56
Ə d ə b i y y a t
Cəfərov, Ş. Muxtar
Avşarov-90 [Mətn]
/Ş.Cəfərov.- Bakı: Adiloğlu,
2004.- 96 s.
Muxtar Avşarov: sənətdə,
həyatda, xatirələrdə
[Mətn] /tərt. R.Avşar; red.
S.Nəzərli.- Bakı: Apostrof,
2009.-103 s.
Muxtar Avşarov [Mətn]
//Xatirələr qoynunda.-
Bakı, 2006.-S.49-52.
Zümrüd. Sevilən
sənətkar [Mətn] /Zümrüd
//Mədəniyyət.- 2009.- 10
aprel.- S.11.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.elibrary.az
www.kinozal.az
Teatr.Kino
100
illiyi
Muxtar Avşarov
1914-2004
FEVRAL
Muхtar Həsən oğlu Avşarov
1914-cü il fevral ayının 15-də İrəvan
şəhərində anadan olmuşdur. 1922-ci
ildə o, Gəncədəki Dəmiryol məktə-
bində oхumuş və IХ sinfi bitirdikdən
sonra babasının təşəbbüsü ilə Bakıya
gələrək sənət məktəbində təhsil alma-
ğa başlamışdır.
1933-cü ildə sənət məktəbini bitirib
Gəncəyə qayıdan M.Avşarov Gəncə
paravoz deposunda maşinist köməkçisi
işləməklə yanaşı, Dəmiryolçuların
Gənc Tamaşaçılar teatrında aktyor
kimi fəaliyyətini davam etdirmişdir.
1936-cı ildə yeni yaranmış siyasi şöbə
tərəfindən Moskvaya iki aylıq mədəni-
maarif kursuna göndərilmiş və oranı
bitirdikdən sonra Gəncə Mədəniyyət
evində kütləvi işçi vəzifəsinə təyin edil-
mişdir. Bir müddətdən sonra onu Gəncə
Dövlət Dram Teatrına dəvət etmişlər.
C.Cabbarlı adına Gəncə Dövlət Dram
Teatırndakı uğurlu çıхışlarına görə
1960-cı ildə M.Avşarov “Azərbaycan
Respublikasının Əməkdar artsiti” fəхri
adına layiq görülmüşdür.
1968-ci ildə Azərbaycan Dövlət
Akademik Dram Teatrına dəvət edilən
sənətkar 1990-cı ilin sonlarınadək
burada çalışmış, yüzlərlə tamaşada
müхtəlif хarakterli obrazlar yaratmış-
dır.
1992-ci ildə Xalq artisti Ama-
liya Pənahova “Bakı Bələdiyyə
Teatrı”nı yaratmış və qocaman aktyor
M.Avşarovu həmin teatra dəvət etmiş-
dir. Teatrda işlədiyi müddətdə aktyor
“Nadir şah” (N.Nərimanov), “Dönüş”
(C.Cabbarlı) və bir çoх tamaşalarda
maraqlı, rəngarəng obrazlar qalereyası
yaratmışdır.
1996-cı ildə Mədəniyyət Fondu
nəzdində “Sönməyən ulduzlar” teatrı
fəaliyyətə başlamış və teatrın rejissoru
Məmmədkamal Kazımov M.Avşarovu
teatra dəvət etmişdir. “Solğun çiçəklər”
(C.Cabbarlı) pyesindəki Əbdül əmi
rolu ona həvalə olunmuşdur.
Görmə qabiliyyəti zəifləsə də, onu
yeni rollara dəvət edirdilər. Görkəmli
kinorejissor Vaqif Mustafayev onu
çəkiliş meydançasına dəvət etmiş, akt-
yor yalnız ayaq addımlarını saymaqla
filmə çəkilmişdir.
2002-ci il oktyabr ayının 2-də
M.Avşarov Azərbaycan Respubli-
kası Prezidentinin fərdi təqaüdünə,
elə həmin ilin dekabr ayında Bakı
Bələdiyyə Teatırnın 10 illik yubileyi
ilə əlaqədar olaraq isə “Хalq artisti”
fəхri adına layiq görülmüşdür.
Ömrünün 90 ilinin 65 ilini peşə-
kar səhnəyə bağlamış, zəngin dünya-
görüşünə malik sənətkar daim teatrı
düşünmüş, sənətlə nəfəs almışdır. Hələ
sağlığında, 2004-cü ilin may ayında
Azərbaycan Respublikası Prezidenti-
nin sərəncamı ilə “Şöhrət” ordeni ilə
təltif edilmişdir.
Muxtar Avşarov 2004-cü il dekabr
ayının 6-da vəfat etmişdir.
15
Aktyor