Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə115/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   111   112   113   114   115   116   117   118   ...   507
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn] 

/N.V.Qoqol.-Bakı: Avrasiya 

press, 2006.-320 s.

Seçilmiş əsərləri [Mətn] 

/N.V.Qoqol; ön söz. müəl. 

G.Manafova.-Bakı: Şərq-

Qərb, 2009.- 332 s.

Вечера на хуторе близ 

Диканьки [Текст] 

/Н.В.Гоголь; художник 

Н.В.Доценко.- Москва: 

Центрполиграф, 2003.-

314, [6] с.

Петербургские повести 

[Текст]: Невский 

проспект; Нос; 

Портрет; Шинель; 

Записки сумасшедшего 

/Н.В.Гоголь; художник 

Ю.И.Чарышников.- Киев: 

Грани-Т, 2008.- 180, [19] с.

Портрет [Текст]: 

повесть: издается к 200-

летию со дня рождения 

Н.В.Гоголя /Н.В.Гоголь; 

худож. С.Г. Гонков.-

[Москва]: Русское слово, 

2008.- 109, [3] с.

İ n t e r n e t d ə

www. anl.az

www.ru.wikipedia.org

www.ngogol.ru

www.bibliotekar.ru

 

Rus yazıçısı

Nikolay Qoqol

1809-1852

20


90

Musiqi.Opera.Balet

95 

illiyi

Hacıbaba Hüseynov

1919-1993

Hacıbaba  Hüseynəli  oğlu  Hüsey-

nov 1919-cu il mart ayının 3-də Bakı 

şəhərində anadan olmuşdur. Məktəbdə 

oxuduğu müddətdə cəmi beş sinif təhsil 

alsa da klassik ədəbiyyata, ilahiyyata 

dərindən  yiyələnmiş,  güclü  hafizəyə, 

qaynar  təbə,  yüksək  hazırcavablığa, 

bədii-yaradıcı  təxəyyül  imkanlarına 

malik bir insan olmuşdur. Uşaqlıqdan 

böyük ailələrini saxlamaq üçün atası-

na kömək etmiş, ağır işlərdə çalışmış, 

məşhur “Paris kommunası” adına za-

vodda  tornaçı  olmuşdur.  Silah-sursat 

hazırlayan  zavodda  çalışdığına  görə 

Böyük Vətən Müharibəsi başlayarkən 

o cəbhəyə yollanmamış, işinin yüksək 

peşəkarı kimi arxa cəbhədə saxlanmış-

dır.

Erkən  yaşlarından  güclü  hafizəsi 



sayəsində  eşitdiyi  dini  musiqi 

nümunələrini,  muğamları  dərindən 

mənimsəmiş,  əruz  vəznində  qəzəllər 

yazmağa  başlamışdır.  Xanəndənin 

zəhmətsevərliyi  və  sənət  axtarışları 

nəticəsində  əldə  etdiyi  ifaçılıq  tex-

nikası,  poeziya  və  muğamı  yüksək 

bədii  zövqlə  uzlaşdırma  qabiliyyəti 

muğam  biliciləri  və  musiqisevərlər 

tərəfindən yüksək dəyərləndirilmişdir. 

Əvvəlcə  nağaraçı  olmuş,  virtuoz 

qaval  çalan  kimi  məşhurlaşmışdır.

Tədricən  muğam  və  təsniflər  oxu-

mağa  başlamışdır.  Ustadın  xanəndə 

kimi 

yetişməsində, 



milyonların 

sevimlisinə  çevrilməsində  Mütəllim 

Mütəllimov, Yaqub Məmmədov, Seyid                                          

Şuşinski,  Zülfü Adıgözəlov,  Xan  Şu-

şinski,  Əhməd  Bakıxanov,  Cahangir 

Cahangirov, Bəhram Mansurov, Əhsən 

Dadaşov, Sara Qədimova kimi məşhur 

sənətkarların  böyük  təsiri  olmuşdur. 

O, muğam ustadlarının ənənələrindən 

bəhrələnərək,  bu  sənətdə  öz  dəsti-

xəttini  yaratmağa  nail  olmuşdur. 

Hacıbaba  Hüseynov  otuz  ildən  ar-

tıq  müddətdə  Asəf  Zeynallı  adına 

Bakı  Musiqi  məktəbində  xanəndəlik 

sənətindən dərs demiş, xanəndələr ye-

tişdirmişdir. 

Onun  üç  yüzdən  artıq  qəzəli, 

müxəmməsi,  təxnisi,  çoxsaylı  təsnif-

ləri çap olunmasa da, hələ sağlığında 

xanəndələrin  dillər  əzbəri  olmuş  və 

muğam  ifaçılığında  geniş  yayılmış-

dır. Səs diapazonu geniş olmasa da, öz 

tembrinə görə təsirli və məlahətli idi. 

Bir sıra xarici ölkələrə - İraq, Türkiyə, 

Fransa,  İsveçrə,  Hollandiya,  Belçika 

və İrana səfərlər etmişdir.

Hacıbaba  Hüseynovun  yaratdığı 

təsniflər  mürəkkəb  ritm  duyğusu  ilə 

aşılanmış  melodiyaları  və  zövqlə  se-

çilmiş  mətnlərinə  görə  dinləyicilərin 

yaddaşına hopmuşdur.

O, 1989-cu ildə “Azərbaycan Res-

publikasının Əməkdar artisti” və qısa 

müddət sonra “Xalq artisti” fəxri adla-

rına layiq görülmüşdür. 

Xalqın sevimlisi, görkəmli xanəndə 

Hacıbaba  Hüseynov  1993-cü  il  okt-

yabr ayınının 24-də vəfat etmişdir.



Xanəndə


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin