Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə359/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   355   356   357   358   359   360   361   362   ...   507
İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az

21

Milli Qəhrəman


291

Fəlsəfə.Din

85 

illiyi

Fuad  Qasımzadə 

1929-2010  

OKTY

ABR

Fuad  Feyzulla  oğlu  Qasımzadə 

1929-cu il oktyabr ayının 22-də Bakı 

şəhərində anadan olmuşdur. 

1947-ci  ildə  Bakının  1  saylı  orta 

məktəbini bitirmiş, Azərbaycan Dövlət 

Universitetinin  (indiki  BDU)  tarix 

fakültəsinin  fəlsəfə  şöbəsinə  qəbul 

edilmiş və 1952-ci ildə oranı fərqlənmə 

diplomu  ilə  bitirmişdir.  Elə  həmin  il 

universitet  Elmi  Şurasının  qərarı  ilə 

fəlsəfə ixtisası üzrə aspiranturada sax-

lanılmışdır. 

Əmək  fəaliyyətinə  1953-cü  ildə, 

hələ  Azərbaycan  Dövlət  Universite-

tinin  aspiranturasında  təhsil  alarkən 

başlayan Fuad Qasımzadə həyatını bu 

təhsil ocağı ilə bağlayıb. 

O,  1955-1967-ci  illərdə  burada 

müəllim, baş müəllim, dosent və pro-

fessor  vəzifələrində  çalışıb,  1966-cı 

ildən ömrünün sonunadək kafedra mü-

diri olub. Pedaqoji işlə yanaşı o, 1990-

1992-ci  illərdə Azərbaycan  Respubli-

kası Prezidentinin müşaviri vəzifəsini 

tutub.


Fuad Qasımzadə 1958-ci ildə fəlsəfə 

elmləri namizədi, 1966-cı ildə fəlsəfə 

elmləri doktoru elmi dərəcələrini alıb. 

O,  1989-cu  ildə  Azərbaycan  Elmlər 

Akademiyasının müxbir üzvü, 2001-ci 

ildə isə həqiqi üzvü seçilib. 

Alimin bədii-ictimai fikir tariximizin 

görkəmli nümayəndələrinin yaradıcılı-

ğının  fəlsəfi-estetik  aspektlərinə  həsr 

olunmuş  əsərləri  elmi  ictimaiyyətin 

rəğbətini  qazanıb.  Məhəmməd  Füzu-

li, İmadəddin Nəsimi, Abbasqulu ağa 

Bakıxanov,  Mirzə  Fətəli  Axundzadə 

kimi  şəxsiyyətlərin  irsinə  dair  araş-

dırmaları ilə o, fəlsəfi fikir tariximizə 

layiqli töhfələr verib. 60 il ərzində o, 

Azərbaycan  Dövlət  Universitetində 

müəllim kimi fəaliyyət göstərmişdir.

1968-ci  ildə  “Qəm  karvanı,  yaxud 

zülmətdə  nur  Füzulinin  dünyagörü-

şü”  adlı monoqrafiyası çap edilmişdir. 

Sonrakı illərdə onun Füzuli haqqında 

20-dən çox elmi məqaləsi işıq üzü gör-

müşdür.


Fuad  Qasımzadə  1989-cu  ildə 

AMEA-nın müxbir üzvü, 2001-ci ildə 

həqiqi  üzvü  seçilmişdir.  Akademik 

Fuad  Qasımzadə  uzun  müddət  Bakı 

Dövlət  Universitetində  müdafiə  şu-

ralarının üzvü və sədri kimi fəaliyyət 

göstərmişdir.  Çox  sayda  aspirant  və 

dissertantların elmi rəhbəri kimi onla-

rın alimlik dərəcəsi almasına yardımçı 

olmuşdur. Fuad Qasımzadə BDU-nun 

texniki fakültələr üzrə fəlsəfə kafedra-

sının müdiri olmuşdur.

Akademik 

elmi 


yaradıcılığı 

dövründə  30  kitab  və  500-dən  çox 

elmi  məqalə  çap  etdirmişdir.  Fuad 

Qasımzadənin  əsas  tədqiqat  sahəsi 

Azərbaycan  fəlsəfə  ictimai  fikri,  so-

sial  fəlsəfə,  ontologiya  və  idrak 

nəzəriyyəsi, estetika olmuşdur.

Alimin  çoxillik  elmi  və  pe-

daqoji  fəaliyyəti  daim  yüksək 

qiymətləndirilmiş, 

müstəqil 

Azərbaycan  Respublikasının  ali  mü-

kafatları  olan  “Şöhrət”  və  “İstiqlal” 

ordenləri ilə təltif edilmişdir.

Fuad  Feyzulla  oğlu  Qasımzadə 

2010-cu  il  avqust  ayının  3-də  Bakı 

şəhərində ağır xəstəlikdən sonra vəfat 

etmiş,  II  Fəxri  Xiyabanda  dəfn  edil-

mişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   355   356   357   358   359   360   361   362   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin