Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə489/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   485   486   487   488   489   490   491   492   ...   507
95 

illiyi


400

Kitabxanaşünaslıq.Biblioqrafiya

Mərkəzi Elmi Kitabxana Azərbay-

canın görkəmli ziyalıları N.Nərimanov, 

Ə.Haqverdiyev, T.Şahbazi, H.Zeynallı 

və  başqalarının  təşəbbüsü  və  yaxın-

dan  köməyi  ilə  Azərbaycanın  təbii 

sərvətlərini,  iqtisadiyyatını,  tarixini, 

fəlsəfəsini,  ədəbiyyat  və  incəsənətini 

və  s.  öyrənmək  məqsədi  ilə  1923-cü 

ildə təşkil edilmiş “Azərbaycan Tədqiq 

və  Tətəbbö  Cəmiyyəti”nin  əsasında 

1924-cü ildə yaradılmışdır. 

1926-cı  ildə  kitabxanada  ilk  oxu 

zalı  istifadəyə  verilmişdir.  MEK-nın 

özünün  inkişafında  ilk  direktorları 

A.V.Borev,  S.M.Yəhyazadənin  adı 

xüsusilə qeyd olunmalıdır.

1945-ci  ildən  kitabxana  özünün 

yeni inkişaf mərhələsinə qədəm qoyur. 

SSR  EA  Azərbaycan  filialı,  müstəqil 

Azərbaycan  Respublikasi  Elmlər 

Akademiyasına  cevrilir.  Kitabxanaya 

bütün  sovet  məkanında  çap  olunmuş 

ədəbiyyatın  pullu  məcburi  nüsxəsini 

almaq səlahiyyəti verilir. 

1978-ci  ildən  MEK  respublika 

miqyasında  təbiət  və  dəqiq  elmləri 

üzrə  əsas  depozitar  kitabsaxlayıcıdır. 

1987-ci  ildə  EA  Rəyasət  Heyətinin 

sərəncamı ilə MEK-nın mübadilə fon-

duna akademiyada nəşr olunan mate-

rialların “məcburi nüsxə”si verilməyə 

başladı. 

MEK1993-cü  ildən  İFLA-nın 

Beynəlxalq  Kitabxana  Assosiasiyala-

rı  Federasiyasının  üzvüdür.  1998-99-

cu  illərdə  MEK-da  “Nadir  və  xüsu-

si  qiymətli  nəşrlər”,  “Nəşriyyat”  və 

“Elmi kütləvi işlər” şöbələri təsis edil-

mişdir.


Ölkəmizdə elmin inkişafında, ayrı-

ayrı  elm  sahələrinin  yaranıb  forma-

laşmasında,  yüzlərlə 

elmi  kadrların

 

yetişməsində  əvəzsiz  rol  oynayan  bu 



böyük  elm  məbədgahı  müstəqillik 

illərində də böyük inkişaf yolu keçmiş, 

öz fəaliyyətini daha da təkmilləşdirmiş, 

yeniləşdirmiş, milliləşdirmişdir.

1999-cu 

ildən 


MEK  ABŞ 

Səfirliyinin  Tədris  və  İnformasiya 

Mərkəzi  ilə  əməkdaşlıq  edir.  2000-ci 

ilin  dekabr  ayında  Soros  Fondu Açıq 

Cəmiyyət İnstitutunun qrantı hesabına 

alınmış  kompyuter  avadanlıqları  ilə 

təchiz edilmiş Kitabxana proseslərinin 

avtomatlaşdırılması  şöbəsi  fəaliyyətə 

başlamısdır. 

Azərbaycan  Respublikasinin  Pre-

zidentinin  4  yanvar  2003-cü  il  tarix-

li  fərmanı  ilə  təsdiq  edilmiş  AMEA 

Nizamnaməsinin 5-ci maddəsinin 54-

cü  bəndinə  əsasən  MEK  elmi  status 

almışdır.  Bununla  bağlı AMEA  elmi-

tədqiqat  institutlarında  olduğu  kimi, 

MEK-da da Elmi Şura təşkil edilmiş və 

bu, AMEA Rəyasət Heyəti tərəfindən 

təsdiq  edilmişdir.  Kitabxanada  bu 

yöndə  əsaslı  struktur  dəyişiklikləri 

olmuş,  bilavasitə  elmi  tədqiqatlarla 

məşğul  olan  yeni  şöbələr  yaradılmış-

dır.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   485   486   487   488   489   490   491   492   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin