Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə431/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   427   428   429   430   431   432   433   434   ...   507
Ə d ə b i y y a t

Boyalarda yaşayan 

ömür [Mətn]: Səttar 

Bəhlulzadə-100 /tərt. 

ed. B. Ələsgərov; M. 

F. Axundov ad. Azərb. 

Milli Kitabxanası.-

Bakı:[M.F.Axundov adına 

Milli Kitabxana ], 2009.-

27, [1] s. 

Nəcəfov, M. Səttar 

Bəhlulzadə - 85 [Mətn] 

/M.Nəcəfov.- Bakı: İşıq, 

1995.- 15 s. 

Rəhimli, İ. Səttar dünyası 

[Mətn] /İ.Rəhimli.- Bakı: 

İşıq, 1990.- 176 s.

Səttar Bəhlulzadə [Mətn]: 

biblioqrafiya /Azərb. Resp. 

Mədəniyyət və Turizm Na-

zirliyi, M.F.Axundov ad. 

Azərb. Milli Kitabxanası; 

layih. rəhb. Ə.Qarayev; 

tərt. ed. M.Cahangirova, 

P.Qurbanova; ixtisas red. 

və burax. məs. K.Tahirov.-

Bakı: M.F.Axundov adına 

Milli Kitabxana, 2009.-

181, [2] s.

www.anl.az

www.az.wikipedia.org

www.bahlulzade.az

www.medeniyyet.az

15

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq


349

Heykəltəraş

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

İbrahim Zeynalov  

1934-2008   

DEKABR

İbrahim  İsmayıl  oğlu  Zeynalov 

1934-cü  il  dekabr  ayının  27-də  Bakı 

şəhərində anadan olmuşdur. 

Hələ  kiçik  yaşlarından  sənətə  olan 

böyük  marağı  onu  natamam  orta 

məktəbi bitirdikdən sonra 1951-ci ildə 

Əzim  Əzimzadə  adına  Azərbaycan 

Dövlət  Rəssamlıq  Məktəbinə  gətirib 

çıxarmışdır.  1956-cı  ildə  məktəbin 

heykəltəraşlıq  şöbəsini  bitirən  İbra-

him Zeynalov elə həmin ildən təhsilini 

Xarkov Rəssamlıq institutunda davam 

etdirmişdir.  O,  1962-ci  ildə  institutun 

heykəltəraşlıq fakültəsində ali təhsilini 

başa vuraraq Bakıya qayıtmış və bütün 

ömrünü heykəltəraşlıq sənətinə həsr et-

mişdir.


1957-ci  ildən  etibarən  ən  müxtəlif 

respublika, ümumittifaq və beynəlxalq 

sərgilərin iştirakçısı olan İbrahim Zey-

nalov  özünün  sənətkarlıq  fəaliyyətini 

pedaqoji  işlə  uğurla  əlaqələndirmiş, 

1971-1973-cü  illərdə  Əzim  Əzimzadə 

adına  Azərbaycan  Dövlət  Rəssamlıq 

Məktəbində  müəllim,  1973-1993-cü 

illərdə Azərbaycan Pedaqoji İnstitutun-

da müəllim, baş müəllim, dosent, pro-

fessor və kafedra müdiri vəzifələrində 

çalışmışdır.  O,  1994-cü  ildən  2003-

cü  ilədək  Rüstəm  Mustafayev  adına 

Azərbaycan Dövlət İncəsənət Muzeyi-

nin direktoru olmuşdur.

Harada  işləməsindən  və  hansı 

vəzifəni  tutmasından  asılı  olmaya-

raq,  milli  mədəni  irsin  təbliği,  tədrisi 

və  qorunmasında  qüvvə  və  bacarığını 

əsirgəməmiş,  özünün  zəngin  bilik  və 

təcrübəsini  gənc  sənətkarlar  nəslinin 

yetişdirilməsi işinə sərf etmişdir.

Azərbaycanda  milli  heykəltəraşlıq 

məktəbinin  inkişaf  etdirilməsində  İb-

rahim  Zeynalovun  böyük  xidmətləri 

olmuşdur.  Onun  monumental  heykəl, 

büst-portret  və  digər  heykəltəraşlıq 

janrlarında yaratdığı gözəl sənət əsərləri 

ölkəmizin  zəngin  ənənələrə  malik 

heykəltəraşlıq  mədəniyyətinin  parlaq 

səhifələrindəndir.

İbrahim 


Zeynalov 

tarixi 


şəxsiyyətlərimizin, 

cümlədən 



M.Beyləqaninin, 

Ə.Naxçıvaninin, 

İ.Nəsiminin, Şah İsmayıl Xətainin, İs-

mayıl  bəy  Qutqaşınlının,  Mirzə  Fətəli 

Axundzadənin, Mirzə Ələkbər Sabirin, 

Nəriman Nərimanovun və Hacı Zeyna-

labdin Tağıyevin unudulmaz obrazları-

nı gözəl abidələrə çevirərək mədəniyyət 

tariximizə həmişəlik həkk etmişdir. 

İbrahim  Zeynalovun  Azərbaycan 

mədəniyyəti  qarşısındakı  xidmətləri 

yüksək qiymətləndirilmişdir. O, 1972-

ci ildə SSRİ Dövlət mükafatı, 1976-cı 

ildə Azərbaycan Dövlət mükafatı laure-

atı olmuş, 1975-ci ildə “Azərbaycanın 

Əməkdar  incəsənət  xadimi”,  1988-ci 

ildə isə “Xalq rəssamı” fəxri adlarına la-

yiq görülmüşdür. Azərbaycan Respub-

likası  Prezidentinin  fərdi  təqaüdçüsü 

olmuşdur.

İbrahim  İsmayıl  oğlu  Zeynalov 

2008-ci il mart ayının 6-da vəfat etmiş-

dir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   427   428   429   430   431   432   433   434   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin