Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə57/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   53   54   55   56   57   58   59   60   ...   507
Ağdamın işğal tarixi - 23 iyul 1993-cü il (ərazisi - 1 154 km², əhalisi-175400)

Cəbrayılın işğal tarixi - 23 avqust 1993-cü il (ərazisi - 1049 km², əhalisi-54430)

Füzulinin işğal tarixi - 23 avqust 1993-cü il (ərazisi - 1386 km² , əhalisi-105000)

Qubadlının işğal tarixi - 31 avqust 1993-cü il (ərazisi - 802 km², əhalisi-37 400)

Zəngilanın işğal tarixi - 29 oktyabr 1993-cü il (ərazisi - 707 km², əhalisi-33900)


43

Milli ədəbiyyat

145 

illiyi

Cəlil Məmmədquluzadə 

1869-1932            

FEVRAL

Cəlil  Məmmədqulu  oğlu  Məmməd-

quluzadə 1869-cu il fevral ayının 10/22-

də Naxçıvan  şəhərində anadan olmuş-

dur.  İlk  təhsilini  əvvəlcə  mollaxanada, 

sonra Naxçıvan şəhər məktəbində almış-

dır. 1887-ci il iyun ayının 7-də Zaqafqa-

ziya  Müəllimlər  Seminariyasını  (Qori) 

bitirmiş,  1887-1897-ci  illərdə  İrəvan 

quberniyasının  kəndlərində  müəllimlik 

etmişdir. İlk məlum bədii əsəri sayılan 

“Çay  dəstgahı”  (1889)  alleqorik  pye-

sini,  “Danabaş  kəndinin  əhvalatları” 

(1894-1936-cı  ildə  nəşr  olunmuşdur) 

povestini də bu dövrdə yazmışdır. 

1895-ci  ilin  yayında  Moskva  və 

Sankt-Peterburqa getmiş, bu şəhərlərin 

mədəni həyatı ilə tanış olmuşdur. 1904-

cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” 

qəzetinin  redaksiyasında  işləmişdir. 

Cəlil  Məmmədquluzadənin  yazıçı  və 

jurnalist  kimi  püxtələşməsində  “Şərqi 

-Rus”  qəzetinin  və  onun  redaktoru 

M.Şahtaxtlının mühüm rolu olmuşdur. 

1903-cü  il  noyabr  ayının  12-də  “Poçt 

qutusu” əsərini yazmışdır. 1904-cü ilin 

noyabrından  Cəlil  Məmmədquluzadə 

“Şərqi-Rus”  qəzetinin  müvəqqəti 

redaktoru  olmuşdur.  1905-ci  ilin 

əvvəllərində  “Şərqi-Rus”  bağlanan-

da  Cəlil  Məmmədquluzadə,  jurnalist 

Ömər Faiq Nemanzadə və maarifpərvər 

tacir  M.Bağırzadə  ilə  birlikdə  bu 

qəzetin  mətbəəsini  alıb  ona  “Qeyrət” 

adı  vermişdir.  1906-cı  il  aprel  ayı-

nın  7-də,  Tiflisdə  “Molla  Nəsrəddin” 

jurnalının  nəşrinə  başlamaqla  Cəlil 

Məmmədquluzadə Azərbaycanda, eləcə 

də Yaxın Şərqdə satirik jurnalistikanın 

əsasını qoymuşdur. Həmin vaxtdan Cəlil 

Məmmədquluzadə  “Molla  Nəsrəddin” 

adı ilə məşhur olmuşdur. 

Müəyyən fasilələrlə nəşr olunan jur-

nal 1906-1918-ci illərdə Tiflisdə, 1920-

1921-ci  illərdə  8  nömrə  ilə  Təbrizdə, 

1922-1931-ci  illərdə  isə  Bakıda  nəşr 

olunmuşdur.

Cəlil  Məmmədquluzadənin  zəngin 

bədii  irsi,  onun  “Molla  Nəsrəddin” 

jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə 

İran və Türkiyədə ədəbi-ictimai fikrin, 

inqilabi-demokratik  hərəkatın  inkişafı-

na qüvvətli təsir göstərmişdir.

Cəlil  Məmmədquluzadə  “Yeni 

yol”  qəzetinin  redaktoru,  Umumitti-

faq  Mərkəzi  Yeni  Əlifba  Komitəsinin 

üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrı-

nın təşkilatçılarından olmuş, “Maarif və 

mədəniyyət”, “Yeni kənd”, “Şərq qadı-

nı” və s. mətbuat orqanlarında fəaliyyət 

göstərmişdir.

  “Usta  Zeynal”,  “İranda  hürriyyət”, 

“Qurbanəli bəy” kimi  hekayələri, məşhur 

“Ölülər”  komediyası  Azərbaycan  rea-

lizmi və satirası tarixində şərəfli yer tu-

tur.  “Dəli yığıncağı” pyesində feodal-

patriarxal münasibətlər, din və fanatizm 

kəskin tənqid atəşinə tutulmuşdur.

Cəlil  Məmmədquluzadə  1932-ci  il  

yanvar ayının 4-də Bakı şəhərində vəfat 

etmiş,  Fəxri  Xiyabanda  dəfn  edilmiş-

dir. 



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin