281
21
Milli ədəbiyyat
65
illiyi
Vaqif Bayatlı Ödər
1949
OKTY
ABR
Vaqif İsib oğlu Cəbrayılov (Vaqif
Bayatlı Ödər) 1949-cu il oktyabr ayı-
nın 1-də Cəbrayıl rayonunun Böyük
Mərcanlı kəndində anadan olmuş-
dur.
Azərbaycan İnşaat Mühəndisləri
İnstitutunun sənaye və mülki tikinti
fakültəsinin axşam şöbəsində təhsil
almışdır.
Bakıda 445 saylı tikinti idarəsində
fəhlə, inşaat texniki, 48 saylı tikinti
idarəsində normalayıcı mühəndis,
“Məhsul” cəmiyyəti mərkəzi şura-
sında mühəndis kimi əmək fəaliyyəti
göstərmişdir.
Ədəbi fəaliyyətə başladıqdan son-
ra “Ulduz” jurnalında şöbə müdiri
işləmişdir (1981-1990). 1989-1992-
ci illərdə “Xəzər” toplusunun baş re-
daktoru olmuşdur.
1992-ci ildə Azərbaycan Tele-
viziya və Radio Şirkətinin xari-
ci ölkələrə verilişlər studiyasının
direktoru vəzifəsində çalışmışdır.
Çagdaş Azərbaycan şeirinin sür-
realist üslubda yazan ən parlaq
nümayəndələrindən hesab olunur.
Şeirləri lirik-psixoloji poeziyanın ən
gözəl nümunələrindəndir.
1991-ci ildə Azərbaycan Yazı-
çılar Birliyi katibliyi idarə heyətinə
(gənclərlə iş üzrə) katib seçilmişdir.
Ümumittifaq konfranslarında, So-
vet ədəbiyyatı günlərində, XI poezi-
ya festivalında iştirak etmişdir.
Azərbaycan mətbuat fondunun
“Mirzə Cəlil mükafatı”na (1993) və
Moskvanın “Molodaya qvardiya”
nəşriyyatının kütləvi tirajla buraxdığı
“Sıçrayış” kitabına görə Gürcüstan
Nazirlər Sovetinin “Vladimir Maya-
kovski mükafatı”na layiq görülmüş-
dür.
Şair Vaqif Bayatlı-Ödər Türkiyə
Cümhuriyyətinin Azərbaycandakı
səfirliyinin İslam peyğəmbərinin 442
illiyinə həsr etdiyi «Nati Şərif» adlı
şeir müsabiqəsində birincilik qaza-
nıb.
Dostları ilə paylaş: