Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə389/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   385   386   387   388   389   390   391   392   ...   507
6

80 

illiyi

İslam Rzayev 

1934-2008 

NOY

ABR

İslam Tapdıq oğlu Rzayev 1934-cü 

il noyabr ayının 11-də Füzuli rayonu-

nun  Sərdarlı  kəndində  anadan  olmuş-

dur. 

İlk  təhsilini  başa  vurduqdan  son-



ra Bakıda Asəf Zeynallı adına Musiqi 

Texnikumuna  daxil  olmuşdur.  Bura-

da  ustad  sənətkar  Seyid  Şuşinskinin 

sinfində xanəndəlik sənətinin sirlərinə 

yiyələnmişdir.  Bu  dövrdə  onun  bir 

müğənni  kimi  yetişməsində  görkəmli 

ifaçılardan  Zülfi  Adıgözəlovun  və 

Həqiqət  Rzayevanın  böyük  təsiri  ol-

muşdur.

Daha  sonralar  Azərbaycan  Dövlət 

Mədəniyyət  və  İncəsənət  Universite-

tini  bitirmişdir.  İfaçılıq  sənətinə  gənc 

yaşlarından  başlayan  xanəndə  uzun 

illər ərzində Müslüm Maqomayev adı-

na Azərbaycan  Dövlət  Filarmoniyası-

nın solisti olmuşdur. 

Muğam  Teatrının  yaradıcılarından 

biri  olan  İslam  Rzayev  1988-ci  ildən 

ömrünün  sonunadək  burada  bədii 

rəhbər kimi fəaliyyət göstərmişdir.

İslam  Rzayev  dünyanın  80-ə  ya-

xın  ölkəsində  -  Kolumbiya,  Peru, 

Kuba,  Yaponiya,  Hindistan,  Nepal 

və  digərlərində  Azərbaycan  musiqi 

mədəniyyətini böyük uğurla təmsil et-

miş, respublikanın hüdudlarından çox-

çox  uzaqlarda  müxtəlif  səhnələrdəki 

çıxışları  ilə  milli  musiqimizə  ge-

niş  şöhrət  qazandırmışdır.  Görkəmli 

xanəndə  eyni  zamanda  ifa  etdiyi  10-

larla mahnının müəllifi idi. 

İslam  Rzayev  Qarabağ  xanəndəlik 

məktəbinin layiqli nümayəndəsi və da-

vamçısı  idi.  Onun  yaradıcılığı  əhatəli 

və  çoxşaxəlidir.  O,  geniş  diapazon-

lu,  zəngin  çalarlı  səs  tembrinə  malik 

idi.  Onun  böyük  məharətlə  oxuduğu 

“Çahargah”,  “Bayatı-kürd”,  “Mahur-

hindi”, “Rast” muğam dəsgahları milli 

muğam  sənətinin  qızıl  fonduna  daxil 

olmuş, Azərbaycan  musiqi  xəzinəsini 

zənginləşdirmişdir. Sənət biliciləri onun 

ifasında, xüsusin də “Bayatı-şiraz” mu-

ğamını yüksək qiymətləndirmişlər.

İslam  Rzayev  eyni  zamanda,  pe-

daqoji  fəaliyyətlə  də  məşğul  olmuş, 

Azərbaycan Milli Konservatoriyasının, 

Mədəniyyət  və  İncəsənət  Universite-

tinin  professoru  olmuşdur.  Məlahətli 

səsini  xalqdan,  sənətin  sirlərini  isə 

gənclərdən  əsirgəməyən  Xalq  artis-

ti  120-yə  yaxın  ifaçı  yetişdirmişdir. 

Onun  yetirdiyi  tələbələr  xanəndəlik 

məktəbinin  layiqli  davamçıları  kimi 

tanınırlar.

Azərbaycan  musiqi  sənəti  sahəsin-

dəki nailiyyətlərinə görə İslam Rzayev 

bir  sıra  mükafatlara  layiq  görülmüş, 

o  cümlədən  “Şöhrət”  ordeni  ilə  təltif 

edilmişdir. 

Azərbaycan Respublikası Preziden-

tinin fərdi təqaüdçüsü idi.

İslam Rzayev 2008-ci il yanvar ayı-

nın  26-da  vəfat  etmiş  və  İkinci  Fəxri 

Xiyabanda dəfn edilmişdir.

 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   385   386   387   388   389   390   391   392   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin