312
Milli ədəbiyyat
NOY
ABR
İlyas Оruc oğlu Tapdıqоv (İlyas
Tapdıq) 1934-cü il noyabr ayının 30-
da Gədəbəy rayonunun Əli İsmayıllı
kəndində doğulmuşdur.
Gədəbəyin
Kiçik
Qaramurad
kəndində orta məktəbi bitirdikdən son-
ra 1952-1956-cı illərdə APİ-nin dil və
ədəbiyyat fakültəsində təhsil almışdır.
Ədəbi yaradıcılığa tələbəlik
dövründə “Azərbaycan” jurnalında
dərc olunan “Bakının gecəsi” şeirilə
başlamışdır.
1957-1962-ci illərdə “Uşaqgənc-
nəşr”də,
1962-1968-ci
illərdə
“Azərnəşr”də redaktor, böyük redak-
tor, 1968-1976-cı illərdə “Gənclik”
nəşriyyatında böyük redaktor, redak-
siya müdiri, baş redaktor, 1976-1978-
ci illərdə Azərbaycan Baş Mətbuat
Müvəkkilliyində qrup rəhbəri, 1978-
1983-cü illərdə Azərbaycan Televizi-
ya və Radio Verilişləri Komitəsində
Televiziya gənclər baş redaksiyasının
baş redaktoru, 1989-1992-ci illərdə
“Azərnəşr”də Bədii ədəbiyyat şöbəsinin
müdiri, 1992-1995-ci illərdə Türkiyənin
Ankara şəhərində Türk Standartla-
rı İnstitutunda və Xarici İşlər Nazir-
liyi və kalkınma ajansında müəllim,
“Azərbaycan” qəzetinin Türkiyə üzrə
xüsusi müxbiri vəzifələrində işləmişdir.
“Gənclik” nəşriyyatı redaksiya şu-
rasının üzvü, Azərbaycan komsomolu
Şöhrət şurasının üzvü, “Türk əsrində
Azərbaycan” jurnalının redaksiya
heyətinin üzvü və Azərbaycan təmsilçisi
olmuş, bir sıra respublika festival və
müsabiqələrində münsiflər heyətinin
üzvü olmuşdur. Sovet uşaq ədəbiyyatı
və incəsənəti nümayəndələri tərkibində
Çexoslovakiyada (1972), Macarıstan-
da (1979) olmuşdur. Türkiyədə İzmir
şəhərində I Uluslararası Türk dünyası
Turizm və Kültür simpoziumunda işti-
rak etmişdir (1994).
Azərbaycan uşaq ədəbiyyatının in-
kişafında əvəzsiz xidməti olub. Şair
bir neçə dillərdən dilimizə şeirlər də
tərcümə etmişdir. Şeirləri dünyanın bir
çox dillərinə tərcümə edilib, kitab ha-
lında çap edilib.
Onun “Meşənin mahnısı” və
“Çiçəklərim, güllərim” kitablarında
toplanan şeirlərini Azərbaycan uşaq po-
eziyasının incilərindən saymaq olar.
Ədəbiyyata 50-ci illərdə gələn şairin
Azərbaycan dilində 30-a yaxın şeir və
tərcümə, rus dilində isə 9 şeir kitabı işıq
üzü görüb. 700-dən artıq kitab redakto-
rudur. Yüzlərlə gənc yazarların kitabla-
rının redaktoru olub, ön söz yazıb.
Hazırda yaradıcılığını davam etdirir.
Prezident təqaüdçüsüdür.
Dostları ilə paylaş: