203
Mədəniyyət.Elm.Maarif
150
illiyi
Həbib bəy Mahmudbəyov
1864-1928
İYUN
Həbib bəy Hacı İbrahimxəlil bəy
oğlu Mahmudbəyov 1864-cü il iyun
ayının 16-da Şamaxı şəhərində anadan
olmuşdur. Atası Hacı İbrahimxəlil bəy
Şamaxının mötəbər şəxslərindən ol-
muşdur. Şirvan əsilzadələrindən olan
ulu babası Hacı Sadıq məşhur Nadir
şahın xəzinədarı imiş. Səkkiz yaşın-
da ikən Həbib bəy Şamaxının məhəllə
məktəblərindən katib Mirzə Hüseyn
adlı bir molla məktəbində oxumuş, son-
ra Şamaxının şəhər məktəbində təhsil
almışdır. 1872-ci il zəlzələsində şəhər
məktəbinin binası dağıldıqdan sonra
Həbib bəy Bakıya gələrək real məktəbə
daxil olmuşdur. Bu məktəbdə altıncı
sinfədək oxuduqdan sonra 1883-cü
ildə Sultanməcid Qənizadə ilə birlikdə
Tiflisə gedərək oradakı Aleksandrov
Müəllimlər İnstitutuna daxil olmuşdur.
1887-ci ildə həmin institutu bitirərək
yenə də Sultanməcid Qənizadə ilə
birlikdə Bakıya dönmüş və elə həmin il
onlar ilk özəl rus müsəlman məktəbini
açmışlar. Bu, Azərbaycanda maarifin
inkişafında böyük hadisə olmuş və
onun gələcək inkişafının istiqamətini
müəyyənləşdirmişdir. Qısa müddətdə
həmin məktəb məşhurlaşmış və 1891-ci
ildə dövlət təminatına keçmişdir. Son-
radan bu tip məktəblər Azərbaycanda
geniş yayılmışdır.
1896-cı ildə Həbib bəy Mahmud-
bəyov S.M.Qənizadə, İ.Məlikov
və başqaları ilə birlikdə rus-
müsəlman kitabxanası təşkil etmiş-
dir. 1917-ci il oktyabr çevrilişinədək
H.Mahmudbəyov böyük ictimai
maarifləndirmə fəaliyyəti ilə məşğul
olmuş, Bakı şəhər dumasında məktəb
komissiyasının üzvü kimi Azərbaycan
müəllimlərinin Birinci qurultayının
(1906) hazırlanması və keçirilməsində
fəal iştirak etmişdir. Azərbaycanda so-
vet işğal rejimi qurulduqdan (1920-ci
il 28 aprel) sonra H.Mahmudbəyov
respublikada xalq təhsilinin inkişafın-
da yeni istiqamətlərin işlənib hazırlan-
masının fəal iştirakçılarından olmuş-
dur. Respublikada ali pedaqoji təhsilin
təşkilində onun böyük xidmətləri var.
Uzun müddət müəllim, məktəb direk-
toru işləmişdir. Sosial təşkilat komis-
siyasının (1920) üzvü kimi o, peda-
qoji institutun təşkilində fəal iştirak
etmişdir. Ali pedaqoji institut yaran-
dıqda onun direktor müavini, sonra
isə direktoru olmuş, eyni zamanda rus
dili və ədəbiyyatından dərs demişdir.
Həbib bəy Mahmudbəyov gecə kurs-
ları da təşkil etmişdi. Bu kurslar bir
zaman Həbib bəy Mahmudbəyovun
müdir olduğu və Şamaxı yolundakı bi-
nada yerləşmiş (Yasamal rayonu 18 və
sonralar 240 nömrəli) məktəbdə təşkil
olunmuşdur.
Görkəmli maarif xadimi Həbib bəy
Mahmudbəyov 1928-ci ildə iyul ayı-
nın 30-da vəfat etmişdir.
Dostları ilə paylaş: