Kbt я25 uot (059) Baş redaktor


Azərbaycanlıların Sоyqırımı günü (31.03.1918)



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə107/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   103   104   105   106   107   108   109   110   ...   507
Azərbaycanlıların Sоyqırımı günü (31.03.1918) 

110


111

112


113

114


115


83

Milli ədəbiyyat 

115 

illiyi

Cəfər Cabbarlı 

1899-1934     

MART

Cəfər  Qafar

 

oğlu  Cabbarlı  1899-



cu  il  mart  ayının  20-də  Xızı  kəndində 

(indiki  Xızı  rayonu)  anadan  olmuşdur. 

Cəfər  Cabbarlı  kiçik  yaşlarından  mol-

laxanada  təhsil  almış,  sonra  1905-ci 

ildə üçsinifli “7-ci Müsəlmani və rusi” 

məktəbində təhsilini davam etdirmişdir. 

C.Cabbarlının ilk müəllimləri görkəmli 

pedaqoq-yazıçı  Süleyman  Sani  Axun-

dov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, 

Əliməmməd Mustafayev olmuşdur. Son-

ra  Cabbarlı  1908-ci  ildə  Bakıda Alek-

seyev  adına  3-cü Ali-ibtidai  məktəbdə 

oxumuşdur. 

Dramaturqun  əsərlərini  son  illərdə 

tədqiq  edən  tədqiqatçı-alim  Asif  

Rüstəmlinin fikrincə, C.Cabbarlının ilk 

lirik  və  satirik  şeirlərinin  tarixi  1915-

ci ildə çap edilmiş “Bahar” və “Əl gö-

tür” şeirlərinin  deyil, “Həqiqəti-Əfkar” 

qəzetinin  5  noyabr  1911-ci  il  2-ci 

nömrəsində  dərc  edilmiş  “Eşidənlərə” 

və  “Şücaətim”  şeirlərinin  tarixindən 

başlamaq lazımdır.

1915-ci  ildə  Bakı  Politexnik 

məktəbinin  elektro-mexanika  şöbəsinə 

daxil  olan  yazıçı  1920-ci  ildə  təhsilini 

başa  vuraraq  şəhadətnamə  və  attestat 

almışdır.

1920-ci  ildə  Bakı  Dövlət  Univer-

sitetinin  tibb  fakültəsinə  daxil  olmuş, 

lakin ərizə yazıb həmin fakültədən çıx-

mışdır.  1924-cü  ildə  universitetin  Şərq 

fakültəsinin tarix şöbəsində təhsilini da-

vam etdirmişdir.

1915-1920-ci  illər  Cəfər  Cabbarlı-

nın bir-birinin ardınca “Vəfalı Səriyyə, 

yaxud  göz  yaşları  içində  gülüş”,  “Sol-

ğun çiçəklər”, “Nəsrəddin şah”, “Trab-

lis  müharibəsi  və  ya  Ulduz”,  “Ədirnə 

fəthi”,  “Bakı  müharibəsi”,  “Aydın” 

kimi Azərbaycan səhnəsini düşündürən 

əsərlər yazmış, lirik və satirik şeirlərlə, 

bir  sıra  hekayələrlə  müxtəlif  mətbuat 

orqanlarında çıxışlar etmişdir. Cabbarlı-

nın yaradıcılığı 1915-1934-cü illər ara-

sındakı  iyirmiillik  bir  tarixi  mərhələni 

əhatə  etmişdir.  Onun  1920-1923-cü 

illərdəki  ədəbi  fəaliyyətinin  ən  yax-

şı  nəticəsi  “Aydın”  və  “Oqtay  Eloğlu” 

pyesləri olmuşdur. “Yaşar” Cabbarlının 

son  tamamlanmış  əsəri  idi.  O,  1928-ci 

ildə  Mirzə  Fətəli Axundzadənin  “Hacı 

Qara”  pyesi  əsasında  ssenari  yazaraq 

Azərbaycanın  ilk  milli  kino  ssenaristi 

olmuş, kinematoqrafiya tariximizin qızıl 

fonduna  “Sevil”,  “Almaz”  kimi  gözəl 

filmlər bəxş etmişdir. Görkəmli drama-

turq  1932-ci  ildə  “Əməkdar  incəsənət 

xadimi” fəxri adına layiq görülmüşdür. 

Cəfər Cabbarlı 1934-cü il dekabr ayı-

nın 31-də vəfat etmişdir. Onun xatirəsini 

əziz tutan ailəsi və tədqiqatçıları böyük 

yazıçı  və  sənət  adamının  100  illik  yu-

bileyi  ərəfəsində  ədəbiyyat,  elm,  mu-

siqi və incəsənət sahələrində fərqlənən 

şəxsləri  təltif  etmək  üçün  “Cəfər  Cab-

barlı  mükafatı”nı  təsis  etmişlər.  Cəfər 

Cabbarlı mükafatı ilk dəfə 1999-cu ildə, 

ikinci dəfə isə 2010-cu ildə təqdim edil-

mişdir.



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin