Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə18/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   14   15   16   17   18   19   20   21   ...   507
Əhməd  Ağdamski  

1884-1954   

YANV

AR

Əhməd  Bəşir oğlu Bədəlbəyli (Ağ-

damski) 1884-cü il yanvar ayının 5-də 

Şuşa  şəhərində  ziyalı  ailəsində  dün-

yaya göz açmışdır. Əhməd Bəşir oğlu 

Bədəlbəyli  hələ  kiçik  yaşlarında  ikən 

teatra  çox  böyük  maraq  göstərmişdir. 

O,  teatr  həvəskarları  dərnəyinin,  xalq 

mərasim tamaşalarının fəal iştirakçıla-

rı sırasında öz bacarığını səylə nüma-

yiş  etdirmişdir.  1910-cu  ildə  “Nicat” 

Xeyriyyə  Cəmiyyətinin  teatr  truppa-

sında  səhnə  fəaliyyətinə  başlamışdır. 

Teatrda  çalışdığı  illərdə  Hüseynqulu 

Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa 

Əliyev, H.Hacıbababəyov və sair sənət 

fədailəri ilə dostluq, əməkdaşlıq etmiş-

dir. Üzeyir Hacıbəyli teatr səhnəsində 

qadın  aktrisaları  olmadığı  üçün  çalı-

şırdı  ki,  öz  opera  və  musiqili  kome-

diyalarında  qadın  rolları  az  olsun  və 

ya heç olmasın. Bu isə necə deyərlər, 

vəziyyətdən çıxış yolu demək deyildi. 

Şərq  aləminin  ilk  operası  olan  “Leyli 

və Məcnun” operasını səhnəyə qoyan-

da başlıca məsələ Leyli rolunun ifaçısı-

nı tapmaq idi.

O illərdə Əhməd tələbə idi, tələbələ-

rin teatrda oynamaları bir yana, axşam 

tamaşalarına baxması üçün belə xüsusi 

icazə olmalıydı. Belə bir icazə alınmış 

və Əhməd bəy Leylini oynamışdı. Ta-

nınmasın deyə, adını “Miri” yazdırmış-

dı. Sonralar isə səhnə təxəllüsü olaraq 

özünə  Ağdamski  familiyasını  götür-

müşdü.


Onun  çıxışı  Üzeyir  Hacıbəylinin 

xoşuna gəlmiş və sonralar o, bəstəkarın 

əsərlərində  baş  rolların  ifaçısına  çev-

rilmiş, inqilabdan əvvəlki Azərbaycan 

Opera  və  Musiqili  Komediya  Teatrı-

nın  səhnələrində  ilk  dəfə  qadın  rol-

lanın  ifaçısı  kimi  tanınmışdır.  O,  düz 

12  il  səhnəyə  qadın  geyimində  çıx-

mışdır.  Üzeyir  Hacıbəylinin  “Leyli 

və  Məcnun”  operasında    Leyli,  “Əsli 

və  Kərəm”də  Əsli,  “O  olmasın,  bu 

olsun”da  Gülnaz,  “Arşın  mal  alan”da 

Gülçöhrə,  “Ər  və  arvad”da  Minnət, 

“Rüstəm və Söhrab”da Təhminə, “Şah 

Abbas  və  Xurşudbanu”da  kəndli  qızı 

və s. onun əsas rolları ilə opera tarixinə 

düşmüşdür.

Əhməd  Ağdamski  20-ci  illərin 

əvvəllərində  doğma  Qarabağa  qayıt-

mış,  Ağdamda  teatr  truppası  (1923) 

yaratmış, bir çox tamaşaların rejissoru 

olmuş,  musiqili  əsərlərlə  yanaşı  dram 

əsərlərində  də  bir  müğənni-aktyor 

kimi  çıxış  etmişdir.  Ə.Ağdamski 

1934-cü  ildən  pedaqoji  fəaliyyətlə 

məşğul olmuş, orada uzun illər musiqi 

məktəbində tar müəllimi işləmiş, dərs 

hissə  müdiri  olmuşdur.  1943-cü  ildə 

“Azərbaycan  Respublikasının  Əmək-

dar incəsənət xadimi” fəxri adına layiq 

görülmüşdür. 

Əhməd  bəy  Ağdamski  1954-cü  il 

aprel ayının 1-də vəfat etmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin