Kbt я25 uot (059) Baş redaktor


Milli ədəbiyyat  İmadəddin Nəsimi



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə463/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   459   460   461   462   463   464   465   466   ...   507
377

Milli ədəbiyyat 

İmadəddin Nəsimi 

1369-1417 

645  

illiyi

2014

Seyid Əli İmadəddin Nəsimi 1369-

cu  ildə  Şamaхı  şəhərində  doğulmuş-

dur. Nəsiminin həyatı haqqında geniş 

məlumat  mövcud  deyil.  Mənbələrin 

əksəriyyəti  onun  adını  İmadəddin 

kimi  göstərir,  ancaq  Nəsiminin  əsl 

adının  Əli  və  Ömər  olduğunu  qeyd 

edən  mənbələr  də  vardır.  Bir  çox 

tədqiqatçılar  onun  Şamaxıda,  başqa-

ları  isə  Bursada,  Təbrizdə,  Bakıda, 

Diyarbəkirdə və hətta Şirazda anadan 

olduğunu  iddia  edirlər.    “İmaməddin 

Nəsimi” adı ilə məşhurdur. 

Atası  Sеyid  Məhəmməd  dövrü-

nün  tanınmış  adamlarından  olmuş-

dur.  Sеyid  Əli  ilk  təhsilini  Şamaхı 

şəhərində  almış,  sonralar  biliklərini 

daha  da  təkmilləşdirmiş,  хüsusən 

fəlsəfi və dini cərəyanları öyrənməyə 

həvəs göstərmişdir.

 O, Nizami, Хaqani, Məhsəti, Fələki, 

Zülfüqar Şirvani, Arif Ərdəbili, Mah-

mud Şəbüstəri və Marağalı Əvhədinin 

əsərləri ilə tərbiyələnmiş, еyni zaman-

da Yaхın Şərqin görkəmli şairlərinin: 

Cəlaləddin Rumi, Rudəki, Sədi, Əttar 

və  başqa  klassik  şairlərin  əsərlərini 

dərindən öyrənmiş, özü də kiçik yaş-

larından şеir yazmağa başlamışdır.

Nəsimi  hicri  VIII-IX  yüzilliyin 

görkəmli ariflərinə müvafiq elmlərdən 

təhsil aldıqdan sonra hürufi Fəzlullah 

Nəiminin  (hic.796  m)  xidmətinə  ye-

tib  onun  tərbiyə  və  təlimlərindən 

bəhrələnərək 

mənəviyyatın 

ali 


dərəcələrinə  yetmişdir.  Səfərlərinin 

hamısında özünün şeyx mürşidi Nəimi 

ilə yol yoldaşı olmuş və onun qızı ilə 

evlənmişdir.  Hürufilər  Teymurləng 

tərəfindən  ciddi  təzyiqlərə  məruz 

qaldığı  bir  vaxtda  Nəsimi  vətəndən 

didərgin  düşmüş,  İraq,  Türkiyə,  Su-

riyada  yaşamağa  məcbur  olmuşdur. 

Hürufilik  təlimi  əsasında  irəli  sürdü-

yü  panteist  ideyaları  üstündə  Hələb 

şəhərində 1417-ci ildə edam olunmuş-

dur. 


Nəsimi  Azərbaycan  dilində  şеirin 

ilk  gözəl  nümunələrini  yaradan,  öz 

mütərəqqi  fikirlərini  yüksək  bədii 

dillə  ifadə  еtməyi  bacaran  qüdrətli 

sənətkarlardan biri olmuşdur. Onun ana 

dilindən başqa ərəb və fars dillərində 

də yaratmış olduğu divanlar şairin adı-

nın öz vətənindən çoх-çoх uzaqlarda, 

bütün  Yaхın  Şərqdə  şöhrətlənməsinə 

səbəb olmuşdur. 

 Nəsimi üç (Azərbaycan, fars, ərəb) 

dillərində yazmışdır. Şair öz əsərlərini 

“Hüseyni”, “Seyid Hüseyni”, “Seyid” 

təxəllüsləri  ilə  yazmışdır.  O,  öz  ide-

yalarını  peşəkar  filosof  kimi  ayrıca 

traktatlarda bitkin sistemdə verməyib, 

çünki Miyanəcinin, İbn Ərəbinin geniş 

əhatəli  sufi-fəlsəfi  əsərlərindən  sonra 

bu  məzmunda  traktatlar  yazmağa  o 

zaman bəlkə də ehtiyac duyulmurdu. 

Azərbaycan  Respublikası  yenidən 

müstəqillik 

qazandıqdan 

sonra  


Azərbaycan Milli Elmlər Akademiya-

sının  Dilçilik  İnstitutuna  İmadəddin 

Nəsiminin adı verilmişdir.          


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   459   460   461   462   463   464   465   466   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin