacaq görkəmli  şəxsiyyətlər haqqında məlumatlar və 

əlamətdar hadisələr aşağıdakı bölmələr üzrə verilmişdir: 



Milli ədəbiyyat; Folklor; Dünya ədəbiyyatı; Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq; Musiqi. Ope-

ra. Balet; Teatr. Kino; Milli Qəhrəmanlar; Siyasət. Hərbi iş; Tarix; Fəlsəfə.  İqtisadiyyat. Hüquq; 

Mədəniyyət. Maarif. Təhsil; İdman; Coğrafiya. Geologiya; Riyaziyyat. Fizika. Astronomiya; Kimya.

Biologiya. Tibb; Texnika; Kitabxanaşünaslıq. Biblioqrafiya; Tarixdə bu gün.

Təqvimə milli və dünya ədəbiyyatının, incəsənətin, elmin, texnikanın və müxtəlif elm sahələrinin ən 

görkəmli nümayəndələri, eləcə də tarixi hadisələr haqqında məlumatlar daxil edilmişdir. 

Hər bir məlumatda yubileyi qeyd olunacaq şəxsin doğulduğu gün, ay, il, əlamətdar hadisənin                 

başvermə tarixi göstərilmişdir.

2017-ci ildə qeyd olunacaq, lakin tarixi dəqiq bilinməyən yubileylər haqqında “Əlavələr”  bölməsindən 

məlumat əldə etmək olar.

Oxucuların təqvimdən istifadəsini asanlaşdırmaq məqsədilə hər ayın ilk səhifəsində mündəricat ve-

rilmiş, təqvimin sonunda isə köməkçi əlifba göstəricisi tərtib edilmişdir. 

Təqvim materialları üçün ədəbiyyat seçilərkən ən yeni və məzmunca uyğun kitablara, jurnal və qəzet 

məqalələrinə, ən çox müraciət olunan internet resurslarına və Milli Kitabxananın nəşrlərinə üstünlük 

verilmişdir.

Nəşrlə bağlı rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı 

bildirir, fikir və iradlarını Azərbaycan Milli Kitabxanasına göndərmələrini xahiş edirik.



Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 57;

Е-ma

il: metodik@anl.az

  Təqvim - 2017

3

Yaponiyada və digər Şərq ölkələrində qəbul edil-

miş təqvimə əsasən 12 illik dövr daxilində hər bir il 

müəyyən heyvan işarəsi altında keçir. Şərqdə çox 

məşhur olan bu təqvimə  əsasən 2017-ci il Xoruz 

(ədabaz) ilidir. Xoruz ilində dünyaya gələnlərin xa-

rakteri aşağıdakı kimidir: 

Xoruz xəyalpərvərdir

.

 

O, ağzına gələni danış-



maqdan çəkinmir və bəzən özünü təcavüzkar apa-

rır. Açıqürəkli və  səmimi olub sözü üzə deyəndir. 

Düşündüyünü deyir. Bu, Xoruzu eqoizmə aparır. 

Başqalarının zəifliklərini bağışlamır, güzəştə get-

mir; elə ona görə  də diplomatik karyeraya doğru 

yola bağlıdır. 

Xoruz mühafizəkardır. Hətta özünə ziyanlı olsa 

da, tamamilə haqlı olduğunu güman edir. Heç kimə 

etibar etmir, yalnız özünə bel bağlayır. Eyni zaman-

da səxavətlə məsləhətlər verir.

Xoruz mücərrəd, boş xəyallara qapılaraq özünü 

qəhrəman kimi təsəvvür edir. O, filosofdur, ancaq 

burnundan uzağı görmür.

Xoruz utancaq deyil, əksinə igid və cəsarətlidir. 

Lazım gəlsə öz həyatını riskə qoya bilir. Ondan 

yaxşı döyüşçü çıxır.

Əslində lovğa olub, iş görməkdən daha çox da-

nışır.  İntim münasibətlərdən daha çox cəmiyyət 

arasında zahirən parlamağa üstünlük verir. Böyük 

zəhmətkeşdir. Çox vaxt öhdəsinə gücü çatandan ar-

tıq iş götürür.

Xoruz pulu ağır əməklə qazanır.

Uğurlu fəaliyyət sahəsinə düşsə, var-dövlət də 

qazana bilər.



Xoruz ili

Ə d ə b i y y a t 

Xoruz ili //Ulduzlar və talelər.- Bakı, 2010.- S.142.

Xoruz ili //Ulduz falları: Druidlərin falı. Qərb zodiak falı. Şərq Yapon falı. Şərq Çin falı /tərc. ed.: İ.İsgəndərov, 

M.İsgəndərova; red. T.Məmmədov.- Bakı, 2006.- S.76-77. 

Xoruz ili //Bürclər taleyimizdən xəbər verir /tərc. və tərt. ed. R.Nəbioğlu.- Bakı, 2010.- S.146-147.

Xoruz hamının diqqət mərkəzində olmağı se-

vir. Çox xəyalpərvər olsa, avara-filosofa çevrilər 

ki, bu da özünə diqqəti cəlb etməyin bir üsulu-

dur.

Xoruz kənd təsərrüfatına meyillidir, insanlar-



la işləməyi sevir. Çox bədxərcdir; qazandığını 

daima xərcləyir. Çox vaxt müflisləşmə, yoxsul-

laşma ilə üzləşir. Heç vaxt qənaətcil ola bilmir.

Sevgidə istədiyi adamı  çətinliklə  əldə edib 

saxlaya bilir.

Kişi-Xoruz qadınların cəmiyyətini xoşlayır.

Xoruz ailəcanlı və mühafizəkar Öküzlə xoş-

bəxt olacaq. O, İlanla birlikdə filosofluq edəcək. 

Əgər vasitəçi ilə  hərəkət etsə  Əjdahadan və 

xüsusilə bu Əjdaha-qadındırsa, tamamilə ondan 

razı qalacaq. Pişikdən uzaq qaçmalıdır. O, Xoru-

zun ədabazlığına nifrət edir.

 Xoruzun həyatının hər üç mərhələsində həm 

maliyyə cəhətdən, həm də hissiyyat baxımından 

qabarma və çəkilmələr olacaq. Onun həyatı yox-

sulluqdan zənginliyə doğru, ideal məhəbbətdən 

sevginin  ən yaramaz təzahürlərinə  qədər 

dəyişəcək. Lakin qocalığı xoşbəxt olacaq.



Y

ANV

AR

Yеni il (01.01)

• 

Ümumxalq hüzn günü (20.01.1990)

• 

Azərbaycanın ATƏT-ə üzv qəbul 

• 

olunmasının (30.01.1992) 25 illiyi

Gömrük İşçiləri Günü (30.01.1992)

• 

22 dekabr-  

20 yanvar

Oğlaq bürcünün 

ünsürü torpaq, 

planeti Saturn, 

düşərli günü 

çərşənbə axşamı, 

şənbə, düşərsiz 

günü bazar ertəsi

cümə axşamıdır. 

Metalı dəmir, 

uğurlu rəngi tünd-

yaşıl, qara, göy, 

uğursuz rəngi ağdır. 

Uğurlu daşı rubin, 

oniks, enerji verən 

çiçəyi ağ qərənfil, 

qara lalə, uğurlu 

rəqəmi isə 3 və 

5-dir. 

 

 



 

B.

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B.

B.E. 


Ç.A.







10 


11 

12 


13 

14 


15 

16 


17 

18 


19 

20 

21 


22 

23 


24 

25 


26 

27 


28 

29 


30

31

300 il



1717-1797

Molla Pənah Vaqif

Vaqifin vəfatından 200 il sonra biz Şuşada onun məzarı 

üzərində  əzəmətli bir məqbərə ucaltdıq. Bu, həm Vaqi-

fin yaradıcılığına, həm də, ümumiyyətlə,  ədəbiyyata,  şeirə, 

mədəniyyətə olan münasibətimiz idi. 

Molla Pənah Vaqif Azərbaycan xalqının fəxri, böyük şa-

irimizdir.

Heydər Əliyev, 

Azərbaycan xalqının ümummilli lideri

5

Milli ədəbiyyat

Yаzıçı Qаsımоv Əlfi Səhlik oğlunun (05.01.1927-12.03.1985) аnаdаn 

оlmаsının 90 illiyi 

Əməkdаr incəsənət хаdimi, yаzıçı Bаbаnlı Vidаdi Yusif oğlunun 

(05.01.1927) аnаdаn оlmаsının 90 illiyi

Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Axundlu Yavuz 

İbrahimxəlil oğlunun (07.01.1927) аnаdаn оlmаsının 90 illiyi

Yazıçı, tənqidçi, pedaqoq Sadıqzadə Hüseyn Mirkazım oğlunun (Seyid 

Hüseyn ) (25.01.1887-01.08.1938) аnаdаn оlmаsının 130 illiyi

Filologiya elmləri doktoru, professor, tənqidçi Məmmədli Cahangir 

Əbdüləli oğlunun (26.01.1942) аnаdаn оlmаsının 75 illiyi

Folklor 

Aşıq Hacıyev Şakir Şahverdi oğlunun (Aşıq Şakir) (24.01.1922-

10.04.1979) аnаdаn оlmаsının 95 illiyi

Dünya ədəbiyyatı

Frаnsız drаmаturqu Mоlyеr Jan Batistin (15.01.1622-16.02.1673) аnаdаn 

оlmаsının 395 illiyi

Bеynəlхаlq Sülh mükаfаtı lаurеаtı, türk şаiri, ictimai xadim Nаzim Hikmət 

Rаnın (20.01.1902-03.06.1963) аnаdаn оlmаsının 115 illiyi

Rus yazıçısı Katayev Valentin Petroviçin (28.01.1897-12.04.1986) аnаdаn 

оlmаsının 120 illiyi

Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq

Əməkdar inşaatçı Ələsgərov Hənifə Əlisgəndər oğlunun (01.01.1912-1991) 

anadan olmasının 105 illiyi

Rəssаm, boyakar və qrafika ustası  Kəngərli Bəhruz (Şamil)  Şirəlibəy 

oğlunun (22.01.1892-07.02.1922) аnаdаn оlmаsının 125 illiyi

Əməkdar memar Fərəcov Fərəc Səttar oğlunun (27.01.1912-07.09.1990) 

аnаdаn оlmаsının 105 illiyi

Musiqi. Opera. Balet

Хаlq  аrtisti, prоfеssоr, piаnоçu Səfərəliyеvа Kövkəb Kamil qızının 

(03.01.1907-27.06.1985) аnаdаn оlmаsının 110 illiyi

Naxçıvan MR-nın Əməkdar artisti, müğənni Qubadov Hüsnü Baba oğlunun 

2017

YANVAR

9

10



14

11

12



13

15


6

(04.01.1922-13.08.1991) аnаdаn оlmаsının 95 illiyi

Əməkdar incəsənət xadimi, tarzən Mansurov Mirzə Mansur Məşədi Məlik 

oğlunun (05.01.1887-30.06.1967) аnаdаn оlmаsının 130 illiyi

Əməkdаr incəsənət  хаdimi, musiqişünаs  Аbаsоvа  Еlmirа  Əbdülhəmid 

qızının (10.01.1932-12.02.2009) аnаdаn оlmаsının 85 illiyi

Хаlq аrtisti, rəqqasə Məlikоvа Аfаq Süleyman qızının (18.01.1947) аnаdаn 

оlmаsının 70 illiyi

Xalq artisti, dirijor Abdullayev Kamal Cahanbaxış  oğlunun (18.01.1927-

05.12.1997) аnаdаn оlmаsının 90 illiyi

Хаlq аrtisti, rəqqаs Məmmədоv Böyükаğа Mircəfər oğlunun (23.01.1927) 

аnаdаn оlmаsının 90 illiyi

Хаlq аrtisti, balerina Vəkilоvа Lеylа Məhəd qızının (29.01.1927-20.02.1999) 

аnаdаn оlmаsının 90 illiyi

Avstriya bəstəkarı  Şubert Frans Peterin (31.01.1797-19.11.1828) аnаdаn 

оlmаsının 220 illiyi



Teatr. Kino

Xalq artisti, aktyor Mirzəyev Mikayıl Şahvələd oğlunun (Mikayıl Mirzə) 

(01.01.1947-03.06.2006) аnаdаn оlmаsının 70 illiyi

Хаlq аrtisti Zеynаlоv Еldəniz Məmməd oğlunun (01.01.1937-05.11.2002) 

аnаdаn оlmаsının 80 illiyi

SSRİ  Хаlq  аrtisti Hacıyev  İsmаyıl Yusif oğlunun (İsmayıl Dаğıstаnlı) 

(06.01.1907-01.04.1980) аnаdаn оlmаsının 110 illiyi

Milli Qəhrəmanlar

Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Şirin Vəli oğlunun (05.01.1947-

09.09.1992) аnаdаn оlmаsının 70 illiyi

Azərbaycanın Milli Qəhrəmanı  Səfərov Cəlil  Əziz oğlunun (28.01.1962-

15.05.1992) аnаdаn оlmаsının 55 illiyi

Siyasət. Hüquq. Hərbi iş

Əməkdаr həkim, tibb elmləri doktoru, prоfеssоr Əliyеv Əziz Məmmədkərim 

oğlunun (01.01.1897-27.07.1962) аnаdаn оlmаsının 120 illiyi 

Hüquq elmləri doktoru, professor Mövsümov Cəfər Hacı  Həsən oğlunun 

(01.01.1927-22.05.2005) anadan olmasının 90 illiyi

Dövlət  хаdimi  Ахundоv Ruhullа  Əli oğlunun (01.01.1897-21.04.1938) 

аnаdаn оlmаsının 120 illiyi

Görkəmli dövlət xadimi Rəfibəyli Xudadat bəy  Ələkbər bəy oğlunun 

(12.01.1877-01.06.1920) аnаdаn оlmаsının 140 illiyi 

ABŞ dövlət xadimi Ruzvelt Franklin Delanonun (30.01.1882-12.04.1945) 

аnаdаn оlmаsının 135 illiyi

Tarix

Akademik Sumbаtzаdə Əlisöhbət Sumbat oğlunun

 (21.01.1907-28.01.1992) 

а

nаdаn оlmаsının 110 illiyi



28

20

19



18

17

21



22

23

24



25

26

16



27

7

Fəlsəfə. İqtisadiyyat

Akademik Məlikov Firuz Əli oğlunun (07.01.1902-12.11.1965) аnаdаn 

оlmаsının 115 illiyi

Akademik Babayev Məhərrəm Pirverdi oğlunun (13.01.1937) anadan 

olmasının 80 illiyi

Görkəmli neftçi, professor Tağıyev Eyyub İsmayıl oğlunun (27.01.1912-

1967) anadan olmasının 105 illiyi

Riyaziyyat. Fizika. Astronomiya

Akademik Quliyev Hətəm Hidayət oğlunun (06.01.1947) anadan olmasının 

70 illiyi

Coğrafiya. Geologiya

Akademik Məmmədov Qərib Şamil oğlunun (06.01.1947) anadan olmasının 

70 illiyi 

Akаdеmik Qаşqаy Mirəli Seyidəli oğlunun (07.01.1907-23.04.1977) аnаdаn 

оlmаsının 110 illiyi

Akademik Məmmədov Pərviz Ziya oğlunun (12.01.1937) anadan olmasının 

80 illiyi

Kimya. Biologiya.Tibb

Biologiya elmləri doktoru, professor Ağabəyli Rəna Ağaxan qızının 

(03.01.1942) аnаdаn оlmаsının 75 illiyi 

Akademik Salmanov Məmməd  Əhəd oğlunun (12.01.1932) anadan 

olmasının 85 illiyi

AMEA-nın müxbir üzvü Babanlı Məhəmməd Baba oğlunun (22.01.1952) 

anadan olmasının 65 illiyi

Tibb elmləri doktoru, professor Axundov İsmayıl  Əbdülxalıq oğlunun 

(25.01.1897-22.03.1952) аnаdаn оlmаsının 120 illiyi

Mühəndis işi. Texnika

AMEA-nın müxbir üzvü, Əməkdar mühəndis Abdullayev Əsgər  Ələkbər 

oğlunun (01.01.1927-1998) anadan olmasının 90 illiyi

Əməkdar mühəndis  Əzizov Tofiq Müseyib oğlunun (18.01.1932-1998) 

аnаdаn оlmаsının 85 illiyi

Tarixdə bu gün

Yеni il (01.01)

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə diplomatik əlaqələr 

qurmasının (07.01.1992) 25 illiyi

Krasnovodskdan Bakıya üzən sərnişin bərəsinin erməni terrorçuları 

tərəfindən partladılması nəticəsində 25 nəfər ölmüş, 88 nəfər yaralanmışdır 

(08.01.1992)

31

30



29

33

32



34

8

Dünya Qoruqlar və Milli Parklar Günü (11.01.)

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun qüvvəyə 

minməsinin (14.01.1992) 25 illiyi

Azərbaycan Milli Olimpiya Komitəsinin təsis edilməsinin (14.01.1992) 25 

illiyi


Ümumxalq hüzn günü (20.01.1990)

ABŞ-ın Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımasının 

(23.01.1992) 25 illiyi

Şuşa yaxınlığında Daşaltı əməliyyatı keçirilmişdir (26.01.1992)

1992-ci ildən ABŞ-da Azərbaycana qarşı tətbiq edilən qadağının - 

“Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin qüvvədən düşməsi barədə 

sənəd imzalanmışdır (26.01.2002)

“Ağdam-Şuşa” marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotu Şuşa şəhəri 

yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur (28.01.1992)

Gömrük İşçiləri Günü (29.01.1992)

Azərbaycanın ATƏT-ə üzv qəbul olunmasının

 

(30.01.1992) 25 illiyi



Şamaxıda böyük dağıntı və tələfat törədən zəlzələnin (31.01.1902) 115-ci 

ildönümü


35

36

37



9

Milli ədəbiyyat

90  

illiyi

Əlfi Qаsımоv 

1927-1985 

Y

ANV

AR

Əlfi  Səhlik oğlu Qasımov 1927-ci 

il yanvar ayının 5-də  Ağdam rayonu-

nun Poladlı  kəndində anadan olmuş-

dur.  Şelli-Qaradağlı  kəndinin yeddiil-

lik məktəbini bitirdikdən sonra Ağdam 

Pedaqoji Texnikumunda təhsil almış-

dır. 1943-1944-cü illərdə Ağcabədi ra-

yonunda Xocavənd və Boyad kənd 

məktəblərində müəllim işləmişdir. 

1944-1946-cı illərdə  Ağdamda iki-

illik Müəllimlər  İnstitutunda təhsilini 

davam etdirmiş, 1946-cı ildə ADU-

nun jurnalistika fakültəsinə daxil ol-

muşdur. Universiteti bitirdikdən sonra 

“Azərbaycan müəllimi” qəzetində xü-

susi müxbir, şöbə müdiri və redaktor 

müavini vəzifələrində işləmişdir. 1958-

1966-cı illərdə “Ədəbiyyat və incəsənət” 

qəzetində  məsul katib, 1966-1983-cü 

illərdə Azərbaycan SSR Dövlət Poliq-

rafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri 

Komitəsində  nəşriyyatlar idarəsinin 

rəisi, baş redaktor vəzifələrində çalış-

mışdır. 1956-cı ildən Azərbaycan Yazı-

çılar Birliyinin üzvü olmuşdur.

1983-cü ilin fevralından ömrü-

nün sonuna kimi Azərbaycan Dövlət 

Nəşriyyatında bədii  ədəbiyyat redaksi-

yasının müdiri vəzifəsində  işləmişdir. 

Uzun müddət Azərbaycan Dövlət Tele-

viziyasında “Kitablar aləmi” verilişinin 

aparıcısı olmuşdur.

Əlfi Qasımov  ədəbi yaradıcılığa ilk 

dəfə 1945-ci ildə Ağdamda Müəllimlər 

İnstitutunda oxuyarkən başlamış, “Xalq 

arzusu” adlı ilk şeiri Ağdamda çıxan 

“Lenin yolu” qəzetində  dərc edilmiş-

dir. Universitetdə oxuduğu illərdə  də 

Ə.Qasımovun  şeirləri respublikanın 

müxtəlif qəzet və jurnallarında çap edil-

mişdir.


Yazıçının “Əriməzin  ətəklərində” 

adlı ilk oçerklər kitabı 1954-cü ildə çap-

dan çıxmış, sonralar “Şagird briqadala-

rı” (1960), “Odlu ürək” (1962), “Dnepr 

qəhrəmanı” (1963), “Ulduz karvanı” 

(1967), “Saçlar ağarsa da” (1970) adlı 

kitabları nəşr olunmuşdur.Əlfi Qasımov, 

həmçinin, “Adilənin taleyi” romanının 

(1960), “Məni qınamayın” (1968) adlı 

povest və hekayələr kitabının, “Qızbu-

runda tək məzar” (1970) adlı  sənədli 

povestin və s. əsərlərin müəllifidir. 

Yazıçının çoxsaylı oçerk, hekayə, 

povest və roman kitabları, həmçinin 

tərcümələləri və  tərtib etdiyi digər ki-

tabları nəşr olunub. Əsərləri rus, qırğız, 

türkmən və tacik dillərinə tərcümə edi-

lib.


Görkəmli yazıçı Əlfi Qasımov 1985-

ci il mart ayının 12-də Bakı  şəhərində 

vəfat etmişdir.

Ə d ə b i y y a t 

İnsan qaranquş deyil: povestlər və hekayələr /Əlfi Qasımov.- Bakı: Gənclik, 1981.- 962 s.

Toy gecəsi: romanlar /Əlfi Qasımov; [red. O.Salamzadə].-Bakı: Yazıçı, 1985.- 382, [2] s.

Vətən çağıranda: sənədli hekayələr /Əlfi Qasımov; [red. Z. Qiyasbəyli].- Bakı: Azərnəşr, 1975.- 225  s.

Quliyeva, S. Müasir Azərbaycan nəsrində sosial-psixoloji və mənəvi-əxlaqi problemlərin bədii inikası (Əlfi Qasımovun yaradıcılığı 

əsasında): filol. e. üzrə fəls. d-ru al. dər. a. üçün təq. ol. dis-nın avtoreferatı: 10.01.01 /S.Ş.Quliyeva; Azərb. Resp. Təhsil Nazirliyi, BDU.-

Bakı, 2010.- 27 s.

Əlfi Qasımov //Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə): Ensiklopedik məlumat kitabı.- Bakı, 2011.- S.266.

Unutmadığımız qəhrəman obrazlarının müəllifi: 80-ci illərin nostaljisini yaşadanlardan biri //Azadlıq.- 2013.- 18 may.- S.14.

İ n t e r n e t d ə

http://www.azadliq.info/30815.html

 https://az.wikipedia.org/wiki/Əlfi_Qasımov

Yazıçı

5


10

Milli ədəbiyyat

90 

illiyi

Vidаdi Bаbаnlı 

1927 

Y

ANV

AR

Vidadi Yusif oğlu Babanlı 1927-ci 

il yanvar ayının 5-də Qazax rayonunun 

Şıxlı (indiki Muğanlı) kəndində, müəllim 

ailəsində doğulmuşdur. Kənddə orta 

məktəbi bitirdikdən sonra 1944-1949-cu 

illərdə ADU-nun fılologiya fakültəsində 

təhsil almışdır. Bir il Sabirabad şəhər 

orta məktəbində müəllim işləmiş, Ba-

kıya köçdükdən sonra “Azərbaycan 

müəllimi” qəzeti redaksiyasında  ədəbi 

işçi vəzifəsində çalışmışdır.

Moskvada M.Qorki adına Ədəbiyyat 

İnstitutunda təhsil almağa göndərilmiş, 

aspiranturaya daxil olsa da, səhhəti 

üzündən təhsilini yarımçıq qoyaraq Ba-

kıya qayıtmalı olmuşdur. 

1954-1960-cı illərdə  “Ədəbiyyat 

qəzeti” redaksiyasında ədəbi işçi, sonra 

isə şöbə müdiri vəzifəsində işləmişdir. 

1961-1968-ci illərdə “Azərbaycan” 

jurnalı redaksiyasında Nəsr  şöbəsinə 

başçılıq etmiş, 1974-1976-cı illərdə 

C.Cabbarlı adına “Azərbaycanfılm” ki-

nostudiyasının Dublyaj şöbəsində baş 

redaktor  əvəzi, 1978-1981-ci illərdə 

“Yazıçı” nəşriyyatında baş redaktor mü-

avini olmuşdur. 

Ədəbi fəaliyyətə 1947-ci ildə 

“Azərbaycan gəncləri” qəzetində  dərc 

edilmiş “Anam sən oldun” şeiri ilə baş-

lamışdır. “Dönüş”, “Təbrizdə bir gecə” 

poemaları dövri mətbuatda “Vidadi Şıx-

lı” təxəllüsü ilə çap olunmuşdur. 

1954-cü ildən Azərbaycan Yazıçılar 

Birliyinin üzvüdür.

 1954-cü ildə  nəşr edilən  “Gəlin” 

povesti ilə nəsr yaradıcılığına başlamış, 

roman, povest, hekayə, oçerk, publi-

sistik məqalələr, kinossenarilər qələmə 

almışdır. “Vicdan susanda” romanı ona 

böyük şöhrət gətirmişdir. 

Əsərləri SSRİ və xarici ölkə xalqla-

rının dillərinə tərcümə edilmişdir. 2003-

cü ildə “Öz evində qonaq” pyesi tama-

şaya qoyulmuşdur. 

Şeirləri dövri mətbuatda müntəzəm 

çap olunur. 2002-ci ildə “Kişilik haq-

qında himn” şeirlər toplusu “Xəzər” 

nəşriyyatında kütləvi tirajla nəşr edil-

mişdir. “Dərd məni dilləndirir” (2003) 

publisistik  əsərlər toplusu, “Mənim 

gizlinlərim” (2002-2003) avtobioqrafik 

romanı, “Ana intiqamı” (1995) povesti 

rəğbətlə qarşılanıb. 

Yazıçı eyni zamanda tərcüməçiliklə 

də  məşğul olmuş Valentin Rasputinin  

“Mariyaya pul lazım idi”, “Sonuncu 

şöhrət”  əsərlərini rus dilindən dilimizə 

tərcümə etmişdir.

İspaniya, Fransa, İtaliya, Almani-

ya, Polşa və bir sıra xarici ölkələrdə 

ezamiyyələrdə, yaradıcı  səfərlərdə ol-

muşdur. 


Vidadi Babanlı 1977-ci ildə 

Azərbaycan Ali Soveti Rəyasət 

Heyətinin Fəxri Fərmanı ilə  təltif edil-

miş, 1986-cı ildə Azərbaycan Respub-

likasının “Əməkdar incəsənət xadimi” 

fəxri adına layiq görülmüşdür. 2002-ci 

ildən Prezident təqaüdçüsüdür. 




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   68


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə